https://sputnik.az/20210908/Millt-vkili-Yksk-qiymtlr-qlobal-neft-oklarna-sbb-ola-bilr-427875714.html
Millət vəkili: Yüksək qiymətlər qlobal neft şoklarına səbəb ola bilər
Millət vəkili: Yüksək qiymətlər qlobal neft şoklarına səbəb ola bilər
Sputnik Azərbaycan
Azərbaycanda gündəlik xam neft hasilatı gələn aydan daha 7 min barel artırılaraq 640 min barelə çatdırılacaq. 08.09.2021, Sputnik Azərbaycan
2021-09-08T12:26+0400
2021-09-08T12:26+0400
2021-11-17T00:03+0400
xəbərlər
iqtisadiyyat
təhlil
cəmiyyət
dünya
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/06/16/427283690_0:0:3072:1728_1920x0_80_0_0_95f74ee9fb6eb0f4bd991a9f3458d67b.jpg
BAKI, 8 sentyabr — Sputnik. Dünya bazarında neftə tələbin yenidən artması müşahidə edilir. Artıq 1 barel "Brent" markalı neftin qiyməti 72 dollardan baha satılır. Bir müddət öncə OPEC+ ölkələri nazirlərinin gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılmasına, 5,8 milyon barel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına razılıq verməsinə baxmayaraq “qara qızıl” dəyər qazanmaqdadır.Millət vəkili Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, neft istehlakında xüsusi payı olan ölkələrdə neftə tələbin artması qiymətlərə təsirsiz ötüşmür.O bildirib ki, neftin dünya bazar qiymətinin yüksəlməsi enerji məhsulları ixrac edən ölkələrin və eləcə də Azərbaycanın valyuta gəlirlərini artırır.“Bu arada Rusiyanın aparıcı neft şirkəti 1 barel neftin məqbul qiymətinin 65-75 dollar intervalında arzuolunan olduğunu bəyan edib. Aşağı qiymət gəlirlərə təsir etsə də, daha yüksək qiymətlər qlobal neft şoklarına səbəb ola bilər. 2014-cü ildəki qlobal neft şoku da məhz qiymətlərin kəskin artması nəticəsində baş verdi. Bu baxımdan, neft ölkələri üçün yüksək deyil, məqbul qiymətlər arzuolunandır”, - deyə o əlavə edib.Qeyd edək ki, Azərbaycanda gündəlik xam neft hasilatı gələn aydan daha 7 min barel artırılaraq 640 min barelə çatdırılacaq.Həmçinin oxuyun:Neft bazarında diqqətlər OPEC-in qərarına yönəlib
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/16/427283690_341:0:3072:2048_1920x0_80_0_0_306cde97a80a16e73240ebe8c2a0a748.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər, dünya, azərbaycan
xəbərlər, dünya, azərbaycan
Millət vəkili: Yüksək qiymətlər qlobal neft şoklarına səbəb ola bilər
12:26 08.09.2021 (Yenilənib: 00:03 17.11.2021) Azərbaycanda gündəlik xam neft hasilatı gələn aydan daha 7 min barel artırılaraq 640 min barelə çatdırılacaq.
BAKI, 8 sentyabr — Sputnik. Dünya bazarında neftə tələbin yenidən artması müşahidə edilir. Artıq 1 barel "Brent" markalı neftin qiyməti 72 dollardan baha satılır. Bir müddət öncə OPEC+ ölkələri nazirlərinin gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılmasına, 5,8 milyon barel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına razılıq verməsinə baxmayaraq “qara qızıl” dəyər qazanmaqdadır.
Millət vəkili
Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, neft istehlakında xüsusi payı olan ölkələrdə neftə tələbin artması qiymətlərə təsirsiz ötüşmür.
"Çin ötən ay gündəlik 10.5 milyon barel neft idxal edib. Bu isə əvvəlki aya nisbətən 8 faiz çoxdur. Hindistan daxil olmaqla digər idxalçı ölkələrdə də neftə tələbin artması qeydə alınır. “Bloomberg” agentliyinin məlumatına görə, dünyada 5.56 milyard dollar peyvənd dozası istifadə edilib. Gündəlik 37.3 milyon doza peyvəndləşmə həyata keçirilir. Bütövlükdə, dünya əhalisinin 36.2 faizi artıq vaksinasiya olunub. Qlobal peyvəndləşmə səviyyəsinin yüksəlməsi də neftə tələbin artmasına təsir göstərməkdədir".
O bildirib ki, neftin dünya bazar qiymətinin yüksəlməsi enerji məhsulları ixrac edən ölkələrin və eləcə də Azərbaycanın valyuta gəlirlərini artırır.
"Belə ki, bu ilin ilk yarısında əvvəlki ilin uyğun dövrü ilə müqayisədə Azərbaycan neft ixracatı həcmini azaltsa da satışdan əldə edilən gəlirlərdə artımlar qeydə alınıb. 6 ayda ölkəmiz 5 milyard 743 milyon dollar dəyərində 13 milyon 545 min ton xam neft ixrac edib. Xam neft ixracının həcmi 11,7% azalsa da, əldə edilən vəsait 404 milyon 137 min dollar və ya 7,6% artıb".
“Bu arada Rusiyanın aparıcı neft şirkəti 1 barel neftin məqbul qiymətinin 65-75 dollar intervalında arzuolunan olduğunu bəyan edib. Aşağı qiymət gəlirlərə təsir etsə də, daha yüksək qiymətlər qlobal neft şoklarına səbəb ola bilər. 2014-cü ildəki qlobal neft şoku da məhz qiymətlərin kəskin artması nəticəsində baş verdi. Bu baxımdan, neft ölkələri üçün yüksək deyil, məqbul qiymətlər arzuolunandır”, - deyə o əlavə edib.
Qeyd edək ki, Azərbaycanda gündəlik xam neft hasilatı gələn aydan daha 7 min barel artırılaraq 640 min barelə çatdırılacaq.