Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Gənc yaşında Qızıl Fonda düşən aktyorumuz bu gün uşaqlara ən məşhur nağılı göstərdi

© Sputnik / Shahperi AbbasovaKukla teatırında
Kukla teatırında - Sputnik Azərbaycan, 1920, 22.10.2021
Abunə olmaq
90-cı illərdə Akademik Milli Dram Teatrında çalışan aktyor 2007-ci ildən taleyini Azərbaycan Dövlət Kukla Teatrına bağlayıb, bir-birindən maraqlı və yaddaqalan obraz və kukla personajlarına (kukla və canlı plan) özünəməxsus ifası ilə rəng qatıb
BAKI, 22 oktyabr — Sputnik. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru, Əməkdar mədəniyyət işçisi Aslan Fətullayevin 65 yaşı tamam olur. Sputnik Azərbaycan xəbər verir ki, bu münasibətlə aktyorun iştirakı ilə yubiley tamaşası - "Cırtdan" nümayiş olunub. Tamaşadan sonra sənət dostları, tərəf-müqabilləri, həmkarları onun haqqında çıxışlar edib, yaradıcılığından söhbət açıblar. Sözügedən tamaşa tamaşaçı izdihamı ilə qarşılaşıb.
© Sputnik / Shahperi AbbasovaKukla teatırında
Kukla teatırında - Sputnik Azərbaycan, 1920, 22.10.2021
Kukla teatırında
Tamaşadan sonra aktyorla həmsöhbət olduq. Aktyor Sputnik Azərbaycan-a bildirdi ki, pandemiyadan sonra ikinci dəfədir ki, teatrın səhnəsinə çıxıb.

"İki ilə yaxın idi ki, səhnədən uzaqlaşmışdıq. Çox darıxmışdıq. Aktyor üçün ən böyük töhfə tamaşaçı alqışıdır. Biz elə bir teatrda işləyirik ki, bizim tamaşaçımız uşaqlardır. Uşaqların sevinci, körpə gülüşünün əvəzi yoxdur. Heç bir mükafat onu əvəz eləmir. Çox sağ olsun rəhbərlik, mənim yubileyimi səhnədə qeyd etdik. Sanki uşaqlar da teatr üçün darıxmışdılar. Çox böyük sevinclə gəliblər".

Məlumat üçün bildirək ki, Aslan Miri oğlu Fətullayev 1956-cı il oktyabr ayının 20-də Lerik rayonunun Çayrud kəndində anadan olub. 1974-cü ildə indiki Bakı Humanitar Kollecinin mədəni-maarif fakültəsinə daxil olub, özfəaliyyət teatr kollektivinin rəhbəri ixtisasını fərqlənmə diplomu ilə bitirib. 1977-1982-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki ADMİU) mədəni-maarif işi fakültəsində təhsil alıb.
© Sputnik / Shahperi AbbasovaKukla teatırında
Kukla teatırında - Sputnik Azərbaycan, 1920, 22.10.2021
Kukla teatırında
Hələ orta məktəbdə oxuyarkən teatr sənətinə həvəs göstərən Aslan Fətullayev 7 yaşından kənd mədəniyyət evində hazırlanan tamaşada çıxış etmiş və o vaxtdan da teatra könül vermişdir. 19 yaşı tamam olmamış Azərbaycan teatr tarixində yaratdığı obrazı ilə Qızıl fonda düşən ilk aktyordur. O, televiziyanın "Səhər görüşləri", "Gecə kanalı", "Komediyalar aləminə səyahət", "45 dəqiqə" kimi populyar verilişlərinin daim iştirakçısı olmuş və yaddaqalan obrazlar yaratmışdır. Kino sahəsində də öz istedad və bacarığını nümayiş etdirən Aslan Fətullayev "Mosfilm"in çəkdiyi "Oğlan və Maral" filmində fotoreportyor, "Azərbaycanfilm"in istehsal etdiyi "Cin mikrorayonda" filmində kiçik cin, "Papaq"da papaqçının dostu, "Qorxma, mən səninləyəm"də İvan Spirodonoviç, "Qətl günü"ndə zindanban, "Mozalan"ın çəkdiyi "Kapitan" satirik kino-jurnalında basketbol komandasının kapitanı kimi maraqlı rollar oynayıb.
© Sputnik / Shahperi AbbasovaKukla teatırında
Kukla teatırında - Sputnik Azərbaycan, 1920, 22.10.2021
Kukla teatırında
90-cı illərdə Akademik Milli Dram Teatrında çalışan aktyor 2007-ci ildən taleyini Azərbaycan Dövlət Kukla Teatrına bağlayıb, bir-birindən maraqlı və yaddaqalan obraz və kukla personajlarına (kukla və canlı plan) özünəməxsus ifası ilə rəng qatıb.
Teatrın cari repertuarındakı "Ələddin", "O olmasın, bu olsun", "Zınqırovlu pişik", "Cırtdan" kimi tamaşalarda rol alır.
Mədəniyyət, teatr sahəsindəki uzunmüddətli fəaliyyətinə görə 2016-cı ildə Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.
Eləcə də oxuyun:
* Ağdam Dram Teatrının və Füzulidəki "Araz" nəşriyyatının binaları konservasiya olunacaq
* Bakıda "Jazzery Voices" layihəsi çərçivəsində silsilə tədbirlər təşkil olunacaq
* "Maşa və Ayı" növbəti buraxılışını "Məlikməmməd" nağılı əsasında hazırlayıb
* Tamaşaçı təkcə rəqsdən deyil, ifaçıdan da zövq almalıdır - Akademiyanın dekanı
* Akademik Musiqili Teatrı işçi axtarır
Xəbər lenti
0