https://sputnik.az/20211025/zakir-hesenov-turkiyeli-qonagi-ile-yeni-modelin-tetbiqini-muzakire-etdi-434575107.html
Orduda yeni modelin tətbiqi - Zakir Həsənovun Türkiyədən qonağı var
Orduda yeni modelin tətbiqi - Zakir Həsənovun Türkiyədən qonağı var
Sputnik Azərbaycan
Türkiyə ilə hərbi müttəfiqlik çərçivəsində digər sahələrdə olduğu kimi, hərbi-təhsil sahəsində də birgə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi... 25.10.2021, Sputnik Azərbaycan
2021-10-25T18:56+0400
2021-10-25T18:56+0400
2021-10-25T19:18+0400
müdafiə
hərbi
görüş
türkiyə
müdafiə naziri zakir həsənov
təhsil
hərbi
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/19/434575058_0:132:1000:695_1920x0_80_0_0_b1210ee579bc73d9715bacf332c48f3a.jpg
BAKI, 25 oktyabr — Sputnik. Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bazar ertəsi, oktyabrın 25-də Türkiyə Respublikası Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Vətən müharibəsində qardaş Türkiyənin göstərdiyi mənəvi dəstəyə görə öz minnətdarlığını bildirən müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə uyğun olaraq Türkiyə Respublikası Silahlı Qüvvələri modelinin Azərbaycan Ordusunda tətbiq edilməsi, bu məqsədlə də Türkiyə Milli Müdafiə Universiteti ilə hərbi təhsil sahəsində təcrübə mübadiləsinin aparılmasının zəruri olduğunu qeyd edib.Türkiyə ilə hərbi müttəfiqlik çərçivəsində digər sahələrdə olduğu kimi, hərbi-təhsil sahəsində də birgə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.Vətən Müharibəsində əldə edilən qələbəyə görə təbriklərini çatdıran professor E.Afyoncu hərbi təhsil sahəsində qarşılıqlı təcrübə mübadiləsinin hərbi qulluqçuların bilik və bacarıqlarının artırılmasına müsbət təsirini qeyd edərək bu istiqamətdə görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirib.Görüşdə hərbi-təhsil və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.Eləcə də oxuyun:* Azərbaycan müdafiə naziri NATO generalı ilə görüşüb* NATO-dan Azərbaycana: "Dəstək göstərməyə hazırıq"* Zakir Həsənov yeni yaradılan komando hərbi hissəsində olub* Zakir Həsənov Kəlbəcər və Laçında döyüş mövqelərinə baxış keçirib* Müdafiə naziri Quru qoşunlarının Laçındakı təlimini izləyib
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/19/434575058_0:39:1000:789_1920x0_80_0_0_f415c2efe1136a35ad95e0682541bcb7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
müdafiə, görüş, türkiyə, müdafiə naziri zakir həsənov, təhsil, hərbi
müdafiə, görüş, türkiyə, müdafiə naziri zakir həsənov, təhsil, hərbi
Orduda yeni modelin tətbiqi - Zakir Həsənovun Türkiyədən qonağı var
18:56 25.10.2021 (Yenilənib: 19:18 25.10.2021) Türkiyə ilə hərbi müttəfiqlik çərçivəsində digər sahələrdə olduğu kimi, hərbi-təhsil sahəsində də birgə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
BAKI, 25 oktyabr — Sputnik. Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bazar ertəsi, oktyabrın 25-də Türkiyə Respublikası Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyindən
Sputnik Azərbaycan-a verilən məlumata görə, Vətən müharibəsində qardaş Türkiyənin göstərdiyi mənəvi dəstəyə görə öz minnətdarlığını bildirən müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə uyğun olaraq Türkiyə Respublikası Silahlı Qüvvələri modelinin Azərbaycan Ordusunda tətbiq edilməsi, bu məqsədlə də Türkiyə Milli Müdafiə Universiteti ilə hərbi təhsil sahəsində təcrübə mübadiləsinin aparılmasının zəruri olduğunu qeyd edib.
Türkiyə ilə hərbi müttəfiqlik çərçivəsində digər sahələrdə olduğu kimi, hərbi-təhsil sahəsində də birgə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Vətən Müharibəsində əldə edilən qələbəyə görə təbriklərini çatdıran professor E.Afyoncu hərbi təhsil sahəsində qarşılıqlı təcrübə mübadiləsinin hərbi qulluqçuların bilik və bacarıqlarının artırılmasına müsbət təsirini qeyd edərək bu istiqamətdə görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirib.
Görüşdə hərbi-təhsil və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
* Azərbaycan müdafiə naziri
NATO generalı ilə görüşüb
* NATO-dan Azərbaycana: "Dəstək göstərməyə hazırıq"