https://sputnik.az/20211020/yanacagin-qiymetinin-tez-tez-bahalasmasi-azerbaycanda-masin-bazarini-iflic-edir-434411961.html
Yanacağın qiymətinin tez-tez bahalaşması Azərbaycanda maşın bazarını iflic edir
Yanacağın qiymətinin tez-tez bahalaşması Azərbaycanda maşın bazarını iflic edir
Sputnik Azərbaycan
Yerli bazarda eyni keyfiyyətlərə malik olan markalar arasında benzinlə işləyən avtomobillə müqayisədə dizellə işləyən avtomobil daha bahadır. 20.10.2021, Sputnik Azərbaycan
2021-10-20T18:32+0400
2021-10-20T18:32+0400
2021-10-20T18:22+0400
benzin
cəmiyyət
toyota
maşın bazarı
"kia sportage"
"toyota prado"
"hunday"
https://cdnn1.img.sputnik.az/img/40326/57/403265741_0:72:1800:1085_1920x0_80_0_0_5d86f7b161f277a7421d8fe910475e73.jpg
BAKI, 20 oktyabr — Sputnik. Hazırda əhalinin böyük hissəsi avtomobil bazarının işitrakçısıdır və avtomobil alıcısıdır. Lakin bu bazarın tam inkişaf etməməsinin müxtəlif səbəbləri var ki, onlardan biri də, hökumətin zamanla bu bazara müdaxiləsi olub.Bu sözləri Sputnik Azərbaycan Multimedia Mərkəzində çıxış zamanı daşınmaz əmlak üzrə ekspert Ramin Osmanlı belə deyib.O bu bazarın inkişaf etməməmsinin digər səbəblərindən də danışıb, bildirib ki, idxalın məhdudlaşdırılması da bu bazara təsirsiz ötüşmür: "Digər səbəblər kimi kreditləşməyə qoyulan məhdudiyəyyətlər, yanacağın qiymətinin tez-tez dəyişməsi və bu qiymətlər arasında proposiyanın pozulmasını da göstərmək olar. İki yanacaq növünün qiyməti arasında böyük fərqin olması da anormal tendensiyalardan biridir"Ekspert bildirib ki, yerli bazarda eyni keyfiyyətlərə malik olan markalar arasında benzinlə işləyən avtomobillə müqayisədə dizellə işləyən avtomobil daha bahadır. Onun sözlərinə görə, 50 min manatlıq benzinlə işləyən avtomobilin bənzər keyfiyyət və xüsusiyyətlərə malik olan bir başqa, dizellə olan markasının qiyməti təxminən 10 min manat baha olur.O gömrük rüsumlarına yenidən baxılmasını, elektriklə işləyən avtomobillərin 50 faizədək gömrük rüsumundan azad olunmasını təklif edir.Avtomobil parkından söz açan ekspert deyir ki, hazırda bu parkın 70 faizini ekoloji standartlara cavab vermir, istismara yararsız avtomobillər üstünlük təşkil edir: "Son 6 ildə Azərbaycana Almaniya, Cənubi Koreya və Rusiya istehsalı olan avtomobillər daha çox gətirilir. Lakin bu avtomobillər əsasən 2006-2007-ci il istehsalı olanlardır. bundan başqa, qeyd eidm ki, son illərdə elektiriklə işləyən avotmobillərin ölkəyə gətirilməsində artım müşahidə olunmasa da, hibridlə işləyən avtomobillərin isə ölkəyə gətiriməsində müəyyən artım olub".R.Osmanlının sözlərinə görə, son illərdə ölkədə "Toyota", "KİA", Hunday"-a kəskin maraq artdı.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40326/57/403265741_180:0:1800:1215_1920x0_80_0_0_9c4d3a00fb3d018f273f26b4a73e0f5b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
benzin, toyota, maşın bazarı, "kia sportage", "toyota prado", "hunday"
benzin, toyota, maşın bazarı, "kia sportage", "toyota prado", "hunday"
Yanacağın qiymətinin tez-tez bahalaşması Azərbaycanda maşın bazarını iflic edir
Yerli bazarda eyni keyfiyyətlərə malik olan markalar arasında benzinlə işləyən avtomobillə müqayisədə dizellə işləyən avtomobil daha bahadır.
BAKI, 20 oktyabr — Sputnik. Hazırda əhalinin böyük hissəsi avtomobil bazarının işitrakçısıdır və avtomobil alıcısıdır. Lakin bu bazarın tam inkişaf etməməsinin müxtəlif səbəbləri var ki, onlardan biri də, hökumətin zamanla bu bazara müdaxiləsi olub.
Bu sözləri Sputnik Azərbaycan Multimedia Mərkəzində çıxış zamanı daşınmaz əmlak üzrə ekspert Ramin Osmanlı belə deyib.
O bu bazarın inkişaf etməməmsinin digər səbəblərindən də danışıb, bildirib ki, idxalın məhdudlaşdırılması da bu bazara təsirsiz ötüşmür: "Digər səbəblər kimi kreditləşməyə qoyulan məhdudiyəyyətlər, yanacağın qiymətinin tez-tez dəyişməsi və bu qiymətlər arasında proposiyanın pozulmasını da göstərmək olar. İki yanacaq növünün qiyməti arasında böyük fərqin olması da anormal tendensiyalardan biridir"
Ekspert bildirib ki, yerli bazarda eyni keyfiyyətlərə malik olan markalar arasında benzinlə işləyən avtomobillə müqayisədə dizellə işləyən avtomobil daha bahadır. Onun sözlərinə görə, 50 min manatlıq benzinlə işləyən avtomobilin bənzər keyfiyyət və xüsusiyyətlərə malik olan bir başqa, dizellə olan markasının qiyməti təxminən 10 min manat baha olur.
O gömrük rüsumlarına yenidən baxılmasını, elektriklə işləyən avtomobillərin 50 faizədək gömrük rüsumundan azad olunmasını təklif edir.
Avtomobil parkından söz açan ekspert deyir ki, hazırda bu parkın 70 faizini ekoloji standartlara cavab vermir, istismara yararsız avtomobillər üstünlük təşkil edir: "Son 6 ildə Azərbaycana Almaniya, Cənubi Koreya və Rusiya istehsalı olan avtomobillər daha çox gətirilir. Lakin bu avtomobillər əsasən 2006-2007-ci il istehsalı olanlardır. bundan başqa, qeyd eidm ki, son illərdə elektiriklə işləyən avotmobillərin ölkəyə gətirilməsində artım müşahidə olunmasa da, hibridlə işləyən avtomobillərin isə ölkəyə gətiriməsində müəyyən artım olub".
R.Osmanlının sözlərinə görə, son illərdə ölkədə "Toyota", "KİA", Hunday"-a kəskin maraq artdı.