Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Akademik Musiqili Teatrı işçi axtarır

© Photo : Azerbaijan State Musical TheaterАзербайджанский Государственный Музыкальный Театр
Азербайджанский Государственный Музыкальный Театр - Sputnik Azərbaycan, 1920, 15.10.2021
Abunə olmaq
Arzu edənlər sənədlərini 1 dekabr 2021-ci ilə qədər təbdim edə bilərlər.
BAKI, 15 oktyabr — Sputnik. Azərbaycan Dövlət Akademik Musiqili Teatrı balet truppasına işçi qəbulu ilə bağlı müsabiqə elan edir. Sputnik Azərbaycan xəbər verir ki, Xoreoqrafiya sənəti sahəsində çalışan ixtisas təhsilli 18 yaşından yuxarı şəxslər müsabiqədə iştirak edə bilər. Aşağıdakı sənədlərin qəbulu 01 dekabr 2021-ci ilə qədər davam edəcək:
- Şəxsiyyət vəsiqəsinin surəti
- Təhsil haqqında sənədin surəti (və ya təhsil aldığı ali məktəbdən
arayış)
- Əmək kitabçasının surəti
- Tərcümeyi-hal
- Yaradıcılıq xasiyyətnaməsi (köhnə iş yerindən)
- 2 fotoşəkil (3x4)
- Fəxri ad və ya yaradıcılıq müsabiqələrində alınan diplomların və fəxri
fərmanların surətləri
Əlaqə telefonları:
Kadrlar şöbəsi: (012) 493 88 37 (daxili nömrə: 194)
Qəbul otağı: (012) 498 13 21
E-mail ünvanı: info@musiqiliteatr.az
Xəbər lenti
0