Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Qonşudan qalma dala - ölkədə bahalaşan xidmətlər

© Pexels Malte LuAvtomobil ustası, arxiv şəkli
Avtomobil ustası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.10.2021
Abunə olmaq
Bu ilin sentyabr ayında ötən ilin sentyabrına nisbətən əhaliyə göstərilmiş ödənişli xidmətlər 7,9 faiz bahalaşıb.
BAKI, 21 oktyabr — Sputnik. 2021-ci ilin sentyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,5 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 107,9 faiz təşkil edib.
Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, cari ilin sentyabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma paltarların təmiri, kimyəvi təmizlənməsi və kirayəsi, ayaqqabı, mebel, məişət cihazları, minik avtomobilləri və mənzillərin təmiri, tibbi, stomatoloji, ictimai iaşə, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində, mənzillərin icarə haqlarında, ödənişli ali təhsil haqlarında, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin və respublikadan kənara istirahət turlarının qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Maşın bazarı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.10.2021
CƏMİYYƏT
Yanacağın qiymətinin tez-tez bahalaşması Azərbaycanda maşın bazarını iflic edir
Qeyd edək ki, 2021-ci ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-sentyabr aylarına nisbətən 105,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 106,0 faiz, qeyri-ərzaq məhsulları üzrə 104,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 104,6 faiz təşkil edib.
Eləcə də oxuyun:
* Mərkəzi Bank kredit və dividend faizləri arasındakı yüksək fərqi izah edib
* Uşaqlar üçün satılan beyinlər niyə bahadır - ARAŞDIRMA - REPORTAJ
* Universitetlər açılır, tələbələr hələ də ev axtarışında
* Taksi sürücüləri "Bolt"dan niyə şikayətlidir - bazarda rəqabət var
* Millət vəkili: Yüksək qiymətlər qlobal neft şoklarına səbəb ola bilər
Xəbər lenti
0