DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Saakaşvili kameralar qarşısında narkotik maddə testindən keçirilməsini tələb etdi

© Sputnik / Stringer / Mediabanka keçidGürcüstanın sabiq prezidenti Mixail Saakaşvili, arxiv şəkli
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.10.2021
Abunə olmaq
Gürcüstanın keçmiş lideri hamıya sübut etmək istəyir ki, onun narkotik maddə asılılığı yoxdur.
BAKI, 6 oktyabr — Sputnik. Gürcüstanın sabiq prezidenti bu ölkənin Ədliyyə Naziriyinin Cəzaların İcrası Departamentinə narkotik maddə testindən keçirilməsi üçün rəsmi şəkildə müraciət edib.
Sputnik Gürcüstan bildirir ki, bu barədə Saakaşvilinin vəkili Nika Qvaramiya məlumat verib.
Qeyd edək ki, bu gün Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Saakavilinin narkotik maddə asılılığı olduğunu bildirib. Onu da vurğulayıb ki, həbs olunana qədər və sonra Saakaşvilinin psixoloji və psixi vəziyyəti radikal şəkildə dəyişib.
"Mixeil Saakaşvili artıq Cəzaların İcrası Departamentinin tibbi xidmətinin rəhbərinə testlə bağlı müraciət edib. Bundan əvvəl isə o, bütün prosesin telekameralar qarşısında aparılmasını istədiyini bildirmişdi. O ki qaldı Qaribaşvilinin dediklərinə, bu onun öz işidir, Saakaşvili testdən keçməyə hazırdır", – deyə Qvaramiya bildirib.
Xatırladaq ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili bu ölkədə oktyabrın 2-ə təyin olunmuş yerli idarəetmə orqanlarına seçki ərəfəsində Tbilisiyə gəlib və həbs olunub.
Xəbər lenti
0