NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

"Lukoil" Azərbaycana bərpa olunan enerji sahəsində nə təklif edəcək

© Sputnik / Евгений Одиноков / Mediabanka keçidLukoil
Lukoil - Sputnik Azərbaycan, 1920, 19.10.2021
Abunə olmaq
"Lukoil" Azərbaycanda neft və qaz layihələrində iştirak edir, həmçinin bərpa olunan enerji (BOE) ilə bağlı layihələrlə maraqlanır. Rusiya şirkəti Azərbaycanda BOE sahəsində nə təklif edə bilər?
BAKI, 19 oktyabr — Sputnik. İşğal olunmuş Azərbaycan ərazilərinin geri qaytarılması və "yaşıl enerji" zonası elan edilməsi alternativ enerji mənbələri üzrə layihələrdə iştirak etmək məqsədi ilə getdikcə daha çox xarici şirkətləri bölgəyə cəlb edir.
Azərbaycanın Qarabağ və digər ərazilərində "yaşıl enerji" ilə maraqlananlar arasında Rusiya şirkətləri də var. Belə ki, Azərbaycan və Rusiyanın energetika nazirlərinin görüşündə Rusiya şirkətlərinin Qarabağ regionu ərazisində su elektrik stansiyalarının və digər enerji obyektlərinin tikintisi, müasirləşdirilməsi, bərpası üzrə birgə layihələrin həyata keçirilməsində maraqları müzakirə olunub.
Bundan əlavə, ötən həftə Azərbaycanın energetika naziri Pərviz Şahbazov da qeyd edib ki, Rusiyanın "Lukoil" şirkəti Azərbaycanın təkcə neft və qaz yataqları ilə deyil, alternativ enerji sahəsindəki layihələrlə də maraqlanır.
""Lukoil" bizim çoxdankı tərəfdaşımızdır və biz sıx əlaqə saxlayırıq. "Şahdəniz" bizim ilk layihəmiz deyil. "Lukoil" bu gün təkcə neft və qaz yataqlarına deyil, alternativ energetikaya da maraq göstərir. Biz məsləhətləşirik və işləyirik", - deyə Şahbazov bildirib.

BOE "Lukoil" üçün yeni energetika sahəsidir

Həm Rusiyada, həm də dünyada neft və qaz layihələrində fəal iştirak edən "Lukoil" bərpa olunan enerji mənbələri ilə bağlı layihələrə də qoşulmaq niyyətindədir. Şirkət alternativ enerjiyə daha çox diqqət yetirərək öz strukturunda islahatlar aparır. "Lukoil"un planları arasında istehsal müəssisələrində və güclərində karbohidrat tullantılarının azaldılması ilə yanaşı, həm öz ehtiyacları, həm şəbəkəyə buraxılması üçün, eləcə də xarici layihələrdə alternativ energetika texnologiyalarının tətbiqi üçün BOE-dən elektrik enerjisinin istehsalı sahəsində layihələrin genişləndirilməsi də var.
Bu ilin mart ayında bərpa olunan enerji layihələrini genişləndirmək üçün "Lukoil" şirkətin mərkəzi aparatı çərçivəsində energetika üzrə direksiya yaradıb. BOE də daxil olmaqla, bölmə perspektivli elektrik enerjisi layihələrinin inkişafı ilə məşğul olacaq.
Beləliklə, bu günə qədər "Lukoil" Rusiyada və xarici ölkələr üzrə 400 MVt-dan çox bərpa olunan enerji gücünə malikdir. Rusiyadakı su elektrik stansiyalarının (SES) və günəş elektrik stansiyalarının (GES) layihələrindən başqa, şirkət Rumıniya və Bolqarıstanda 40 MVt gücündə GES, həmçinin Rumıniyada 84 MVt gücündə külək elektrik stansiyası yaradıb. "Lukoil" Qazaxıstanda da oxşar layihələrdə iştirak etməyi düşünür.
LUKoil ASC-nin prezidenti Vahid Ələkbərov - Sputnik Azərbaycan, 1920, 13.06.2019
İQTİSADİYYAT
LUKOIL Azərbaycanla bağlı plan qurub: Hər iki tərəf xeyir götürəcək

Risklərin bölüşdürülməsi

Rusiya Federasiyasının Enerji Təhlükəsizliyi Milli Fondunun aparıcı mütəxəssisi İqor Yuşkov bildirib ki, BOE bazarının hələ də tam formalaşmadığını nəzərə alsaq, alternativ energetika layihələri müəyyən risklər daşıyır, buna görə də şirkətlər bu cür layihələrdə təkbaşına iştirak etməyə çalışmırlar.
Yuşkov qeyd edib ki, burada daha doğrusu, "Lukoil"un Azərbaycan layihələrinə inteqrasiya etmək və investisiya risklərini bölüşmək istəyi var, çünki BOE hələ də olduqca riskli bir layihə olaraq qalır.
"BOE hər yerdə uduşlu deyil - Ukraynada bərpa olunan enerji mənbələrindən elektrik enerjisi almaq üçün çox yüksək tarif təyin edilib və onlar onu satın alacaqlarına zəmanət verirlər. İnvestorlar təkbaşına BOE layihələrinə sərmayə qoymamağa, tərəfdaşlar tapmağa çalışırlar. Buna görə də əgər "Lukoil" bu riskləri bölüşməyə hazırdırsa, o, Azərbaycan şirkətləri ilə razılaşa bilər", - deyə mütəxəssis yekunlaşdırıb.
Eləcə də oxuyun:
* Azərbaycanla Slovakiya saziş bağladılar
* Energetika naziri Rusiyada bir sıra görüşlər keçirib
* Cəbrayılda əsasən elektrikli nəqliyyat vasitələri işləyəcək
* Bahalaşan neft fonunda Bakıda pay bölgüsü - həftənin iqtisadi yekunları
* Dünya ondan pul qazanır, biz küçəyə atırıq: Zibili nə etməli?
* İraqın neft naziri: Azərbaycanla neft-qaz sahəsində əməkdaşlıqda maraqlıyıq
Xəbər lenti
0