CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dünyada illərlə axtarılan artefakt Azərbaycanda tapıldı

© Sputnik / Ilham MustafayevSarıyoxuş dərəsindəki 1 və 2 saylı daş örtüklü kurqanlarda arxeoloji qazıntılar
Sarıyoxuş dərəsindəki 1 və 2 saylı daş örtüklü kurqanlarda arxeoloji qazıntılar - Sputnik Azərbaycan, 1920, 24.07.2021
Abunə olmaq
Sarıyoxuş dərəsindəki 1 və 2 saylı daş örtüklü kurqanlarda Azərbaycan, eləcə də dünya arxeologiyası üçün çox qiymətli maddi-mədəniyyət nümunələri tapılıb. Ətraflı - Sputnik Azərbaycan-ın xəbərində.

BAKI, 24 iyul — Sputnik. Ağstafa rayonu ərazisində yerləşən "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğu ərazisində arxeoloji xilasetmə və tədqiqat işləri aparılıb. Qoruq ərazisində daha iki kurqan açılaraq arxeoloji tədqiqatlar həyata keçirilib. Sarıyoxuş dərəsindəki 1 və 2 saylı daş örtüklü kurqanlarda Azərbaycan, eləcə də dünya arxeologiyası üçün çox qiymətli maddi-mədəniyyət nümunələri tapılıb.

Arxeoloji tədqiqatın rəhbəri Pərviz Qasımov Sputnik Azərbaycan-a açıqlamasında son tunc - ilk dəmir dövrünə aid Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti üçün xarakterik olan zəngin dəfn və mədəniyyət nümunələri aşkarlandığını bildirib.

© Sputnik / Ilham MustafayevArxeoloji tədqiqatın rəhbəri Pərviz Qasımov
Dünyada illərlə axtarılan artefakt Azərbaycanda tapıldı - Sputnik Azərbaycan, 1920, 24.07.2021
Arxeoloji tədqiqatın rəhbəri Pərviz Qasımov

“Hər iki kurqan tapıntılarla zəngin oldu. Üzəri nəhəng sal daşla örtülmüş kurqanda 2,6 metr dərinlikdə son tunc dövrünə aid xüsusi dəfn kamerasının konstruksiyasına rast gəldik.

İki hissədən ibarət qəbir kamerasında dizdən bükülü vəziyyətdə dəfn edilən skeletləşmiş insan qalıqları aşkar olundu. Onun yanında tuncdan qılınc, qılınc qınının tuncdan sonluğu, obsidian və çaxmaq daşından ox ucluqları, olduqca yaxşı vəziyyətdə qapaqlı küpə aşkar etdik. Eyni zamanda qəbrə “o dünya üçün azuqə” məqsədilə qara cilalı qablarda ev heyvanlarının bişmiş tikələrinin sümük qalıqları qoyulub”, - deyə P.Qasımov məlumat verib.
© Sputnik / Ilham Mustafayev
Sarıyoxuş dərəsindəki 1 və 2 saylı daş örtüklü kurqanlarda arxeoloji qazıntılar - Sputnik Azərbaycan
1/5
© Sputnik / Ilham Mustafayev
Sarıyoxuş dərəsindəki 1 və 2 saylı daş örtüklü kurqanlarda arxeoloji qazıntılar - Sputnik Azərbaycan
2/5
© Sputnik / Ilham Mustafayev
Sarıyoxuş dərəsindəki 1 və 2 saylı daş örtüklü kurqanlarda arxeoloji qazıntılar - Sputnik Azərbaycan
3/5
© Sputnik / Ilham Mustafayev
Sarıyoxuş dərəsindəki 1 və 2 saylı daş örtüklü kurqanlarda arxeoloji qazıntılar - Sputnik Azərbaycan
4/5
© Sputnik / Ilham Mustafayev
Sarıyoxuş dərəsindəki 1 və 2 saylı daş örtüklü kurqanlarda arxeoloji qazıntılar - Sputnik Azərbaycan
5/5
1/5
2/5
3/5
4/5
5/5

Arxeoloq tədqiqat zamanı ən dəyərli tapıntının skeletin boynundan asılmış muncuqların arasında aşkarlanan silindrik möhür olduğunu deyib. Onun sözlərinə görə, möhürün olması burada dəfn olunmuş şəxsin tutduğu yüksək sosial statusunu göstərməkdədir. Xüsusi sifarişlə hazırlanmış və Ön Asiya ərazisindən gətirilmiş bu möhürlə siyasi və iqtisadi sənədlər təsdiq edilib, əcnəbi tacirlərin tayfanın nəzarəti altında olan ərazilərində təhlükəsizliyi təmin edilib. Digər tərəfdən, silindrik möhür e.ə. II minilliyin sonu - I minilliyin əvvəlində Şimali Azərbaycan ərazisində sinifli cəmiyyətlərin və dövrünə uyğun dövlət quruluşunun mövcudluğunu göstərib. P.Qasımov bu tapıntının dünyada böyük maraq yaradacağını söyləyib.

© Sputnik / Ilham MustafayevSarıyoxuş dərəsindəki 1 və 2 saylı daş örtüklü kurqanlarda arxeoloji qazıntılar
Dünyada illərlə axtarılan artefakt Azərbaycanda tapıldı - Sputnik Azərbaycan, 1920, 24.07.2021
Sarıyoxuş dərəsindəki 1 və 2 saylı daş örtüklü kurqanlarda arxeoloji qazıntılar

“Bu möhür eradan əvvəl XV-XIII əsrlərdə Suriya ərazisində mövcud olmuş Mitanni imperiyası üçün xarakterikdir. Elmdə silindrik möhürlər deyilən tapıntı saxsıdan hazırlanıb.

Bu möhürlər üzrə tədqiqat aparan xarici alimlərin hamısı qeyd edir ki, yaxşı olardı ki, bu möhür haradasa tapılaydı və onun yanında üzvi maddələr olardı. O zaman onu radiokarbon analizi edərək dəqiq yaşını tapmaq olardı. Çünki idiyədək tarixləmə yalnız tipoloji dövrləşməyə görə verilib. İndi bəxtimiz gətirdi ki, bu möhür insan qalıqları ilə birgə Azərbaycanda, Ağstafada tapıldı. İnanıram ki, bu möhür elmi dövriyyəyə daxil olduqdan sonra xaricdə böyük maraq yaradacaq“, - arxeoloq bildirib.

Qeyd edək ki, tədqiqatlar “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi“ adlı layihə çərçivəsində Mədəni  İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə həyata keçirilir.

Eləcə də oxuyun:

Xəbər lenti
0