https://sputnik.az/20211028/zengezur-dehlizi-ile-bagli-mubahiselere-rusiya-xn-den-serh-434685456.html
Zəngəzur dəhlizi ilə bağlı mübahisələrə Rusiya XİN-dən şərh
Zəngəzur dəhlizi ilə bağlı mübahisələrə Rusiya XİN-dən şərh
Sputnik Azərbaycan
BAKI, 28 oktyabr - Sputnik. Zəngəzur dəhlizi ilə bağlı mübahisələr də daxil olmaqla Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasına dair bütün məsələləri... 28.10.2021, Sputnik Azərbaycan
2021-10-28T19:12+0400
2021-10-28T19:12+0400
2021-10-28T19:12+0400
azərbaycan xəbərləri
ermənistan
zəngəzur
rusiya xin
dəhliz
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/08/03/427609550_0:0:3314:1864_1920x0_80_0_0_d450893b527b5da50e16fa6fbf30c3c9.jpg
BAKI, 28 oktyabr - Sputnik. Zəngəzur dəhlizi ilə bağlı mübahisələr də daxil olmaqla Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasına dair bütün məsələləri Azərbaycan, Ermənistan və Rusiyanın baş nazir köməkçilərinin üçtərəfli işçi qrupunun həmsədrliyi çərçivəsində müzakirə və həll etmək lazımdır.Sputnik Azərbaycan bildirir ki, bunu ənənəvi brifinqdə Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib. "Hesab edirik ki, Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasına dair məsələlərin işlənməsinin optimal forması bu il yanvarın 11-də Moskva sammitinin (Azərbaycan, Ermənistan və RF liderlərinin iştirakı ilə) nəticələri əsasında yaradılan üçtərəfli işçi qrupdur. Artıq bu mexanizmin səkkiz iclası keçirilib və bütün tərəflər onun fəaliyyətini yüksək qiymətləndirirlər", - Zaxarova deyib."Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına dair üçtərəfli razılaşmaların reallaşdırılmasına kömək edən bəyanat və addımları düzgün sayırıq", - Rusiya XİN sözçüsü əlavə edib. Zəngəzur dəhliziZəngəzur dəhlizi — Azərbaycanın əsas hissəsini onun bir parçası olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirməli olan nəqliyyat dəhlizidir. İkinci Qarabağ müharibəsinin sonucu olaraq imzalanan Dağlıq Qarabağda atəşkəs bəyanatının 9-cu maddəsində Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək dəhlizin qurulması qeyd olunur.9-cu maddədə deyilir: "Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir”.Eləcə də oxuyun:* Azərbaycan-Türkiyə-Ermənistan üçtərəfli görüşü olacaq? – Çavuşoğlu anons verdi* Əliyevlə Ərdoğan Zəngəzur dəhlizinin təməlini qoyublar* Paşinyan Xankəndiyə niyə gəlmir?- Yerevanda hamı indi bu sualı verir* Ermənistan Bakı ilə konsensusa yaxındır – Paşinyanın köməkçisi* Ermənistan XİN başçısı Azərbaycanla imzalanacağı deyilən iki sənəd barədə* Erməni rəsmi "Zəngəzur dəhlizi"nə qarşı: Ermənistan ərazisində suveren dəhliz ola bilməz
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/03/427609550_396:0:3127:2048_1920x0_80_0_0_050d8a58b92a5d5730634c565ebff1cf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ermənistan, zəngəzur, rusiya xin, dəhliz, azərbaycan
ermənistan, zəngəzur, rusiya xin, dəhliz, azərbaycan
Zəngəzur dəhlizi ilə bağlı mübahisələrə Rusiya XİN-dən şərh
BAKI, 28 oktyabr - Sputnik. Zəngəzur dəhlizi ilə bağlı mübahisələr də daxil olmaqla Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasına dair bütün məsələləri Azərbaycan, Ermənistan və Rusiyanın baş nazir köməkçilərinin üçtərəfli işçi qrupunun həmsədrliyi çərçivəsində müzakirə və həll etmək lazımdır.
Sputnik Azərbaycan bildirir ki, bunu ənənəvi brifinqdə Rusiya XİN sözçüsü
Mariya Zaxarova deyib.
"Hesab edirik ki, Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasına dair məsələlərin işlənməsinin optimal forması bu il yanvarın 11-də Moskva sammitinin (Azərbaycan, Ermənistan və RF liderlərinin iştirakı ilə) nəticələri əsasında yaradılan üçtərəfli işçi qrupdur. Artıq bu mexanizmin səkkiz iclası keçirilib və bütün tərəflər onun fəaliyyətini yüksək qiymətləndirirlər", - Zaxarova deyib.
"Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına dair üçtərəfli razılaşmaların reallaşdırılmasına kömək edən bəyanat və addımları düzgün sayırıq", - Rusiya XİN sözçüsü əlavə edib.
Zəngəzur dəhlizi — Azərbaycanın əsas hissəsini onun bir parçası olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirməli olan nəqliyyat dəhlizidir. İkinci Qarabağ müharibəsinin sonucu olaraq imzalanan Dağlıq Qarabağda atəşkəs bəyanatının 9-cu maddəsində Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək dəhlizin qurulması qeyd olunur.
9-cu maddədə deyilir: "Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir”.
* Əliyevlə Ərdoğan
Zəngəzur dəhlizinin təməlini qoyublar
*
Paşinyan Xankəndiyə niyə gəlmir?- Yerevanda hamı indi bu sualı verir
*
Erməni rəsmi "Zəngəzur dəhlizi"nə qarşı: Ermənistan ərazisində suveren dəhliz ola bilməz