NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

İlk dəfə açıqlandı – Azərbaycan və Türkiyə qaza dair yeni saziş imzalayıb

© AP Photo / Joerg SarbachQaz ambarı
Qaz ambarı - Sputnik Azərbaycan, 1920, 15.10.2021
Abunə olmaq
Bakı–Tbilisi–Ərzurum xətti ilə əlavə 11 milyard kubmetr qaz alınacaq
BAKI, 15 oktyabr — Sputnik. Türkiyə və Azərbaycan arasında yeni qaz sazişi imzalanıb. Sputnik Azərbaycan "Mİlliyet"ə istinadən xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.
Türk nazir bildirib ki, qış yaxınlaşdığından mümkün qaz istehlakı artımının təmin edilməsi üçün danışıqlar aparılır.
"Bununla bağlı Azərbaycanla 2024-cü ilin sonuna qədər qüvvədə olacaq təbii qaza dair razılaşma əldə olunub. Bakı – Tbilisi – Ərzurum xətti ilə əlavə 11 milyard kubmetr qaz alınacaq", - deyə nazir bildirib.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan Avropaya 986 278,16 min ABŞ dolları dəyərində 3 621 896,03 kubmetr həcmində qaz ixrac edib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, Avropaya ixrac edilən qazın 3 046 941,26 kubmetri (836 241,79 min dollar dəyərində) İtaliyanın, 424 205,61 kubmetri (127 571,4 min dollar) Yunanıstanın, 150 749,16 kubmetri isə (22 464,97 min dollar) Bolqarıstanın payına düşüb.
Qaz kəmərinin tikintisi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.10.2021
SİYASƏT
Azı 100 illik qazımız var - Prezident Avropaya qaz nəqlinin artırılması barədə
Bununla yanaşı, hesabat dövründə Azərbaycan Türkiyəyə 1 089 818,18 min dollarlıq 7 309 619,31 kubmetr qaz ixrac edib. Yanvar-avqust aylarında Azərbaycan Gürcüstana 268 509,14 min dollar dəyərində 2 157 801,61 kubmetr qaz nəql edib. Bununla yanaşı, hesabat dövründə Azərbaycan İrana 5 786,28 min dollar dəyərində 152 446,53 kubmetr qaz ixrac edib.
Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan təbii qazın dəyərinə dair məlumatlar nəzərə alınıb.
Bakı-Tbilisi-Ərzurum boru xətti - Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilmişdir. Kəmərin uzunluğu 980 kilometr, diametri 42 düymdür. Boru kəməri ildə 20 milyard kubmetrədək ötürmə gücünə malikdir.
Xəbər lenti
0