https://sputnik.az/20211025/her-kes-darixibmis-usyankar-varligin-tamasasi-bakili-balacalarin-ureyince-olub-434560726.html
Hər kəs darıxıbmış: Üsyankar varlığın tamaşası bakılı balacaların ürəyincə olub
Hər kəs darıxıbmış: Üsyankar varlığın tamaşası bakılı balacaların ürəyincə olub
Sputnik Azərbaycan
Mətbuat katibinin sözlərinə görə, uzun ayrılıqdan sonra balaca tamaşaçılar teatra böyük sevgi ilə gəlirlər. Oktyabrın 1-dən sonra teatrda nümayiş olunan hər... 25.10.2021, Sputnik Azərbaycan
2021-10-25T19:42+0400
2021-10-25T19:42+0400
2021-10-25T19:42+0400
qara
mədəniyyət
tamaşa
balıq
kukla teatrı
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/19/434553113_0:0:961:540_1920x0_80_0_0_56291a7de3246abf6c21dd2893ddca82.jpg
BAKI, 25 oktyabr — Sputnik. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında "Qara balığın nağılı" tamaşasının premyerası olub.Abdulla Şaiq adına Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmovanın Sputnik Azərbaycan-a verdiyi məlumata görə, sözügedən səhnə əsəri Səməd Behrənginin məşhur "Balaca qara balıq" mənzum nağılı əsasında hazırlanıb. Tamaşanın səhnələşdirəni Həmidə Rüstəmova, quruluşçu rejissoru Namiq Ağayev, quruluşçu rəssamı isə İqbal Əliyevdir.Mətbuat katibinin sözlərinə görə, uzun ayrılıqdan sonra balaca tamaşaçılar teatra böyük sevgi ilə gəlirlər. Oktyabrın 1-dən sonra teatrda nümayiş olunan hər tamaşa anşlaq keçir.Musiqi tərtibatlı birhissəli tamaşada rolları Cavid İbrahimov, Aygül Ağayeva və Ramiz Qəmbərov ifa ediblər.Tamaşada "Balaca qara balıq" nəyinsə yanlış getdiyini düşünür. Mövcud yaşam tərzinin tətbiq etdiyi mənasız qadağalardan çıxmaq və hər kəsin çəkinmədən, qorxmadan istədiyi hər bir şeyə malik ola bildiyi böyük dünyaya can atır. Əbədi həqiqətlərin ardınca köklənir. O, arxdan çıxıb , öz həqiqi dünyasına qovuşmaq istəyir. Ətrafdakı balıqlar isə onun bu istəyini əsla anlamırlar. Lakin yeniliyə, daim axtarışa can atan hər bir kəsin qarşılaşdığı problemlə - mühafizəkarların tənəsi və anasının yalvarışları ilə üz-üzə qalır. Artıq seçim etməlidir: ya anasının getməməsi haqqında olan yalvarışlarına diqqət edib qaranlıq dünyada digərləri kimi hər gün daha da qaranlıqlaşmalı, ya da bütün yalvarışlara, bütün tənələrə baxmayaraq düzgün bildiyini etməli – işıqlı dünyaya doğru addım ataraq həyatını bütünlüklə dəyişdirməlidir. İradəsinin və ağlının birləşmiş gücü ilə kiçik dünyasını tərk edərək mübarizlik çırağını yandırır. Bu çırağın işığı ilə keçdiyi hər yerdə özünə tərəfdarlar toplayır, onun bu hərəkəti digər balaca balıqları da cəsarətləndirir.Aktyorların məharətli çıxışı balaca tamaşaçıların ürəyincə olub. Tamaşa böyük tamaşaçı izdihamı ilə keçib.Eləcə də oxuyun:* Gənc yaşında Qızıl Fonda düşən aktyorumuz bu gün uşaqlara ən məşhur nağılı göstərdi* Ülviyyə Heydərovanın monopyesi Türkiyə Beynəlxalq Teatr festivalında* Uzun ayrılıqdan sonra "sənət məbədləri" tamaşaçılara nə vəd edir?
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/19/434553113_0:0:871:653_1920x0_80_0_0_9d1276dab049630a6beb73993c378d5d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qara, tamaşa, balıq, kukla teatrı
qara, tamaşa, balıq, kukla teatrı
Hər kəs darıxıbmış: Üsyankar varlığın tamaşası bakılı balacaların ürəyincə olub
Mətbuat katibinin sözlərinə görə, uzun ayrılıqdan sonra balaca tamaşaçılar teatra böyük sevgi ilə gəlirlər. Oktyabrın 1-dən sonra teatrda nümayiş olunan hər tamaşa anşlaqla keçir.
BAKI, 25 oktyabr — Sputnik. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında "Qara balığın nağılı" tamaşasının premyerası olub.
Abdulla Şaiq adına Dövlət Kukla Teatrının mətbuat katibi
Həmidə Rüstəmovanın
Sputnik Azərbaycan-a verdiyi məlumata görə, sözügedən səhnə əsəri Səməd Behrənginin məşhur "Balaca qara balıq" mənzum nağılı əsasında hazırlanıb. Tamaşanın səhnələşdirəni Həmidə Rüstəmova, quruluşçu rejissoru
Namiq Ağayev, quruluşçu rəssamı isə
İqbal Əliyevdir.
Mətbuat katibinin sözlərinə görə, uzun ayrılıqdan sonra balaca tamaşaçılar teatra böyük sevgi ilə gəlirlər. Oktyabrın 1-dən sonra teatrda nümayiş olunan hər tamaşa anşlaq keçir.
Musiqi tərtibatlı birhissəli tamaşada rolları Cavid İbrahimov, Aygül Ağayeva və Ramiz Qəmbərov ifa ediblər.
Tamaşada "Balaca qara balıq" nəyinsə yanlış getdiyini düşünür. Mövcud yaşam tərzinin tətbiq etdiyi mənasız qadağalardan çıxmaq və hər kəsin çəkinmədən, qorxmadan istədiyi hər bir şeyə malik ola bildiyi böyük dünyaya can atır. Əbədi həqiqətlərin ardınca köklənir. O, arxdan çıxıb , öz həqiqi dünyasına qovuşmaq istəyir. Ətrafdakı balıqlar isə onun bu istəyini əsla anlamırlar. Lakin yeniliyə, daim axtarışa can atan hər bir kəsin qarşılaşdığı problemlə - mühafizəkarların tənəsi və anasının yalvarışları ilə üz-üzə qalır. Artıq seçim etməlidir: ya anasının getməməsi haqqında olan yalvarışlarına diqqət edib qaranlıq dünyada digərləri kimi hər gün daha da qaranlıqlaşmalı, ya da bütün yalvarışlara, bütün tənələrə baxmayaraq düzgün bildiyini etməli – işıqlı dünyaya doğru addım ataraq həyatını bütünlüklə dəyişdirməlidir. İradəsinin və ağlının birləşmiş gücü ilə kiçik dünyasını tərk edərək mübarizlik çırağını yandırır. Bu çırağın işığı ilə keçdiyi hər yerdə özünə tərəfdarlar toplayır, onun bu hərəkəti digər balaca balıqları da cəsarətləndirir.
Aktyorların məharətli çıxışı balaca tamaşaçıların ürəyincə olub. Tamaşa böyük tamaşaçı izdihamı ilə keçib.
* Gənc yaşında Qızıl Fonda düşən aktyorumuz bu gün uşaqlara ən məşhur nağılı göstərdi
*
Ülviyyə Heydərovanın monopyesi Türkiyə Beynəlxalq Teatr festivalında