https://sputnik.az/20211022/dovlet-neft-fondu-iki-milyard-manata-yaxin-xerce-dusub-434500342.html
Dövlət Neft Fondu iki milyard manata yaxın xərcə düşüb
Dövlət Neft Fondu iki milyard manata yaxın xərcə düşüb
Sputnik Azərbaycan
ARNDF-in aktivləri bu ilin əvvəlindən 1,5% artaraq 44 226,4 milyon ABŞ dolları təşkil edib. Artım Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə... 22.10.2021, Sputnik Azərbaycan
2021-10-22T21:22+0400
2021-10-22T21:22+0400
2021-10-22T21:22+0400
dövlət neft fondu
neft-qaz
valyuta
məzənnə
ziyan
https://cdnn1.img.sputnik.az/img/41494/86/414948620_0:0:2000:1125_1920x0_80_0_0_f3cb2ce2d134f618d5024d92b36caa7d.jpg.webp
BAKI, 21 oktyabr — Sputnik. Bu ilin yanvar-sentyabr aylarında Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 10 444,5 milyon manat, büdcə xərcləri isə 7 328,2 milyon manat təşkil edib.Sputnik Azərbaycan bu barədə Fonda istinadən xəbər verir.Məlumata görə, 9 ay ərzində ARDNF neft və qaz sazişlərinin həyata keçirilməsindən 8 178,2 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 384,4 milyon manat, bonus ödənişlərindən 772 milyon manat, tranzitdən 16,5 milyon manat, akrhesabı ödənişlərdən isə 5,3 milyon manat gəlir əldə edib. Fondun vəsaitin idarə olunmasından gəliri isə 2 266,3 milyon manat olub.Hesabat dövründə ARDNF 2021-ci il büdcəsinin icrası çərçivəsində dövlət büdcəsinə 7 309,7 milyon manat vəsait transfert edib. "2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə 3,4 milyon manat yönəldib, idarə edilməsinə isə 15,1 milyon manat xərcləyib.Fondun valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə büdcədənkənar xərcləri isə 1990,6 milyon manat olub.Beləliklə, ARNDF-in aktivləri bu ilin əvvəlindən 1,5% artaraq 44 226,4 milyon ABŞ dolları təşkil edib. Artım Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub. Ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınıb.Eləcə də oxuyun:* "Türkiyədən geyinənlərə" şad xəbər: bəzi məhsullar ucuzlaşacaq* Azərbaycanda dollar ucuzlaşa bilərmi?* Doing Business reytinqi ətrafında qalmaqal: Azərbaycanın göstəricilərini kim aşağı salıb?* Millət vəkili: Yüksək qiymətlər qlobal neft şoklarına səbəb ola bilər* Mərkəzi Bankın valyuta ehtiyatları yeddi milyard dolları keçib
https://sputnik.az/20211014/azerbaycandaki-banklar-dollar-qebulunu-dayandirib-434218510.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_8b8f3f57304b8a399ecf36a82ef5c770.jpg.webp
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_8b8f3f57304b8a399ecf36a82ef5c770.jpg.webp
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41494/86/414948620_283:0:1990:1280_1920x0_80_0_0_a400e600e647326bf629e9b5982d4ce7.jpg.webpSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_8b8f3f57304b8a399ecf36a82ef5c770.jpg.webp
dövlət neft fondu, valyuta, məzənnə, ziyan
dövlət neft fondu, valyuta, məzənnə, ziyan
Dövlət Neft Fondu iki milyard manata yaxın xərcə düşüb
ARNDF-in aktivləri bu ilin əvvəlindən 1,5% artaraq 44 226,4 milyon ABŞ dolları təşkil edib. Artım Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub
BAKI, 21 oktyabr — Sputnik. Bu ilin yanvar-sentyabr aylarında Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 10 444,5 milyon manat, büdcə xərcləri isə 7 328,2 milyon manat təşkil edib.
Sputnik Azərbaycan bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, 9 ay ərzində ARDNF neft və qaz sazişlərinin həyata keçirilməsindən 8 178,2 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 384,4 milyon manat, bonus ödənişlərindən 772 milyon manat, tranzitdən 16,5 milyon manat, akrhesabı ödənişlərdən isə 5,3 milyon manat gəlir əldə edib. Fondun vəsaitin idarə olunmasından gəliri isə 2 266,3 milyon manat olub.
Hesabat dövründə ARDNF 2021-ci il büdcəsinin icrası çərçivəsində dövlət büdcəsinə 7 309,7 milyon manat vəsait transfert edib. "2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə 3,4 milyon manat yönəldib, idarə edilməsinə isə 15,1 milyon manat xərcləyib.
Fondun valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə büdcədənkənar xərcləri isə 1990,6 milyon manat olub.
Beləliklə, ARNDF-in aktivləri bu ilin əvvəlindən 1,5% artaraq 44 226,4 milyon ABŞ dolları təşkil edib. Artım Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub. Ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınıb.
*
Doing Business reytinqi ətrafında qalmaqal: Azərbaycanın göstəricilərini kim aşağı salıb?