https://sputnik.az/20211103/neftin-qiymetinin-cox-artmasi-azerbaycana-gerek-deyil---nazir-434859517.html
Neftin qiymətinin çox artması Azərbaycana gərək deyil - nazir
Neftin qiymətinin çox artması Azərbaycana gərək deyil - nazir
Sputnik Azərbaycan
Pərviz Şahbazov hesab edir ki, hasilatla bağlı istənilən qərar iqtisadi səbəblərə və ciddi bazar araşdırmasına əsaslanmalıdır. 03.11.2021, Sputnik Azərbaycan
2021-11-03T20:12+0400
2021-11-03T20:12+0400
2021-11-03T20:12+0400
neft-qaz
qiymət
neft
energetika naziri pərviz şahbazov
https://cdnn1.img.sputnik.az/img/07e5/02/02/426117820_0:0:3073:1728_1920x0_80_0_0_b3a523fcb7533561adc42b22530eac89.jpg
BAKI, 3 noyabr - Sputnik. Azərbaycan OPEC+-in neft hasilatının sutkalıq 400 min barel artırılması planını gələn ay dəstəkləyəcək. Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bloomberg-ə müsahibəsində deyib. Eyni zamanda nazir bildirib ki, Azərbaycana neftin həddən artıq baha qiymətləri gərək deyil. Nazirin sözlərinə görə, bu artım neft bazarının volatilliyinin qarşısını almağa kömək edəcək. Hasilatın daha yüksək templə artırılması çağırışlarını şərh edən nazir deyib ki, hasilatla bağlı istənilən qərar iqtisadi səbəblərə və ciddi bazar araşdırmasına əsaslanmalıdır.Şahbazov həmçinin qeyd edib ki, Azərbaycan Xəzər bölgəsində yeni neft layihələrini işə saldıqca növbəti onilliklərdə neftin hasilatını stabil saxlamağı nəzərdə tutur. Nazirin sözlərinə görə, bir barel üçün 60-70 dollar diapazonunda neft qiymətləri həm Azərbaycan, həm də dünya iqtisadiyyatı üçün məqbul sayıla bilər. Qeyd edək ki, bu yaxınlarda ABŞ, Hindistan və Yaponiya OPEC+ təşkilatını neft hasilatının artırılmasını sürətləndirməyə çağırmışdılar. OPEC+ energetika nazirlərinin növbəti iclası cümə axşamı, noyabrın 4-nə nəzərdə tutulub. Azərbaycan hasilatı azaldır2021-ci ilin sentyabrında Azərbaycanda sutkalıq neft hasilatı (o cümlədən kondensat) avqustdakı 711.6 min barel/sutka göstəricisinə qarşı 703.1 min barel olub. Azərbaycan Energetika Nazirliyinin hesabatına görə, sentyabrda hasil edilmiş 703.1 min barel neftin 586.2 min bareli xam neft, 116.9 min bareli isə kondensat olub. OPEC Azərbaycanda neft hasilatı üzrə proqnozunu artırıbOPEC-in oktyabr üzrə hesabatına görə, 2021-ci ildə Azərbaycanda neft hasilatı sutkada 20 min barel arta bilər (gündəlik 750 min barelədək). Sənədə görə, 2022-ci ildə respublikada neft hasilatının həcmi artmaqda davam edəcək. Beləliklə, OPEC Azərbaycanda neft hasilatının sutkada 70 min barel artaraq gündəlik istehsalın 820 min barelə çatacağını proqnozlaşdırır. Eləcə də oxuyun:* Rus qazına alternativ axtaran Avropaya Britaniya jurnalından məsləhətlər* Dövlət Neft Fondu iki milyard manata yaxın xərcə düşüb* "Lukoil" Azərbaycana bərpa olunan enerji sahəsində nə təklif edəcək* İlk dəfə açıqlandı – Azərbaycan və Türkiyə qaza dair yeni saziş imzalayıb
https://sputnik.az/20211026/azerbaycanda-devalvasiya-gozlenilir-neftin-ag-manatin-qara-gunleri-434604847.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/02/426117820_156:0:2887:2048_1920x0_80_0_0_31983d9d713bf17ba36fb2a978de854b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
qiymət, neft, energetika naziri pərviz şahbazov
qiymət, neft, energetika naziri pərviz şahbazov
Neftin qiymətinin çox artması Azərbaycana gərək deyil - nazir
Pərviz Şahbazov hesab edir ki, hasilatla bağlı istənilən qərar iqtisadi səbəblərə və ciddi bazar araşdırmasına əsaslanmalıdır.
BAKI, 3 noyabr - Sputnik. Azərbaycan OPEC+-in neft hasilatının sutkalıq 400 min barel artırılması planını gələn ay dəstəkləyəcək. Bunu Azərbaycanın energetika naziri
Pərviz Şahbazov Bloomberg-ə müsahibəsində deyib. Eyni zamanda nazir bildirib ki, Azərbaycana neftin həddən artıq baha qiymətləri gərək deyil.
"Biz tələbin kəskin artdığını görmürük, çünki elektrik enerjisini istehsal edənlər heç də həmişə təbii qazın əvəzedicisi kimi neft məhsullarını seçmirlər. Onlar nüvə enerjisi və kömürdən də yararlanırlar. Bizə həddən artıq baha neft gərək deyil. Ola bilər ki, hazırda qiymətlər bir qədər yüksəkdir, ancaq gördüyünüz kimi, OPEC+ hər ay hasilatın həcmini artırır. Hesab edirəm ki, bu, qiymətlərə təsir edəcək", - Şahbazov deyib.
Nazirin sözlərinə görə, bu artım neft bazarının volatilliyinin qarşısını almağa kömək edəcək.
Hasilatın daha yüksək templə artırılması çağırışlarını şərh edən nazir deyib ki, hasilatla bağlı istənilən qərar iqtisadi səbəblərə və ciddi bazar araşdırmasına əsaslanmalıdır.
Şahbazov həmçinin qeyd edib ki, Azərbaycan Xəzər bölgəsində yeni neft layihələrini işə saldıqca növbəti onilliklərdə neftin hasilatını stabil saxlamağı nəzərdə tutur.
Nazirin sözlərinə görə, bir barel üçün 60-70 dollar diapazonunda neft qiymətləri həm Azərbaycan, həm də dünya iqtisadiyyatı üçün məqbul sayıla bilər.
Qeyd edək ki, bu yaxınlarda ABŞ, Hindistan və Yaponiya OPEC+ təşkilatını neft hasilatının artırılmasını sürətləndirməyə çağırmışdılar.
OPEC+ energetika nazirlərinin növbəti iclası cümə axşamı, noyabrın 4-nə nəzərdə tutulub.
Azərbaycan hasilatı azaldır
2021-ci ilin sentyabrında Azərbaycanda sutkalıq neft hasilatı (o cümlədən kondensat) avqustdakı 711.6 min barel/sutka göstəricisinə qarşı 703.1 min barel olub. Azərbaycan Energetika Nazirliyinin hesabatına görə, sentyabrda hasil edilmiş 703.1 min barel neftin 586.2 min bareli xam neft, 116.9 min bareli isə kondensat olub.
OPEC Azərbaycanda neft hasilatı üzrə proqnozunu artırıb
OPEC-in oktyabr üzrə hesabatına görə, 2021-ci ildə Azərbaycanda neft hasilatı sutkada 20 min barel arta bilər (gündəlik 750 min barelədək).
Sənədə görə, 2022-ci ildə respublikada neft hasilatının həcmi artmaqda davam edəcək. Beləliklə, OPEC Azərbaycanda neft hasilatının sutkada 70 min barel artaraq gündəlik istehsalın 820 min barelə çatacağını proqnozlaşdırır.