https://sputnik.az/20211025/azerbaycanda-teatr-produserliyinin-inkisafi-ile-bagli-laboratoriya-teskil-olunub-434566483.html
Azərbaycanda teatr prodüserliyinin inkişafı ilə bağlı laboratoriya təşkil olunub
Azərbaycanda teatr prodüserliyinin inkişafı ilə bağlı laboratoriya təşkil olunub
Sputnik Azərbaycan
Laboratoriyanın əsas məqsədi Azərbaycanda teatr menecmentinin və prodüserlik strukturunun inkişafı, teatr idarəetməsi sahəsində potensialı olan gənc kadrların... 25.10.2021, Sputnik Azərbaycan
2021-10-25T20:35+0400
2021-10-25T20:35+0400
2021-10-25T20:35+0400
yarat studiyası
mədəniyyət
məktəb
laboratoriya
prodüser
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/19/434552485_0:65:1280:785_1920x0_80_0_0_0295b4a754e45eb393df1b9a8894ce6b.jpg
BAKI, 25 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi teatr təhsili sahəsində islahatların aparılması, kadr potensialının yüksəldilməsi məqsədilə Rusiya Dövlət Teatr Sənəti İnstitutu (QİTİS) ilə birgə "Gənc teatr prodüserləri üçün laboratoriya" təşkil edir. Sputnik Azərbaycan xəbər verir ki, "YARAT" Müasir İncəsənət Mərkəzində təşkil olunan laboratoriyanın əsas məqsədi Azərbaycanda teatr menecmentinin və prodüserlik strukturunun inkişafı, teatr idarəetməsi sahəsində potensialı olan gənc kadrların aşkarlanması, onların bilik və bacarıqlarının artırılmasıdır. Bu laboratoriya Nazirliyin strateji hədəflərə istiqamətlənmiş silsilə layihələrinin tərkib hissəsidir.Laboratoriya oktyabrın 25-dən 29-dək davam edəcək. Burada teatr təhsili sahəsində dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan QİTİS-in müasir teatr menecmenti və prodüserlik üzrə zəngin təcrübəyə malik pedaqoqları Elşən Məmmədov, Aleksandra Knyazeva və Elena Simurzina ustad dərsi verəcəklər.Dərslər hərəsində 10 nəfər iştirakçı olmaqla 3 qrupda keçiriləcək. Hər qrup teatr üzrə layihə üzərində işləyəcək. Ustad dərslərinin sonunda hazırlanan layihələr iştirakçılar tərəfindən müdafiəyə təqdim ediləcək.Pedaqoqlar haqqındaElşən Məmmədov – Bakıda musiqiçi ailəsində doğulub. 1989-cu ildə Rusiya Dövlət Teatr Sənəti İnstitutunun (QİTİS) Teatrşünaslıq fakültəsini bitirib. Təhsil aldığı illərdə "Tembr" teatr-laboratoriyasını yaradıcılarından biri və ilk direktoru olub. Burada hazırlanan "İqor polku haqqında dastan" tamaşası dünyanı gəzib.1992-ci ildə Rusiya Elmlər Akademiyasında Sənətşünaslıq Elmi Tədqiqat İnstitutunun aspiranturasını, eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyi yanında Diplomatik Akademiyanı (çex dili) bitirib. "XX əsrin 60-cı illərində çex teatrının avanqardı" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.1994-96-cı illərdə M.Torez adına Moskva Dövlət Linqvistika Universitetində roman dili kafedrasında ixtisasartırma kursunu (fransız dili) bitirib. Fransız dilindən onlarla pyesi rus dilinə tərcümə edib.1993-cü ildə "Müstəqil teatr layihəsi" prodüser şirkətini yaradıb, 2000-ci ilə qədər müxtəlif teatr layihələrində, "Mosfilm" kinokonsernin və "MediaMost" holdinqin prodüseri və reklam strukturunun rəhbəri kimi çalışıb.2005-ci ildə Rusiyanın ən böyük müəllif agentliyini – Müstəqil Teatr Layihəsi Agentliyini yaradıb. Agentlik Avropanın və ABŞ-ın ən məşhur dramaturqları və agentlikləri ilə əməkdaşlıq edir.2017-ci ildən QİTİS-in İfaçılıq sənətləri üzrə prodüserlik və menecment kafedrasına rəhbərlik edir.Aleksandra Knyazeva – 1989-cu ildə Moskvada anadan olub. 2011-ci ildə QİTİS-in prodüserlik fakültəsini bitirib. Təhsil aldığı müddətdə bir neçə çoxseriyalı filmdə prodüser assistenti işləyib, təhsilini başa vurduqdan sonra kinoprodüser kimi fəaliyyətini davam etdirib.2014-17-ci illərdə "Favorit-film" kinoşirkəti kreativ prodüser işləmiş, "Xilas edilmişlər", "Qoruyucu mələk", "Ekspropriator" çoxseriyalı bədii filmlərin ssenarilərinin yazılmasında iştirak edib.2018-ci ildə "Rusiyada müasir teatr prosesində prodüser layihəsi və onun realizə problemləri" mövzusunda dissertasiya müdafiə edib.2019-cu ildən QİTİS-in prodüserlik fakültəsinin dekanıdır.Yelena Simurzina – QİTİS-in prodüserlik fakültəsinin müəllimidir.1994-95-ci illərdə Spartak meydanındakı teatrda ədəbi hissə müdiri, 1995-2002-ci illərdə Mayakovski adına teatrda baş inzibatçı və sonralar direktor müavini, 2003-2008-ci illərdə Millətlər teatrında satış departamentinin müdiri, 2008-2011-ci illərdə teatr-konsert və idman-əyləncə kassalarının Moskva direksiyasında baş direktorun birinci müavini, 2013-2015-ci illərdə Meyerhold adına mərkəzdə və Stanislavski Elektroteatrında satış üzrə məsləhətçi, 2013-2016-cı illərdə Puşkin adına Moskva Dram teatrında bədii rəhbərin müavini vəzifəsində çalışıb.2016-cı ildən Moskva Bədaye Teatrının studiyasında pedaqoji fəaliyyətlə məşğuldur.Eləcə də oxuyun:* Hər kəs darıxıbmış: Üsyankar varlığın tamaşası bakılı balacaların ürəyincə olub* Gənc yaşında Qızıl Fonda düşən aktyorumuz bu gün uşaqlara ən məşhur nağılı göstərdi* Azad olunan ərazilərdə mədəni irslə bağlı monitorinqlərin nəticəsi açıqlanıb* Tamaşaçı təkcə rəqsdən deyil, ifaçıdan da zövq almalıdır - Akademiyanın dekanı* Akademik Musiqili Teatrı işçi axtarır
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/19/434552485_74:0:1206:849_1920x0_80_0_0_e6212e231099d6af07b22126acfbb26f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yarat studiyası, məktəb, laboratoriya, prodüser
yarat studiyası, məktəb, laboratoriya, prodüser
Azərbaycanda teatr prodüserliyinin inkişafı ilə bağlı laboratoriya təşkil olunub
Laboratoriyanın əsas məqsədi Azərbaycanda teatr menecmentinin və prodüserlik strukturunun inkişafı, teatr idarəetməsi sahəsində potensialı olan gənc kadrların aşkarlanması, onların bilik və bacarıqlarının artırılmasıdır.
BAKI, 25 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi teatr təhsili sahəsində islahatların aparılması, kadr potensialının yüksəldilməsi məqsədilə Rusiya Dövlət Teatr Sənəti İnstitutu (QİTİS) ilə birgə "Gənc teatr prodüserləri üçün laboratoriya" təşkil edir.
Sputnik Azərbaycan xəbər verir ki, "YARAT" Müasir İncəsənət Mərkəzində təşkil olunan laboratoriyanın əsas məqsədi Azərbaycanda teatr menecmentinin və prodüserlik strukturunun inkişafı, teatr idarəetməsi sahəsində potensialı olan gənc kadrların aşkarlanması, onların bilik və bacarıqlarının artırılmasıdır. Bu laboratoriya Nazirliyin strateji hədəflərə istiqamətlənmiş silsilə layihələrinin tərkib hissəsidir.
Laboratoriya oktyabrın 25-dən 29-dək davam edəcək. Burada teatr təhsili sahəsində dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan QİTİS-in müasir teatr menecmenti və prodüserlik üzrə zəngin təcrübəyə malik pedaqoqları Elşən Məmmədov, Aleksandra Knyazeva və Elena Simurzina ustad dərsi verəcəklər.
Dərslər hərəsində 10 nəfər iştirakçı olmaqla 3 qrupda keçiriləcək. Hər qrup teatr üzrə layihə üzərində işləyəcək. Ustad dərslərinin sonunda hazırlanan layihələr iştirakçılar tərəfindən müdafiəyə təqdim ediləcək.
Elşən Məmmədov – Bakıda musiqiçi ailəsində doğulub. 1989-cu ildə Rusiya Dövlət Teatr Sənəti İnstitutunun (QİTİS) Teatrşünaslıq fakültəsini bitirib. Təhsil aldığı illərdə "Tembr" teatr-laboratoriyasını yaradıcılarından biri və ilk direktoru olub. Burada hazırlanan "İqor polku haqqında dastan" tamaşası dünyanı gəzib.
1992-ci ildə Rusiya Elmlər Akademiyasında Sənətşünaslıq Elmi Tədqiqat İnstitutunun aspiranturasını, eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyi yanında Diplomatik Akademiyanı (çex dili) bitirib. "XX əsrin 60-cı illərində çex teatrının avanqardı" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
1994-96-cı illərdə M.Torez adına Moskva Dövlət Linqvistika Universitetində roman dili kafedrasında ixtisasartırma kursunu (fransız dili) bitirib. Fransız dilindən onlarla pyesi rus dilinə tərcümə edib.
1993-cü ildə "Müstəqil teatr layihəsi" prodüser şirkətini yaradıb, 2000-ci ilə qədər müxtəlif teatr layihələrində, "Mosfilm" kinokonsernin və "MediaMost" holdinqin prodüseri və reklam strukturunun rəhbəri kimi çalışıb.
2005-ci ildə Rusiyanın ən böyük müəllif agentliyini – Müstəqil Teatr Layihəsi Agentliyini yaradıb. Agentlik Avropanın və ABŞ-ın ən məşhur dramaturqları və agentlikləri ilə əməkdaşlıq edir.
2017-ci ildən QİTİS-in İfaçılıq sənətləri üzrə prodüserlik və menecment kafedrasına rəhbərlik edir.
Aleksandra Knyazeva – 1989-cu ildə Moskvada anadan olub. 2011-ci ildə QİTİS-in prodüserlik fakültəsini bitirib. Təhsil aldığı müddətdə bir neçə çoxseriyalı filmdə prodüser assistenti işləyib, təhsilini başa vurduqdan sonra kinoprodüser kimi fəaliyyətini davam etdirib.
2014-17-ci illərdə "Favorit-film" kinoşirkəti kreativ prodüser işləmiş, "Xilas edilmişlər", "Qoruyucu mələk", "Ekspropriator" çoxseriyalı bədii filmlərin ssenarilərinin yazılmasında iştirak edib.
2018-ci ildə "Rusiyada müasir teatr prosesində prodüser layihəsi və onun realizə problemləri" mövzusunda dissertasiya müdafiə edib.
2019-cu ildən QİTİS-in prodüserlik fakültəsinin dekanıdır.
Yelena Simurzina – QİTİS-in prodüserlik fakültəsinin müəllimidir.
1994-95-ci illərdə Spartak meydanındakı teatrda ədəbi hissə müdiri, 1995-2002-ci illərdə Mayakovski adına teatrda baş inzibatçı və sonralar direktor müavini, 2003-2008-ci illərdə Millətlər teatrında satış departamentinin müdiri, 2008-2011-ci illərdə teatr-konsert və idman-əyləncə kassalarının Moskva direksiyasında baş direktorun birinci müavini, 2013-2015-ci illərdə Meyerhold adına mərkəzdə və Stanislavski Elektroteatrında satış üzrə məsləhətçi, 2013-2016-cı illərdə Puşkin adına Moskva Dram teatrında bədii rəhbərin müavini vəzifəsində çalışıb.
2016-cı ildən Moskva Bədaye Teatrının studiyasında pedaqoji fəaliyyətlə məşğuldur.
* Hər kəs darıxıbmış:
Üsyankar varlığın tamaşası bakılı balacaların ürəyincə olub
*
Gənc yaşında Qızıl Fonda düşən aktyorumuz bu gün uşaqlara ən məşhur nağılı göstərdi
* Azad olunan ərazilərdə
mədəni irslə bağlı monitorinqlərin nəticəsi açıqlanıb