Saakaşvilini aradan götürmək istəyirlər - Qalmaqallı iddia
© AFP 2024 / Handout / Interior Ministry of Georgia Mixeil Saakaşvili onu saxlayan polislərlə birlikdə, Tbilisi, 1 oktyabr 2021-ci il
© AFP 2024 / Handout / Interior Ministry of Georgia
Abunə olmaq
Vəkilin sözlərinə görə, həbsxana xəstəxanasına qiyamı təşkil etməli olan bir neçə məhbus artıq köçürülüb.
BAKI, 24 oktyabr - Sputnik. Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilini qurama həbsxana qiyamı zamanı aradan götürməyi planlaşdırırlar.
Sputnik Gürcüstan xəbər verir ki, belə bir bəyanatla Saakaşvilinin vəkili, müxalif "Mtavari arxi" telekanalının təsisçisi Nika Qvaramiya çıxış edib.
"Əlimizdə olan məlumata görə, ölkənin hazırkı rəhbərliyi Mixeil Sakaşvilinin həbsxana xəstəxanası adlandırılan yerə köçürülməsi zamanı həbsxanada qiyam təşkil edərək Saakaşvilini orada öldürməyi planlaşdırır", - Qvaramiya öz telekanılında canlı yayımda deyib.
Onun sözlərinə görə, həbsxana xəstəxanasına qiyamı təşkil etməli olan bir neçə məhbus artıq köçürülüb.
Vəkil hökumətdən yaxın saatlarda eks-prezidentin hospitalizasiyasını, Saakaşvilinin təhlükəsizliyinin təmin olunacağı çoxprofilli klinikaya köçürülməsi məsələsinin həllini tələb edir.
Qvaramiyanın sözlərinə görə, aclığın 24-cü günü məhbusun ürəyinin dayanması istisna edilmir.
"Saakaşvili üçün ikinci böyük risk ürəyinin dayanması olar, həmin klinikada ikinci səviyyəli kardioloji xidmət olmalıdır. Xüsusilə intervensiya kardiologiyası, angiokardiologiya laboratoriyası, endokardın kardiostimulyatorunun implantasiyası, implantasiya və katetr ablyasiyası, stenokardiya və tromb fəsadlarının müalicəsi olmalıdır - həbsxana xəstəxanasında bunlar mümkün deyil", - Qvramiya deyib.
O, Gürcüstanın ombudsmanı Nino Lomcariyadan Saakaşvilinin klinikaya köçürülməsi prosesində iştirak etməsini istəyib. Qvaramiya ölkənin Səhiyyə naziri Yekaterina Tikaradzedən də bəyanat gözlədiyini deyib.
Bundan əvvəl Tikaradze demişdi ki, həbsxana klinikasında eks-prezidentin müalicəsi üçün hər bir şərait var və onun mülki klinikaya köçürülməsinə ehtiyac oxdur.
Gürcüstanın sabiq prezidentinin həbsi
Saakaşvili Tbilisidə oktyabrın 1-də saxlanılıb. Onu üç məhkəmə instansiyası parlamentin deputatı Valeri Gelaşvilinin döyülməsi və "Gürcüstan Birləşmiş Bankı"nın əməkdaşı Sandro Qirqvlianinin işinə görə müqəssir bilib.
Ona qarşı həmçinin:
* Dövlət Mühafizə Xidmətinin 9.2 milyon larisini xərcləmək,
* 2007-ci il noyabrın 7-də aksiyanın dağıdılması,
* "İmedi" telekanalının dağıdılması,
* mərhum milyoner Badri Patarkatsişvilinin əmlakına yiyələnmə kimi ittihamlar irəli sürüblər.
Prokurorluqdan bildirilib ki, Saakaşvilinin Ukraynaya ekstradisiyası məsələsi hələlik müzakirə olunmur və cəzasını vətənində çəkəcək.
Oktyabrın 1-də Rustavi həbsxanasına aparılan Mixeil Saakaşvili elə həmin axşam özünə qarşı irəli sürülən hökmlə razı olmadığını, özünü siyasi məhbus hesab etdiyini bildirərək aclıq elan edib.
Eləcə də oxuyun:
* Gürcüstanın Baş nazirindən Saakaşviliyə qarşı şok ittiham
* Saakaşvili həbsxanada aclığa başladı
* Saakaşvili kameralar qarşısında narkotik maddə testindən keçirilməsini tələb etdi