https://sputnik.az/20211014/saakasvilinin-terefdarlari-tbiliside-azerbaycan-bayragi-qaldirdilar-434226213.html
Saakaşvilinin tərəfdarları Tbilisidə Azərbaycan bayrağı qaldırdılar
Saakaşvilinin tərəfdarları Tbilisidə Azərbaycan bayrağı qaldırdılar
Sputnik Azərbaycan
Gürcüstan paytaxtında bu ölkənin sabiq prezidentinin azadlığa buraxılması tələbi ilə etiraz aksiyası keçirilir. 14.10.2021, Sputnik Azərbaycan
2021-10-14T21:23+0400
2021-10-14T21:23+0400
2021-10-14T21:23+0400
dünya xəbərləri
mixeil saakaşvili
bayraq
gürcüstan
dəstək
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/04/433858633_0:0:3071:1728_1920x0_80_0_0_e2006fe44d91a5d7ed86e96f7520df13.jpg
BAKI, 14 oktyabr — Sputnik. Bu gün axşam saatlarında Gürcüstanın paytaxtı Tbilisidəki "Azadlıq" meydanında bu ölkənin sabiq prezidenti Mixeil Saakaşvilinin tərəfdarlarının mitinqi başlayıb. Onlar eks-prezidentin azadlığa buraxılmasını tələb edirlər. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadla məlumat yayıb.Etiraz aksiyası Saakaşvilinin yaratdığı və hazırda mövcud iqtidara müxalifətdə olan "Vahid Milli Birlik" partiyası tərəfindən təşkil olunub. Bu ölkədəki digər müxalifət partiyalarının mitinqdə iştirakı nəzərdə tutulmayıb.Mitinqin təşkilatçıları meydanda qurulmuş səhnədən aksiyaya toplaşanları salamlayıblar. Səhnədki böyük ekranlarda isə Saakaşvilinin foto rəsmləri əks olunub. RİA Novosti-nin müxbiri Gürcüstan paytaxtının mərkəzi meydanının tamamilə dolduğunu xəbər verir. Bununla belə, siyasətçinin tərəfdarları meydana axışmaqda davam edirlər. Saakaşviliyə azadlıq tələb edənlər arasında müxtəlif yaş qrupundan olan insanlar var. Mitinqçilərin əlində isə Gürcüstan bayrağı ilə yanaşı, ABŞ, Azərbaycan, Ukrayna və Avropa İttifaqının bayraqları da görünür.Hüquq-mühafizə orqanlarının əməkdaşları "Azadlıq" meydanının yaxınlığındakı Şota Rustaveli prospekti, Puşkin və Leonidze küçələrində avtomobillərin hərəkətini dayandırıb. Ancaq arzu edənlərə meydana piyada getməyə icazə verilir.Qeyd edək ki, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili oktyabrın 1-də, bu ölkədə yerli idarəetmə orqanlarına keçirilən seçkidən bir gün əvvəl Tbilisiyə gəlmiş və həbs olunmuşdu.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/04/433858633_340:0:3071:2048_1920x0_80_0_0_a015709c3819491347c5aad453c4ab71.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mixeil saakaşvili, bayraq, gürcüstan, dəstək
mixeil saakaşvili, bayraq, gürcüstan, dəstək
Saakaşvilinin tərəfdarları Tbilisidə Azərbaycan bayrağı qaldırdılar
Gürcüstan paytaxtında bu ölkənin sabiq prezidentinin azadlığa buraxılması tələbi ilə etiraz aksiyası keçirilir.
BAKI, 14 oktyabr — Sputnik. Bu gün axşam saatlarında Gürcüstanın paytaxtı Tbilisidəki "Azadlıq" meydanında bu ölkənin sabiq prezidenti
Mixeil Saakaşvilinin tərəfdarlarının mitinqi başlayıb. Onlar eks-prezidentin azadlığa buraxılmasını tələb edirlər. Bu barədə
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla məlumat yayıb.
Etiraz aksiyası Saakaşvilinin yaratdığı və hazırda mövcud iqtidara müxalifətdə olan "Vahid Milli Birlik" partiyası tərəfindən təşkil olunub. Bu ölkədəki digər müxalifət partiyalarının mitinqdə iştirakı nəzərdə tutulmayıb.
Mitinqin təşkilatçıları meydanda qurulmuş səhnədən aksiyaya toplaşanları salamlayıblar. Səhnədki böyük ekranlarda isə Saakaşvilinin foto rəsmləri əks olunub. RİA Novosti-nin müxbiri Gürcüstan paytaxtının mərkəzi meydanının tamamilə dolduğunu xəbər verir. Bununla belə, siyasətçinin tərəfdarları meydana axışmaqda davam edirlər. Saakaşviliyə azadlıq tələb edənlər arasında müxtəlif yaş qrupundan olan insanlar var. Mitinqçilərin əlində isə Gürcüstan bayrağı ilə yanaşı, ABŞ, Azərbaycan, Ukrayna və Avropa İttifaqının bayraqları da görünür.
Hüquq-mühafizə orqanlarının əməkdaşları "Azadlıq" meydanının yaxınlığındakı Şota Rustaveli prospekti, Puşkin və Leonidze küçələrində avtomobillərin hərəkətini dayandırıb. Ancaq arzu edənlərə meydana piyada getməyə icazə verilir.
Qeyd edək ki, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili oktyabrın 1-də, bu ölkədə yerli idarəetmə orqanlarına keçirilən seçkidən bir gün əvvəl Tbilisiyə gəlmiş və həbs olunmuşdu.