Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin ən yaxşı gəmilər divizionu müəyyənləşib

© Official website of President of Azerbaijan RepublicHərbi Dəniz Qüvvələrində "Ən yaxşı gəmilər divizionu" adı uğrunda müsabiqə
Hərbi Dəniz Qüvvələrində Ən yaxşı gəmilər divizionu adı uğrunda müsabiqə - Sputnik Azərbaycan, 1920, 28.10.2021
Abunə olmaq
Yekun mərhələnin nəticələri təhlil edildikdən sonra qaliblər komandanlıq tərəfindən mükafatlandırılıb.
BAKI, 28 oktyabr — Sputnik. 2021-ci ilin döyüş hazırlığı planına əsasən, Hərbi Dəniz Qüvvələrində "Ən yaxşı gəmilər divizionu" adı uğrunda müsabiqə keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.
Müsabiqənin əsas məqsədi bölmələrin döyüş hazırlığının daha da yüksəldilməsi, ixtisas və peşə fəaliyyətləri üzrə hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də ən yaxşı gəmilər divizionunun müəyyən olunmasıdır.
Üç mərhələdən ibarət müsabiqədə ilk olaraq şəxsi heyətə, silah və texnikaya baxış keçirilib. Sonra hərbi hissədə qoşun xidmətinin təşkili və maddi-texniki vasitələrin saxlanma şəraiti yoxlanılıb.
Sonda atəş hazırlığı və digər taktiki normativləri icra edən bölmələrin döyüş hazırlığı qiymətləndirilib.
Yekun mərhələnin nəticələri təhlil edildikdən sonra qaliblər komandanlıq tərəfindən mükafatlandırılıb.
Eləcə də oxuyun:
* Zakir Həsənov Hulusi Akarla görüşüb
* Orduda yeni modelin tətbiqi - Zakir Həsənovun Türkiyədən qonağı var
* Azərbaycan müdafiə naziri NATO generalı ilə görüşüb
* NATO-dan Azərbaycana: "Dəstək göstərməyə hazırıq"
* Zakir Həsənov yeni yaradılan komando hərbi hissəsində olub
* Zakir Həsənov Kəlbəcər və Laçında döyüş mövqelərinə baxış keçirib
* Müdafiə naziri Quru qoşunlarının Laçındakı təlimini izləyib
Xəbər lenti
0