DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Saakaşvili həbsxanada aclığa başladı

© REUTERS / Valentyn OgirenkoМихаил Саакашвили, фото из архива
Михаил Саакашвили, фото из архива - Sputnik Azərbaycan, 1920, 02.10.2021
Abunə olmaq
Gürcüstanın sabiq prezidenti ona qarşı irəli sürülən ittihamlarla razı deyil və özünü siyasi məhbus sayır.
BAKI, 2 oktyabr - Sputnik. Cümə günü, oktyabrın 1-də Tbilisidə saxlanılan Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili aclıq elan edib.
Sputnik Gürcüstan xəbər verir ki, bu barədə ombudsmen Nino Lomcariya bildirib.
Axşam vaxtı Lomcariyanı Rustavi həbsxanasında Saakaşvili ilə görüşdürüblər.
Здание Министерства иностранных дел Украины в Киеве - Sputnik Azərbaycan, 1920, 02.10.2021
DÜNYA XƏBƏRLƏRİ
Gürcüstan səfiri Saakaşviliyə görə Ukrayna XİN-ə çağırıldı
"Gürcüstanda ona qarşı irəli sürülən hökmlə razı deyil və özünü siyasi məhbus hesab edir", - Lomcarya jurnalistlərə deyib.
"Saakaşvili mənə dedi ki, onu bu gün Tbilisidə, yaşayış evlərindən birində tutublar. O, müqavimət göstərməyib. Nə saxlanılan zaman, nə də sonra ona qarşı zorakılıq tətbiq edilib. Özü də deyir ki, ona qarşı qənaətbəxş davranıblar. O, Ukrayna vətəndaşı kimi aclıq elan edib, konsulla görüşmək istəyir", - Lomcariya deyib.
Ombudsmanın sözlərinə görə, Saakaşvili polislərin üzünə qapını özünün açdığını bildirib.
Mixeil Saakaşvili Tbilisidə cümə günü axşam saatlarında saxlanılıb. O, şənbə günü keçiriləcək yerli özünüidarəetmə orqanlarına seçkilər ərəfəsində Gürcüstana Ukraynada gəlib.
Əvvəl çıxarılmış hökmlərə görə, onu altı il həbs gözləyir.
Mixeil Saakaşvili, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.10.2021
DÜNYA XƏBƏRLƏRİ
Mixeil Saakaşvilinin Gürcüstanda saxlanılması - təfərrüat
Saakaşvilini üç məhkəmə instansiyası parlamentin deputatı Valeri Gelaşvilinin döyülməsi və "Gürcüstan Birləşmiş Bankı"nın əməkdaşı Sandro Qirqvlianinin işinə görə müqəssir bilib.
Ona qarşı həmçinin:
Dövlət Mühafizə Xidmətinin 9.2 milyon larisini xərcləmək,
2007-ci il noyabrın 7-də aksiyanın dağıdılması,
"İmedi" telekanalının dağıdılması,
mərhum milyoner Badri Patarkatsişvilinin əmlakına yiyələnmə kimi ittihamlar irəli sürüblər.
Üstəlik, ölkənin Baş Prokurorluğu bunlara dövlət sərhədini qanunsuz keçmə maddəsini də əlavə edib.
Xəbər lenti
0