https://sputnik.az/20211023/mudafie-naziri-quru-qosunlarinin-lacindaki-telimini-izleyib-434507636.html
Müdafiə naziri Quru qoşunlarının Laçındakı təlimini izləyib
Müdafiə naziri Quru qoşunlarının Laçındakı təlimini izləyib
Sputnik Azərbaycan
BAKI, 23 oktyabr — Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənov Laçın rayonunun ərazisində keçirilən komanda-qərargah təliminin gedişatını izləyib. 23.10.2021, Sputnik Azərbaycan
2021-10-23T11:16+0400
2021-10-23T11:16+0400
2021-10-23T11:16+0400
təlim
video
müdafiə naziri zakir həsənov
laçın
quru qoşunu
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/17/434507452_0:109:1201:784_1920x0_80_0_0_3bbfd828f91aea798555089e2e4fd914.jpg
BAKI, 23 oktyabr — Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənov Laçın rayonunun ərazisində keçirilən komanda-qərargah təliminin gedişatını izləyib.Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, general-polkovnik Z.Həsənov Quru Qoşunlarının təlim qərargahında olub və fəaliyyətlərin təşkilini yoxlayıb.Sonra, nazir səhra şəraitində açılan komanda idarəetmə məntəqəsində komandir və qərargah zabitlərinin xəritə və ərazinin maketi üzərində əməliyyatların aparılması zamanı fəaliyyətlərin təşkili üzrə qəbul edilən qərarlara dair məruzələrini dinləyib.Qeyd olunub ki, dağlıq-meşə və çətin relyefli ərazilərdə keçirilən təlimdə əsas diqqət komandir və müvafiq vəzifəli şəxslərin bilik səviyyəsinin, eləcə də idarəetmə və çevik qərar qəbuletmə vərdişlərinin inkişaf etdirilməsinə yönəldilib.Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınaraq müasir idarəetmə üsullarının tətbiq edilməsi ilə keçirilən təlimdə digər qoşun növü bölmələri ilə qarşılıqlı əlaqədə tapşırıqlar icra edilib.Təliminin planına uyğun olaraq bölmələr "Həyəcan" siqnalı ilə qaldırılaraq cəmləşmə rayonlarını tutub və qruplaşmalar yaradılıb. Müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilmə zamanı tapşırıqların şəxsi heyət tərəfindən gizli və operativ yerinə yetirilməsi məşq etdirilib.Müdafiə naziri qoşunların idarə olunması üzrə müvafiq tapşırıqlar verib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/17/434507452_0:0:1045:784_1920x0_80_0_0_b6fbf7b7be48f014951b6acf9d7cd4bb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
təlim, видео, müdafiə naziri zakir həsənov, laçın, quru qoşunu
təlim, видео, müdafiə naziri zakir həsənov, laçın, quru qoşunu
Müdafiə naziri Quru qoşunlarının Laçındakı təlimini izləyib
BAKI, 23 oktyabr — Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənov Laçın rayonunun ərazisində keçirilən komanda-qərargah təliminin gedişatını izləyib.
Müdafiə Nazirliyindən
Sputnik Azərbaycan-a bildirilib ki, general-polkovnik Z.Həsənov
Quru Qoşunlarının təlim qərargahında olub və fəaliyyətlərin təşkilini yoxlayıb.
Sonra, nazir səhra şəraitində açılan komanda idarəetmə məntəqəsində komandir və qərargah zabitlərinin xəritə və ərazinin maketi üzərində əməliyyatların aparılması zamanı fəaliyyətlərin təşkili üzrə qəbul edilən qərarlara dair məruzələrini dinləyib.
Qeyd olunub ki, dağlıq-meşə və çətin relyefli ərazilərdə keçirilən təlimdə əsas diqqət komandir və müvafiq vəzifəli şəxslərin bilik səviyyəsinin, eləcə də idarəetmə və çevik qərar qəbuletmə vərdişlərinin inkişaf etdirilməsinə yönəldilib.
Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınaraq müasir idarəetmə üsullarının tətbiq edilməsi ilə keçirilən təlimdə digər qoşun növü bölmələri ilə qarşılıqlı əlaqədə tapşırıqlar icra edilib.
Təliminin planına uyğun olaraq bölmələr "Həyəcan" siqnalı ilə qaldırılaraq cəmləşmə rayonlarını tutub və qruplaşmalar yaradılıb. Müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilmə zamanı tapşırıqların şəxsi heyət tərəfindən gizli və operativ yerinə yetirilməsi məşq etdirilib.
Müdafiə naziri qoşunların idarə olunması üzrə müvafiq tapşırıqlar verib.