https://sputnik.az/20211027/saakasvilinin-ukraynali-vekilini-gurcustana-buraxmadilar-434627197.html
Saakaşvilinin ukraynalı vəkilini Gürcüstana buraxmadılar
Saakaşvilinin ukraynalı vəkilini Gürcüstana buraxmadılar
Sputnik Azərbaycan
Vəkili Ukraynaya qaytarıb, üstəlik pasportunu da əlindən alıblar. 27.10.2021, Sputnik Azərbaycan
2021-10-27T13:51+0400
2021-10-27T13:51+0400
2021-10-27T13:51+0400
mixeil saakaşvili
dünya xəbərləri
ukrayna
gürcüstan
vəkil
ombudsman
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/04/433879716_0:0:2907:1636_1920x0_80_0_0_4a99bdb6efd3c1a2d9cf2c8b9e986f9f.jpg
BAKI, 27 oktyabr — Sputnik. Ukraynanın ombudsmanı Lyudmila Denisova Gürcüstana gedib. Onunla birlikdə uçan, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin ukraynalı vəkili Yevgeni Qruşovetsi isə ölkəyə buraxmayıblar. Bu barədə Sputnik Gürcüstan xəbər verir. Ombudsman Ukrayna vətəndaşı olan Saakaşvilinin saxlanıldığı Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsinə baş çəkib. Qruşovets isə geri qaytarılmasını sosial şəbəkədə belə bildirib: "Gürcü qonaqpərvərliyini daddım. Tbilisi aeroportunda məni ölkəyə buraxmadılar, hətta səbəbini də demədilər. Pasportumu aldılar, stüardessaların dediyinə görə, heyət komandirinə verdilər. Mən izah etdim ki, M.Saakaşvilinin yanına gəlmişəm. Amma təəssüf ki, Ukraynaya qayıdıram. P.S. Stüardessa məni "deport edilmiş sərnişin adlandırır". P.P.S. İndi Kiyevə pasportsuz qayıdıram".Müxalifət nümayəndələri isə bu olayı hökumətin həbsdə olan sabiq prezidentdən qorxması kimi təfsir ediblər.Gürcüstanın sabiq prezidentinin həbsiSaakaşvili Tbilisidə oktyabrın 1-də saxlanılıb. Onu üç məhkəmə instansiyası parlamentin deputatı Valeri Gelaşvilinin döyülməsi və "Gürcüstan Birləşmiş Bankı"nın əməkdaşı Sandro Qirqvlianinin işinə görə müqəssir bilib.Ona qarşı həmçinin:* Dövlət Mühafizə Xidmətinin 9.2 milyon larisini xərcləmək,* 2007-ci il noyabrın 7-də aksiyanın dağıdılması,* "İmedi" telekanalının dağıdılması,* mərhum milyoner Badri Patarkatsişvilinin əmlakına yiyələnmə kimi ittihamlar irəli sürüblər.Prokurorluqdan bildirilib ki, Saakaşvilinin Ukraynaya ekstradisiyası məsələsi hələlik müzakirə olunmur və cəzasını vətənində çəkəcək.Oktyabrın 1-də Rustavi həbsxanasına aparılan Mixeil Saakaşvili elə həmin axşam özünə qarşı irəli sürülən hökmlə razı olmadığını, özünü siyasi məhbus hesab etdiyini bildirərək aclıq elan edib.Eləcə də oxuyun:* Saakaşvilini aradan götürmək istəyirlər - Qalmaqallı iddia* Gürcüstanın Baş nazirindən Saakaşviliyə qarşı şok ittiham* Saakaşvili həbsxanada aclığa başladı* Saakaşvili kameralar qarşısında narkotik maddə testindən keçirilməsini tələb etdi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/04/433879716_0:0:2731:2048_1920x0_80_0_0_5ebfb407f0f8421ea0116f28b0f1263a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mixeil saakaşvili, ukrayna, gürcüstan, vəkil, ombudsman
mixeil saakaşvili, ukrayna, gürcüstan, vəkil, ombudsman
Saakaşvilinin ukraynalı vəkilini Gürcüstana buraxmadılar
Vəkili Ukraynaya qaytarıb, üstəlik pasportunu da əlindən alıblar.
BAKI, 27 oktyabr — Sputnik. Ukraynanın ombudsmanı Lyudmila Denisova Gürcüstana gedib. Onunla birlikdə uçan, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin ukraynalı vəkili Yevgeni Qruşovetsi isə ölkəyə buraxmayıblar.
Bu barədə
Sputnik Gürcüstan xəbər verir.
Ombudsman Ukrayna vətəndaşı olan Saakaşvilinin saxlanıldığı Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsinə baş çəkib.
Qruşovets isə geri qaytarılmasını sosial şəbəkədə belə bildirib: "Gürcü qonaqpərvərliyini daddım. Tbilisi aeroportunda məni ölkəyə buraxmadılar, hətta səbəbini də demədilər. Pasportumu aldılar, stüardessaların dediyinə görə, heyət komandirinə verdilər. Mən izah etdim ki, M.Saakaşvilinin yanına gəlmişəm. Amma təəssüf ki, Ukraynaya qayıdıram. P.S. Stüardessa məni "deport edilmiş sərnişin adlandırır". P.P.S. İndi Kiyevə pasportsuz qayıdıram".
Müxalifət nümayəndələri isə bu olayı hökumətin həbsdə olan sabiq prezidentdən qorxması kimi təfsir ediblər.
Gürcüstanın sabiq prezidentinin həbsi
Saakaşvili Tbilisidə oktyabrın 1-də saxlanılıb. Onu üç məhkəmə instansiyası parlamentin deputatı Valeri Gelaşvilinin döyülməsi və "Gürcüstan Birləşmiş Bankı"nın əməkdaşı Sandro Qirqvlianinin işinə görə müqəssir bilib.
* Dövlət Mühafizə Xidmətinin 9.2 milyon larisini xərcləmək,
* 2007-ci il noyabrın 7-də aksiyanın dağıdılması,
* "İmedi" telekanalının dağıdılması,
* mərhum milyoner Badri Patarkatsişvilinin əmlakına yiyələnmə kimi ittihamlar irəli sürüblər.
Prokurorluqdan bildirilib ki, Saakaşvilinin Ukraynaya ekstradisiyası məsələsi hələlik müzakirə olunmur və cəzasını vətənində çəkəcək.
Oktyabrın 1-də Rustavi həbsxanasına aparılan Mixeil Saakaşvili elə həmin axşam özünə qarşı irəli sürülən hökmlə razı olmadığını, özünü siyasi məhbus hesab etdiyini bildirərək aclıq elan edib.
* Saakaşvili həbsxanada
aclığa başladı* Saakaşvili
kameralar qarşısında narkotik maddə testindən keçirilməsini tələb etdi