Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Lara Kroft"lar üçün Azərbaycan macərası: bu sümüklərin gücünü onlar yaxşı bilirlər - FOTO

© Sputnik / Ilham MustafayevKeşikçidağda arxeoloji kəşfiyyat və tədqiqat işləri
Keşikçidağda arxeoloji kəşfiyyat və tədqiqat işləri - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
НовостиTelegram
Sakral yerlərə səfər etməyi xoşlayan turistlər üçün Azərbaycanda daha bir "cənnət" tapıldı. Sərhədə yaxın ərazidə gələcəkdə muzey də yaradılacaq

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 25 yanvar — Sputnik. "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğu Ağstafa rayonunun Gürcüstanla sərhədində yerləşir. Qoruğa gedən yolun inşası zamanı yolun hərəkət zolağına düşən hissəsində arxeoloji abidələrin olması ehtimal edilib. Nəticədə ərazidə arxeoloji xilasetmə, kəşfiyyat və arxeoloji tədqiqat işləri aparılaraq yeni tarixi abidələr aşkar edilib. Bu barədə Sputnik Azərbaycan-a açıqlama verən arxeoloq Pərviz Qasımov tapıntıların Azərbaycan tarix elmi və Azərbaycan arxeologiyası üçün çox qiymətli olduğunu söyləyib:

© Sputnik / Ilham MustafayevPərviz Qasımov arxeoloq
Lara Kroftlar üçün Azərbaycan macərası: bu sümüklərin gücünü onlar yaxşı bilirlər - FOTO - Sputnik Azərbaycan
Pərviz Qasımov arxeoloq

“Xilasetmə işləri Soyuqbulaq qəsəbəsindən "Keşikçidağ" istiqamətində 11-12 və 14-cü kilometrlərdə aparıldı. Qazıntılar nəticəsində 6 kurqan qəbir aşkar edildi. Tapıntılar əsasında kurqanların əksəriyyətini Son Tunc və Erkən Dəmir dövrünə aid etmək olar. Hətta içlərində bəzi kurqanların eramızdan əvvəl 14-cü əsrə, yəni 3400 il əvvələ aid olduğunu söyləyə bilərəm. Bu da onu göstərir ki, Ağstafa ərazisi də Xocalı-Gədəbəy mədəniyyətinin formalaşma arealına daxildir”, - deyə Pərviz Qasımov məlumat verib.

P.Qasımovun sözlərinə görə, qazıntılar zamanı müxtəlif tipli keramik məmulatlar, tuncdan kiçik ölçülü nizə ucluğu, azuqə qalıqları aşkar edilib. Onların arasından radiokarbon və izotop analizlər üçün nümunələr seçilib. Arxeoloq, bundan başqa, bir çox kurqanın yerlərinin təyin edilərək peyk məlumatlarının götürüldüyünü bildirib.

© Sputnik / Ilham Mustafayev
Keşikçidağda arxeoloji kəşfiyyat və tədqiqat işləri - Sputnik Azərbaycan
1/7
© Sputnik / Ilham Mustafayev
Keşikçidağda arxeoloji kəşfiyyat və tədqiqat işləri - Sputnik Azərbaycan
2/7
© Sputnik / Ilham Mustafayev
Keşikçidağda arxeoloji kəşfiyyat və tədqiqat işləri - Sputnik Azərbaycan
3/7
© Sputnik / Ilham Mustafayev
Keşikçidağda arxeoloji kəşfiyyat və tədqiqat işləri - Sputnik Azərbaycan
4/7
© Sputnik / Ilham Mustafayev
Keşikçidağda arxeoloji kəşfiyyat və tədqiqat işləri - Sputnik Azərbaycan
5/7
© Sputnik / Ilham Mustafayev
Keşikçidağda arxeoloji kəşfiyyat və tədqiqat işləri - Sputnik Azərbaycan
6/7
© Sputnik / Ilham Mustafayev
Keşikçidağda arxeoloji kəşfiyyat və tədqiqat işləri - Sputnik Azərbaycan
7/7
1/7
2/7
3/7
4/7
5/7
6/7
7/7

“Tədqiqatlar göstərdi ki, "Keşikçidağ" qoruğu müxtəlif dövrlərə aid tarixi abidələrlə zəngindir. Müşahidələrə görə, ərazidə yüzdən çox kurqan yerləşir. O səbəbdən "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğu böyük arxeoloji potensiala malikdir. Eyni zamanda, bura gələcəkdə arxeoloji turizm və sakral yerlərə səfər etmək istəyən turistlər üçün böyük perspektivə malik olacaq. Bu da özlüyündə turizmin inkişafına şərait yaradacaq”, - deyə P.Qasımov bildirib.

© Sputnik / Ilham MustafayevKeşikçidağda arxeoloji kəşfiyyat və tədqiqat işləri
Lara Kroftlar üçün Azərbaycan macərası: bu sümüklərin gücünü onlar yaxşı bilirlər - FOTO - Sputnik Azərbaycan
Keşikçidağda arxeoloji kəşfiyyat və tədqiqat işləri

Ərazidən tapılan maddi mədəniyyət nümunələrinə gəldikdə isə, onlar qoruğa təhvil veriləcək və turistlər üçün yaradılacaq xüsusi muzeydə yerləşdiriləcək.

Xəbər lenti
0