https://sputnik.az/20211022/altiliq-formatinin-aqibeti-nece-olacaq---rusiya-turkiye-yaxinlasmasinin-sebebleri-434470119.html
"Altılıq" formatının aqibəti necə olacaq? - Rusiya-Türkiyə yaxınlaşmasının səbəbləri
"Altılıq" formatının aqibəti necə olacaq? - Rusiya-Türkiyə yaxınlaşmasının səbəbləri
Sputnik Azərbaycan
Avropa Birliyi Azərbaycan və ümumiyyətlə Cənubi Qafqaz dövlətləri ilə münasibətlərin inkişaf etdirilməsinin zərurətini qəbul edir. 22.10.2021, Sputnik Azərbaycan
2021-10-22T11:07+0400
2021-10-22T11:07+0400
2021-10-22T11:26+0400
təhlil
abş
türkiyə
rusiya
iran
gürcüstan
cənubi qafqaz
https://cdnn1.img.sputnik.az/img/07e5/07/05/427394767_0:80:3073:1808_1920x0_80_0_0_8910eb2f93a10fec7bf87fac8d82d293.jpg
BAKI, 21 oktyabr — Sputnik. Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsindən sonra Cənubi Qafqazın üç ölkəsi, Türkiyə, Rusiya və İrandan ibarət altılıq, yaxud da "3+3" əməkdaşlıq platforması gündəmə gəlib. Ötən həftə ABŞ-ın müdafiə naziri Lloyd Ostin Gürcüstana səfəri zamanı Cənubi Qafqazda "3+3" formatında əməkdaşlıq platformasının yaradılması və Gürcüstanın bu platformada iştirakı ideyasını məqbul hesab etməyib.ABŞ-ın bu formata münasibətdə Rusiya amili əsas gətirməsi strateji baxımdan anlaşılandır. Gürcüstanın özündə də formata birmənalı münasibət yoxdur. Məsələn Gürcüstan xarici işlər naziri David Zalkaliani Türkiyə və Azərbaycanın təklif etdiyi "Altılıq platforması" haqda danışarkən ölkəsinin hansısa formada böyük geosiyasi layihələrdə iştirak etməli olduğunu deyib. Gürcüstan Parlamentinin Avropaya İnteqrasiya Komitəsinin sədri Maka Boçorişvili isə Gürcüstanın "3+3" formatında iştirak edə bilməyəcəyini bildirib. Səbəb kimi isə Rusiyanın bu formata qoşulmasını göstərib.Gürcüstanda Qərbin təsiri bu ölkənin suveren siyasətində verəcəyi qərarlara bu iki açıqlamanın fonunda özünü aşkar göstərir.Bəs, Qərbin hansısa müdaxiləsi "Altılıq" formatının işə düşməsinə mane ola bilərmi?Sputnik Azərbaycan mövzu ilə bağlı politoloq Elşən Manafovun fikirlərini öyrənib.Elşən Manafov bildirib ki, bu format region və onunla həmsərhəd dövlətlər arasında geosiyasi problemlərin həllini nəzərdə tutur. Politoloqun sözlərinə görə, Gürcüstan Rusiya amilinə görə bu formatda iştirakla bağlı qəti mövqe sərgiləmir:Politoloq hesab edir ki, Türkiyə məsələsində Qərb və ABŞ ehtiyatlı mövqe sərgiləyir:ABŞ-dan fərqli olaraq Avropa təşkilatlarının bu formata münasibətindən danışan ekspert vurğulayıb ki, hazırda Avropa Birliyi ilə ABŞ arasında müəyyən problemlərin olması bəlli məsələdir. Bunu Birliyin aparıcı ölkələrinin ABŞ-ın ziddinə olaraq Rusiyanın "Şimal Axını-2" layihəsinə olan münasibətində görə bilərik:
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/05/427394767_145:0:2876:2048_1920x0_80_0_0_efe2a5acf6bf361e77006a751cbff74f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
abş, türkiyə, rusiya, iran, gürcüstan, cənubi qafqaz
abş, türkiyə, rusiya, iran, gürcüstan, cənubi qafqaz
"Altılıq" formatının aqibəti necə olacaq? - Rusiya-Türkiyə yaxınlaşmasının səbəbləri
11:07 22.10.2021 (Yenilənib: 11:26 22.10.2021) Avropa Birliyi Azərbaycan və ümumiyyətlə Cənubi Qafqaz dövlətləri ilə münasibətlərin inkişaf etdirilməsinin zərurətini qəbul edir.
BAKI, 21 oktyabr — Sputnik. Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsindən sonra Cənubi Qafqazın üç ölkəsi, Türkiyə, Rusiya və İrandan ibarət altılıq, yaxud da "3+3" əməkdaşlıq platforması gündəmə gəlib. Ötən həftə ABŞ-ın müdafiə naziri Lloyd Ostin Gürcüstana səfəri zamanı Cənubi Qafqazda "3+3" formatında əməkdaşlıq platformasının yaradılması və Gürcüstanın bu platformada iştirakı ideyasını məqbul hesab etməyib.
ABŞ-ın bu formata münasibətdə Rusiya amili əsas gətirməsi strateji baxımdan anlaşılandır. Gürcüstanın özündə də formata birmənalı münasibət yoxdur. Məsələn Gürcüstan xarici işlər naziri David Zalkaliani Türkiyə və Azərbaycanın təklif etdiyi "Altılıq platforması" haqda danışarkən ölkəsinin hansısa formada böyük geosiyasi layihələrdə iştirak etməli olduğunu deyib. Gürcüstan Parlamentinin Avropaya İnteqrasiya Komitəsinin sədri Maka Boçorişvili isə Gürcüstanın "3+3" formatında iştirak edə bilməyəcəyini bildirib. Səbəb kimi isə Rusiyanın bu formata qoşulmasını göstərib.
Gürcüstanda Qərbin təsiri bu ölkənin suveren siyasətində verəcəyi qərarlara bu iki açıqlamanın fonunda özünü aşkar göstərir.
Bəs, Qərbin hansısa müdaxiləsi "Altılıq" formatının işə düşməsinə mane ola bilərmi?
Sputnik Azərbaycan mövzu ilə bağlı politoloq
Elşən Manafovun fikirlərini öyrənib.
Elşən Manafov bildirib ki, bu format region və onunla həmsərhəd dövlətlər arasında geosiyasi problemlərin həllini nəzərdə tutur. Politoloqun sözlərinə görə, Gürcüstan Rusiya amilinə görə bu formatda iştirakla bağlı qəti mövqe sərgiləmir:
"Gürcüstan siyasi elitasının mövqeyinə ABŞ-ın da təsiri danılmazdır. Onlar bu formatın regionda Rusiya təsirini artıracağını düşünürlər. Baxmayaraq ki, belə bir formatın təşkil olunması ideası NATO üzvü olan Türkiyəyə məxsusdur. Hazırda Türkiyənin ABŞ-la olan problemləri Cənubi Qafqazda Rusiya-Türkiyə yaxınlaşmasını zəruri edir. Buradan həm də o aydın olur ki, ABŞ Türkiyə vasitəsilə NATO və Qərbin Cənubi Qafqazdakı vasitəçiliyinə ciddi önəm vermir".
Politoloq hesab edir ki, Türkiyə məsələsində Qərb və ABŞ ehtiyatlı mövqe sərgiləyir:
"Hələlik bu formatın həyata keçirilməsinə mae ola biləcək əsas amil Rusiya-Gürcüstan münasibətləridir. ABŞ bölgədə yeni geosiyasi reallıqların dəyişməsində və Rusiyanın bölgədə hərbi mövcudluğundan ciddi şəkildə narahat olur. Hələlik bu formatın realizasiya olunmasında əyləc rolunda çıxış edən Gürcüstan və dolayısı yolla ABŞ maraqlı olmadıqlarını göstərirlər".
ABŞ-dan fərqli olaraq Avropa təşkilatlarının bu formata münasibətindən danışan ekspert vurğulayıb ki, hazırda Avropa Birliyi ilə ABŞ arasında müəyyən problemlərin olması bəlli məsələdir. Bunu Birliyin aparıcı ölkələrinin ABŞ-ın ziddinə olaraq Rusiyanın "Şimal Axını-2" layihəsinə olan münasibətində görə bilərik:
"ABŞ Rusiyanı Avropanın enerji bazarında sıxışdırıb çıxarmaq istədi, ancaq buna nail olmadı. Avropa Birliyi Azərbaycan və ümumiyyətlə Cənubi Qafqaz dövlətləri ilə münasibətlərin inkişaf etdirilməsinin zərurətini qəbul edir".