Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Zakir Həsənov Hulusi Akarla görüşüb

© AR Ministry of DefenceZakir Həsənov Zəngilan rayonunda Türkiyənin Milli Müdafiə naziri cənab Hulusi Akar ilə görüşüb
Zakir Həsənov Zəngilan rayonunda Türkiyənin Milli Müdafiə naziri cənab Hulusi Akar ilə görüşüb - Sputnik Azərbaycan, 1920, 27.10.2021
Abunə olmaq
Zakir Həsənov qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan tərəfdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə və möhkəmlənəcəyinə əminliyini bildirib.
BAKI, 27 oktyabr - Sputnik. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov Zəngilan rayonunda Türkiyənin Milli Müdafiə naziri cənab Hulusi Akar ilə görüşüb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
General-polkovnik Z.Həsənov həmkarı ilə azad edilmiş Zəngilanda görüşdən məmnun olduğunu qeyd edərək Vətən müharibəsində qardaş Türkiyənin göstərdiyi mənəvi dəstəyə görə öz minnətdarlığını ifadə edib. Müdafiə naziri qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan tərəfdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə və möhkəmlənəcəyinə əminliyini bildirib.
Cənab H.Akar da öz növbəsində belə bir tarixi görüşün əhəmiyyətini vurğulayaraq strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib.
Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.
Eləcə də oxuyun:
* Orduda yeni modelin tətbiqi - Zakir Həsənovun Türkiyədən qonağı var
* Azərbaycan müdafiə naziri NATO generalı ilə görüşüb
* NATO-dan Azərbaycana: "Dəstək göstərməyə hazırıq"
* Zakir Həsənov yeni yaradılan komando hərbi hissəsində olub
* Zakir Həsənov Kəlbəcər və Laçında döyüş mövqelərinə baxış keçirib
* Müdafiə naziri Quru qoşunlarının Laçındakı təlimini izləyib
Xəbər lenti
0