DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Saakaşvilinin olduğu həbsxanaya xüsusi təyinatlılar niyə gəliblər? - DİN açıqlama verdi

© REUTERS / GEORGIAN INTERIOR MINISTRYMixail Saakaşvili, arxivdən foto
Mixail Saakaşvili, arxivdən foto - Sputnik Azərbaycan, 1920, 30.10.2021
Abunə olmaq
İlkin məlumata görə, həbsxananın rəhbərliyi aclıq elan etmiş siyasətçini həbsxana xəstəxanasına köçürmək niyyətindədir
BAKI, 30 oktyabr - Sputnik. Gürcüstan DİN ölkənin sabiq prezidenti Mixeil Saakaşvilinin saxlanıldığı Rustavi həbsxanasının ərazisinə quruma məxsus bölmələrin gətirilməsini təhlükəsizliyin təmin edilməsi zərurəti ilə izah edib.
Sputnik Gürcüstan yazır ki, Rusitavidəki 12 saylı penitensiar müəssisəsinin yaxınlığında polis avtobusu və təcili yardım maşını görüldükdən sonra KİV güman etmişdi ki, ola bilsin, Saakaşvilini xəstəxanaya köçürürürlər.
"Rustavidəki 12 saylı xüsusi penitensiar müəssisənin yaxınlığında polis bölmələri təhlükəsizliyi təmin etmək üçün dayanıb. Təbii ki, müntəzəm olaraq əməkdaşların növbə dəyişikliyi aparılır və KİV bugünkü rotasiyanı videoya çəkib", - DİN-in məlumatında deyilir.
---------
13:05
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin saxlanıldığı Rustavi şəhərindəki 12 saylı həbsxanaya xüsusi təyinatlılarla dolu avtobus və təcili yardım maşını gıəlib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə "Pirveli" telekanalı məlumat yayıb.
"Həbsxananın ərazisinə xüsusi təyinatlıların avtobusu və təcili yardım briqadası daxil olub, içəridə hələlik nə baş verdiyi barədə məlumat yoxdur", - məlumatda deyilir.
Sputnik Gürcüstan yazır ki, ilkin məlumata görə, həbsxananın rəhbərliyi aclıq elan etmiş siyasətçini həbsxana xəstəxanasına köçürmək niyyətindədir, ancaq buna dair heç bir rəsmi informasiya verilmir.
Bu ərəfədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze deyib ki, lazım gələrsə, Saakaşvilinin klinikaya təxliyəsi üçün qurum helikopterdən istifadə edəcək, ancaq hazırda hospitalizasiyaya gərək yoxdur.
Gürcüstan DTX cümə günü bəyan edib ki, dövlət çevrilişi ilə bağlı hazırlıqlar gedirmiş: bəzi adamlar ölkədə xaos və qarışıqlıq yaratmaq üçün Gürcüstanın sabiq prezidentinin həbsxanaya aparılmasına mane olmaq niyyətində imiş.
Şənbə günü isə hakim "Gürcü arzusu" partiyasının nümayəndəsi İrakli Kobaxidze artıq bir aydır həbsxanada aclıq elan etmiş Saakaşvilinin seçki günü özünü pis hiss edəcəyi barədə məlumat aldığını deyib.
Xatırladaq ki, şənbə günü, oktyabrın 30-da Gürcüstanda bələdiyyə seçkisinin ikinci turu başlayıb.

Gürcüstanın sabiq prezidentinin həbsi

Saakaşvili Tbilisidə oktyabrın 1-də saxlanılıb. Onu üç məhkəmə instansiyası parlamentin deputatı Valeri Gelaşvilinin döyülməsi və "Gürcüstan Birləşmiş Bankı"nın əməkdaşı Sandro Qirqvlianinin işinə görə müqəssir bilib.
Ona qarşı həmçinin:
* Dövlət Mühafizə Xidmətinin 9.2 milyon larisini xərcləmək,
* 2007-ci il noyabrın 7-də aksiyanın dağıdılması,
* "İmedi" telekanalının dağıdılması,
* mərhum milyoner Badri Patarkatsişvilinin əmlakına yiyələnmə kimi ittihamlar irəli sürüblər.
Prokurorluqdan bildirilib ki, Saakaşvilinin Ukraynaya ekstradisiyası məsələsi hələlik müzakirə olunmur və cəzasını vətənində çəkəcək.
Oktyabrın 1-də Rustavi həbsxanasına aparılan Mixeil Saakaşvili elə həmin axşam özünə qarşı irəli sürülən hökmlə razı olmadığını, özünü siyasi məhbus hesab etdiyini bildirərək aclıq elan edib.
Eləcə də oxuyun:
* Saakaşvilini aradan götürmək istəyirlər - Qalmaqallı iddia
* Gürcüstan DTX-sı ölkədə dövlət çevrilişi hazırlandığını bəyan edib
* Mixeil Saakaşvili tibbi yardımdan imtina edib
* Gürcüstanın Baş nazirindən Saakaşviliyə qarşı şok ittiham
* Saakaşvili həbsxanada aclığa başladı
* Saakaşvili kameralar qarşısında narkotik maddə testindən keçirilməsini tələb etdi
Xəbər lenti
0