NATO generalı hərbçilərimizi təriflədi
© AR Ministry of DefenceZakir Həsənovla Françesko Diellanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü
Abunə olmaq
General-mayor F.Diella öz növbəsində NATO-nun Azərbaycan ilə əməkdaşlığının cari vəziyyətindən, bu sahədə əldə edilən müsbət nəticələrdən məmnunluğunu bildirib.
BAKI, 25 oktyabr — Sputnik. Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev ölkəmizdə səfərdə olan NATO-nun Beynəlxalq Hərbi Qərargahının Kooperativ Təhlükəsizlik İdarəsinin rəisi general-mayor Françesko Diellanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Qonaqları salamlayan Baş Qərargah rəisi Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə edilən qələbədən sonra Azərbaycan Ordusunun döyüş qabiliyyətinin daha da yüksəldiyini qeyd edib.
General-leytenant K.Vəliyev Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq, NATO-nun bölmələrimizin bu sahədə hazırlığına verdiyi töhfəni yüksək dəyərləndirib.
General-mayor F.Diella ölkəmizə ilk səfərindən məmnunluğunu ifadə edərək Azərbaycan Ordusunun hərbi qulluqçularının NATO ilə tərəfdaşlıq çərçivəsində bütün sahələrdə fəaliyyətlərini, o cümlədən sülhməramlı əməliyyatlarda iştirakını yüksək qiymətləndirib.
Görüşdə NATO ilə əməkdaşlığın müxtəlif sahələrində inkişaf perspektivləri müzakirə edilib.

-----------
16:48
Oktyabrın 25-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan NATO-nun Beynəlxalq Hərbi Qərargahın Kooperativ Təhlükəsizlik İdarəsinin rəisi general-mayor Françesko Diellanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Nazir Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin komandanlığı altında Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan Vətən müharibəsindən sonra azad edilən ərazilərdə Ordumuz tərəfindən görülən işlər barədə və dövlət sərhədində hazırkı vəziyyətlə bağlı onlara ətraflı məlumat verib.
General-mayor F.Diella öz növbəsində NATO-nun Azərbaycan ilə əməkdaşlığın cari vəziyyətindən, bu sahədə əldə edilən müsbət nəticələrdən məmnunluğunu bildirib, qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Eləcə də oxuyun:
* NATO-dan Azərbaycana: "Dəstək göstərməyə hazırıq"
* Zakir Həsənov Kəlbəcər və Laçında döyüş mövqelərinə baxış keçirib
* Müdafiə naziri Quru qoşunlarının Laçındakı təlimini izləyib