DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Gürcüstanın Baş nazirindən Saakaşviliyə qarşı şok ittiham

© AFP 2024 / VANO SHLAMOVGürcüstanın Baş naziri İrakli Qaribaşvili
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili  - Sputnik Azərbaycan, 1920, 03.10.2021
Abunə olmaq
Baş nazir iddia edib ki, Saakaşvili oktyabrın 3-də Tbilisidə genişmiqyaslı aksiyada peyda olmaq, polisin gəlməsini təhrik etmək və müxalifətçilərin ölümündə hakimiyyəti günahlandırmaq niyyətində olub.
BAKI, 3 oktyabr - Sputnik. Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili və komandası müxalifətçilərin ölümünü planlaşdırırmışlar ki, Gürcüstanda iğtişaş törədərək hakimiyyəti günahlandırsınlar.
Sputnik Gürcüstan bildirir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili "İmedi" telekanalının efirində deyib.
Mixail Saakaşvili, arxivdən foto - Sputnik Azərbaycan, 1920, 03.10.2021
DÜNYA XƏBƏRLƏRİ
Gecikən ittiham, Saakaşvili ilə selfi çəkən polislər - Tbilisidən son xəbərlər
Baş nazir iddia edib ki, Saakaşvili oktyabrın 3-də Tbilisidə genişmiqyaslı aksiyada peyda olmaq, polisin gəlməsini təhrik etmək və müxalifətçilərin ölümündə hakimiyyəti günahlandırmaq niyyətində olub.
"Bu, bizim xüsusi xidmətlərin əldə etdiyi məlumatdır. Onların planları belə olub: kulminasiya və 10 min nəfərin toplaşdığı zaman - yəqin ki, onlar bu qədər adamı toplaya bilərdilər, - polis Saakaşvilini tutmağa məcbur qalacaqdı və mümkündür ki, xüsusi texnikadan istifadə edəcəkdi. Bu zaman versiyalardan biri kimi qarışıqlıqda bir neçə müxalifət liderinin qətli nəzərdə tutulurdu... Bu, onların bizim rəhbərliyin legitimsizləşdirilməsi planlarından biriydi, yəni burada müxalifət liderlərinin qətlə yetirilməsini xaricdə göstərmək istəyirdilər. Bununla da onlar hakimiyyətin istefasını və növbədənkənar parlament seçkisinin keçirilməsini tələb edəcəkdilər", - Qaribaşvili deyib.
Михаил Саакашвили, фото из архива - Sputnik Azərbaycan, 1920, 02.10.2021
DÜNYA XƏBƏRLƏRİ
Saakaşvili həbsxanada aclığa başladı
Baş nazirin sözlərinə görə, "Vahid Hərəkat"ın sıralarında bu plan üzrə birlik əldə edilməyib və "Vahid Hərəkat"ın lideri Nika Meliya hadisələrin bu cür inkişafının əleyhinə olub.
Xəbər lenti
0