https://sputnik.az/20210922/Universitetlr-alr-tlblr-hl-d-ev-axtarnda-427921653.html
Universitetlər açılır, tələbələr hələ də ev axtarışında
Universitetlər açılır, tələbələr hələ də ev axtarışında
Sputnik Azərbaycan
Mətbuat prospektində ötən il 400 manata təklif olunan üç otaqlı kirayə mənzillərin qiyməti 550 manatadək bahalaşıb. 22.09.2021, Sputnik Azərbaycan
2021-09-22T09:30+0400
2021-09-22T09:30+0400
2021-09-21T20:03+0400
xəbərlər
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0c/426208518_0:0:3077:1731_1920x0_80_0_0_501774fd36745ce8dd29d555fa760b1f.jpg
BAKI, 22 sentyabr — Sputnik. Sentyabrın 29-dan ali məktəblərin öz qapısını tələbələrin üzünə açması pandemiya dövründə məsafədən təhsil alan tələbələri sevindirsə də, qayğılarını da artırıb. Təhsil Nazirliyinin yeni tədris ili ilə bağlı açıqladığı qərardan sonra bölgələrdə yaşayan tələbələr Bakıda kirayə ev axtarışına çıxıb. Sputnik Azərbaycan kirayə mənzil bazarında evlərin tələbələr üçün nə qədər əlçatan olduğunu araşdırıb.Qəfil qərar tələbələri çıxılmaz vəziyyətdə qoyubMetronun Elmlər Akademiyası stansiyasına yaxın yerləşən təhsil ocaqlarının sayı çox olduğundan hər tədris ili öncəsi burada ev alqı-satqısı və kirayəsi ilə məşğul olan ofislərdə qələbəlik olur. Elə bu gün də belə idi. Bu ərazidə daxil olduğumuz ev alqı-satqısı və kirayəsi ilə məşğul olan ofislərdə kirayə mənzil axtaranların çoxu ya tələbələrin özləri, yaxud da valideynləri idi.Övladı bu il ali məktəbə daxil olan Sona Bayramova Bakı Dövlət Universitetinə yaxın ərazidən üç gündür münasib qiymətə kirayə ev axtarsa da, tapa bilmir. Həmsöhbətimiz deyir ki, İsmayıllının Basqal kəndində yaşadıqlarından Bakıda təhsil alacaq oğlu üçün kirayə ev axtarır. Amma bu ərazidə kirayə evlərin qiymətinin çox baha olması valideyni çıxılmaz vəziyyətdə qoyub: "Universitetə yaxın kirayə mənzillərin qiyməti 550 manatdan başlayır. Ona görə də məcburam istənilən metro stansiyaya yaxın ev axtarım".Həyət evlərinin sökülməsi tələbələrin işini daha da çətinləşdirib...Burada həmsöhbət olduğumuz digər valideyn və tələbələr də kirayə mənzil tapmaqda çətinlik çəkdiklərini söylədilər.Rəhman Kazımov adlı tələbə deyir ki, ötən il universitetə yaxın ərazidə 550 manatlıq kirayə mənzildə 4 tələbə ilə birlikdə qalıb. Bu il isə bu qiymətə kirayə mənzil tapa bilmir: "Kirayə mənzillər əsasən yeni binalardadır. Yeni binalarda isə evlərin aylıq kirayə qiyməti 700-800 manatdan başlayır. Bu qiymətə kirayədə qalmaq isə tələbəyə sərf etmir".Rieltorlar da tələbələrin şikayətlərini təsdiqləyirlər. Ev alqı-satqısı və kirayəsi ilə məşğul olan Mehman Şabanov kirayə mənzil bazarında tələbələr üçün ucuz evlərin ilbəil azaldığını bildirir. Onun sözlərinə görə, tələbələrin çoxu kirayə üçün həyət evi axtarır: "Həyət evləri ucuz olduğundan, tələbələr ən çox belə evlərə müraciət edirdi. Amma artıq şəhərdə ucuz qiymətə kirayə verilən həyət evlərinin sayı azalıb. Yeni binalar inşa olunduqca həyət evləri sökülür. Bu da tələbələrə ucuz kirayə ev tapmağa çətinlik yaradır".Pandemiya səbəbindən tələbələrə kirayə ev verən yoxdurMakler bildirir ki, tədris ili ilə bağlı verilən qərar gec açıqlandığından bu da tələbələrə rahat şəkildə kirayə ev axtarmağa çətinlik yaradıb: "Sentyabrın 29-dan universitetlər açılır. Tələbələrin iki həftə vaxtı qalıb. Ev sahiblərinin çoxu məktəblərin yenidən bağlanacağından ehtiyat edib tələbələrə ev kirayə vermək istəmir. Çünki, əvvəlki il xeyli tələbə dərslər distant olduğundan kirayə evdən çıxıb öz evlərinə getdi. Buna görə ev sahibləri ilə mənzilini tələbəyə vermək üçün xeyli danışıq aparmalı oluruq".Makler hazırda universitetlərə yaxın ərazidə 1 otaqlı kirayə mənzillərin qiymətinin 350 manatdan başladığını söyləyir. Onun sözlərinə görə, iki otaqlı evlərin qiyməti 400-450, üç otaqlı mənzillər ən yaxşı halda 550 manata kirayə verilir.Tələbələrin büdcəsinə uyğun evlər ancaq şəhərdən kənardadır...Sosial şəbəkələrdə tələbələrə ucuz kirayə ev təklif edən Arenda.az saytının layihə rəhbəri Elvin Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, kirayə mənzil bazarında canlanma yaranıb: "Sentyabr ayında daha çox ev axtaran olduğundan, mənzillərə tələbat artır. Tələbələr isə daha aylıq kirayə qiyməti 200-300 manat olan ev axtarırlar. Bu qiymətə universitetlərə yaxın kirayə evlər tapmaq mümkün deyil. Ona görə də biz tələbələrə uzaq da olsa Həzi Aslanov istiqamətində, metroya yaxın kirayə evlər təklif edirik. Uzaq metro stansiyalara yaxın ərazilərdə 300 manata tələbələrə kirayə ev tapmaq mümkündür".E.Məmmədov bildirir ki, oğlan tələbələr üçün kirayə ev tapmaq daha çətindir. Bu zaman əksər ev sahibləri depozit istəyirlər: "Oğlanlara demək olar ki, kirayə ev vermirlər. Versələr belə, mütləq depozit tələb edirlər ki, buna da tələbələrin imkanı çatmır".Saytın layihə rəhbəri şəhərdə həyət evlərinin sökülməsinin tələbələr üçün çətinlik yaratdığını, kirayə mənzil bazarında qiymətləri bahalaşdırdığını söyləyir.Evlərin qiyməti niyə bahalaşıb?Qeyd edək ki, tələbə adı ilə kirayə təklif olunan evlərin sahibləri ilə biz də əlaqə yaratdıq. Dəstəyi götürənlərdən kimisi tələbəyə ev kirayə vermədiyini, bəziləri isə bir mənzildə iki nəfərdən artıq tələbə qalmasına razı olmadığını bildirdi.Ev sahibləri pandemiyaya görə tələbələrə ev kirayə verməyin onlara sərf etmədiyini qeyd etdilər. Daha çox ailə və işləyən kirayəşinlərə üstünlük verdiklərini açıq şəkildə bildirdilər.Apardığımız araşdırma zamanı o da bəlli oldu ki, ötən illə müqayisədə kirayə mənzil bazarında qiymətlərdə artım var. Mətbuat prospektində ötən il 400 manata təklif olunan üç otaqlı kirayə mənzillərin qiyməti 550 manatadək bahalaşıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0c/426208518_101:0:2830:2047_1920x0_80_0_0_f2d1ad3f89c874f6e248f27b82ab78c9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
Universitetlər açılır, tələbələr hələ də ev axtarışında
Mətbuat prospektində ötən il 400 manata təklif olunan üç otaqlı kirayə mənzillərin qiyməti 550 manatadək bahalaşıb.
BAKI, 22 sentyabr — Sputnik. Sentyabrın 29-dan ali məktəblərin öz qapısını tələbələrin üzünə açması pandemiya dövründə məsafədən təhsil alan tələbələri sevindirsə də, qayğılarını da artırıb. Təhsil Nazirliyinin yeni tədris ili ilə bağlı açıqladığı qərardan sonra bölgələrdə yaşayan tələbələr Bakıda kirayə ev axtarışına çıxıb. Sputnik Azərbaycan kirayə mənzil bazarında evlərin tələbələr üçün nə qədər əlçatan olduğunu araşdırıb.
Qəfil qərar tələbələri çıxılmaz vəziyyətdə qoyub
Metronun Elmlər Akademiyası stansiyasına yaxın yerləşən təhsil ocaqlarının sayı çox olduğundan hər tədris ili öncəsi burada ev alqı-satqısı və kirayəsi ilə məşğul olan ofislərdə qələbəlik olur. Elə bu gün də belə idi. Bu ərazidə daxil olduğumuz ev alqı-satqısı və kirayəsi ilə məşğul olan ofislərdə kirayə mənzil axtaranların çoxu ya tələbələrin özləri, yaxud da valideynləri idi.
Övladı bu il ali məktəbə daxil olan Sona Bayramova Bakı Dövlət Universitetinə yaxın ərazidən üç gündür münasib qiymətə kirayə ev axtarsa da, tapa bilmir. Həmsöhbətimiz deyir ki, İsmayıllının Basqal kəndində yaşadıqlarından Bakıda təhsil alacaq oğlu üçün kirayə ev axtarır. Amma bu ərazidə kirayə evlərin qiymətinin çox baha olması valideyni çıxılmaz vəziyyətdə qoyub: "Universitetə yaxın kirayə mənzillərin qiyməti 550 manatdan başlayır. Ona görə də məcburam istənilən metro stansiyaya yaxın ev axtarım".
Həyət evlərinin sökülməsi tələbələrin işini daha da çətinləşdirib...
Burada həmsöhbət olduğumuz digər valideyn və tələbələr də kirayə mənzil tapmaqda çətinlik çəkdiklərini söylədilər.
Rəhman Kazımov adlı tələbə deyir ki, ötən il universitetə yaxın ərazidə 550 manatlıq kirayə mənzildə 4 tələbə ilə birlikdə qalıb. Bu il isə bu qiymətə kirayə mənzil tapa bilmir: "Kirayə mənzillər əsasən yeni binalardadır. Yeni binalarda isə evlərin aylıq kirayə qiyməti 700-800 manatdan başlayır. Bu qiymətə kirayədə qalmaq isə tələbəyə sərf etmir".
Rieltorlar da tələbələrin şikayətlərini təsdiqləyirlər. Ev alqı-satqısı və kirayəsi ilə məşğul olan Mehman Şabanov kirayə mənzil bazarında tələbələr üçün ucuz evlərin ilbəil azaldığını bildirir. Onun sözlərinə görə, tələbələrin çoxu kirayə üçün həyət evi axtarır: "Həyət evləri ucuz olduğundan, tələbələr ən çox belə evlərə müraciət edirdi. Amma artıq şəhərdə ucuz qiymətə kirayə verilən həyət evlərinin sayı azalıb. Yeni binalar inşa olunduqca həyət evləri sökülür. Bu da tələbələrə ucuz kirayə ev tapmağa çətinlik yaradır".
Pandemiya səbəbindən tələbələrə kirayə ev verən yoxdur
Makler bildirir ki, tədris ili ilə bağlı verilən qərar gec açıqlandığından bu da tələbələrə rahat şəkildə kirayə ev axtarmağa çətinlik yaradıb: "Sentyabrın 29-dan universitetlər açılır. Tələbələrin iki həftə vaxtı qalıb. Ev sahiblərinin çoxu məktəblərin yenidən bağlanacağından ehtiyat edib tələbələrə ev kirayə vermək istəmir. Çünki, əvvəlki il xeyli tələbə dərslər distant olduğundan kirayə evdən çıxıb öz evlərinə getdi. Buna görə ev sahibləri ilə mənzilini tələbəyə vermək üçün xeyli danışıq aparmalı oluruq".
Makler hazırda universitetlərə yaxın ərazidə 1 otaqlı kirayə mənzillərin qiymətinin 350 manatdan başladığını söyləyir. Onun sözlərinə görə, iki otaqlı evlərin qiyməti 400-450, üç otaqlı mənzillər ən yaxşı halda 550 manata kirayə verilir.
Tələbələrin büdcəsinə uyğun evlər ancaq şəhərdən kənardadır...
Sosial şəbəkələrdə tələbələrə ucuz kirayə ev təklif edən Arenda.az saytının layihə rəhbəri Elvin Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, kirayə mənzil bazarında canlanma yaranıb: "Sentyabr ayında daha çox ev axtaran olduğundan, mənzillərə tələbat artır. Tələbələr isə daha aylıq kirayə qiyməti 200-300 manat olan ev axtarırlar. Bu qiymətə universitetlərə yaxın kirayə evlər tapmaq mümkün deyil. Ona görə də biz tələbələrə uzaq da olsa Həzi Aslanov istiqamətində, metroya yaxın kirayə evlər təklif edirik. Uzaq metro stansiyalara yaxın ərazilərdə 300 manata tələbələrə kirayə ev tapmaq mümkündür".
E.Məmmədov bildirir ki, oğlan tələbələr üçün kirayə ev tapmaq daha çətindir. Bu zaman əksər ev sahibləri depozit istəyirlər: "Oğlanlara demək olar ki, kirayə ev vermirlər. Versələr belə, mütləq depozit tələb edirlər ki, buna da tələbələrin imkanı çatmır".
Saytın layihə rəhbəri şəhərdə həyət evlərinin sökülməsinin tələbələr üçün çətinlik yaratdığını, kirayə mənzil bazarında qiymətləri bahalaşdırdığını söyləyir.
Evlərin qiyməti niyə bahalaşıb?
Qeyd edək ki, tələbə adı ilə kirayə təklif olunan evlərin sahibləri ilə biz də əlaqə yaratdıq. Dəstəyi götürənlərdən kimisi tələbəyə ev kirayə vermədiyini, bəziləri isə bir mənzildə iki nəfərdən artıq tələbə qalmasına razı olmadığını bildirdi.
Ev sahibləri pandemiyaya görə tələbələrə ev kirayə verməyin onlara sərf etmədiyini qeyd etdilər. Daha çox ailə və işləyən kirayəşinlərə üstünlük verdiklərini açıq şəkildə bildirdilər.
Apardığımız araşdırma zamanı o da bəlli oldu ki, ötən illə müqayisədə kirayə mənzil bazarında qiymətlərdə artım var. Mətbuat prospektində ötən il 400 manata təklif olunan üç otaqlı kirayə mənzillərin qiyməti 550 manatadək bahalaşıb.