https://sputnik.az/20210917/Azerbaycanli-arxeoloq-bizi-3-milyon-il-bundan-evvle-apardi-427938673.html
Azərbaycanlı arxeoloq bizi 3 milyon il bundan əvvələ apardı
Azərbaycanlı arxeoloq bizi 3 milyon il bundan əvvələ apardı
Sputnik Azərbaycan
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Əjdər Babazadə 3 milyon yaşı olan əmək alətlərinin müasir versiyasını... 17.09.2021, Sputnik Azərbaycan
2021-09-17T17:20+0400
2021-09-17T17:20+0400
2021-11-17T00:04+0400
multimedia
video
xəbərlər
dünya
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/09/10/427938609_10:-1:1920:1080_1920x0_80_0_0_fc354832ebeffe5a8ba01a9abced534f.jpg
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Əjdər Babazadə müsahibəsində bildirib ki, 2018-ci ildən Akademiyada fəaliyyətə başladıqdan sonra Azərbaycan arxeologiyasının indiyədək araşdırılmamış sahələrindən biri olan eksperimental arxeologiya və qədim daş dövrü texnitipologiyası üzərində tədqiqatlara başlayıblar.Keçmişə nəzər salsaq, daş alətlərin hazırlanma xronologiyasına baxsaq, təxminən 3 milyon il əvvəl, hominini qrupları, avstralopitek cinsindən olan insanabənzər canlılar çay daşlarından və digər xammaldan alət düzəltməyə başlayıblar. Daha sonra bazalt, çaxmaq daşı və obsidiandan, eləcə də digər kvars növlərdən istifadə edərək gördüyünüz alətlərin tiplərini yaradıblar. Hər bir dövrün öz texnologiyası və tipologiyası var. Biz həmin tipologiyaya baxaraq hansı texnologiya və metodlardan istifadə edildiyini öyrənirik, xarici eksperimental arxeoloqlardan məsləhətlər və dəstək alaraq bu işi həyata keçiririk.Qeyd edək ki, Ə.Babazadənin hazırladığı ibtidai əmək alətlərinin bəziləri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeoloji Fondunda qorunur.
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/10/427938609_158:-1:1876:1080_1920x0_80_0_0_3c28ceac331f5bb529becdb476d0d89d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
multimedia, xəbərlər, dünya, azərbaycan
multimedia, xəbərlər, dünya, azərbaycan
Azərbaycanlı arxeoloq bizi 3 milyon il bundan əvvələ apardı
17:20 17.09.2021 (Yenilənib: 00:04 17.11.2021) Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Əjdər Babazadə 3 milyon yaşı olan əmək alətlərinin müasir versiyasını hazırlayır. Ətraflı videomuzda.
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Əjdər Babazadə müsahibəsində bildirib ki, 2018-ci ildən Akademiyada fəaliyyətə başladıqdan sonra Azərbaycan arxeologiyasının indiyədək araşdırılmamış sahələrindən biri olan eksperimental arxeologiya və qədim daş dövrü texnitipologiyası üzərində tədqiqatlara başlayıblar.
Keçmişə nəzər salsaq, daş alətlərin hazırlanma xronologiyasına baxsaq, təxminən 3 milyon il əvvəl, hominini qrupları, avstralopitek cinsindən olan insanabənzər canlılar çay daşlarından və digər xammaldan alət düzəltməyə başlayıblar. Daha sonra bazalt, çaxmaq daşı və obsidiandan, eləcə də digər kvars növlərdən istifadə edərək gördüyünüz alətlərin tiplərini yaradıblar. Hər bir dövrün öz texnologiyası və tipologiyası var. Biz həmin tipologiyaya baxaraq hansı texnologiya və metodlardan istifadə edildiyini öyrənirik, xarici eksperimental arxeoloqlardan məsləhətlər və dəstək alaraq bu işi həyata keçiririk.
Qeyd edək ki, Ə.Babazadənin hazırladığı ibtidai əmək alətlərinin bəziləri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeoloji Fondunda qorunur.