https://sputnik.az/20211012/mahir-emreli-koronavirusa-yoluxdu-434127649.html
Mahir Emreli təkrar koronavirus testi verdi
Mahir Emreli təkrar koronavirus testi verdi
Sputnik Azərbaycan
Mahir Emrelinin DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Serbiyaya qarşı oyunda Azərbaycan millisi ilə meydana çıxacağı hələ sual altındadır. 12.10.2021, Sputnik Azərbaycan
2021-10-12T16:55+0400
2021-10-12T16:55+0400
2021-10-12T18:01+0400
idman
futbol
azərbaycan milli komandası
koronavirus
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/09/434055853_0:454:1330:1202_1920x0_80_0_0_0d44c732e42533898206da97641eab71.jpg
BAKI, 12 oktyabr - Sputnik. Futbol üzrə Azərbaycan milli komandasının və Polşanın "Legiya" klubunun forvardı Mahir Emreli təkrar koronavirus testi verib. Sputnik Azərbaycan bildirir ki, bu barədə "Legiya"nın mətbuat katibi İzabella Kruk Twitter-də yazıb.Krukun sözlərinə görə, təkrar testin cavabı mənfi olub. Amma Mahir Emrelinin DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Serbiyaya qarşı oyunda Azərbaycan millisi ilə meydana çıxacağı hələ sual altındadır. Oyun bu gün Belqradda Bakı vaxtı ilə 22:45-də keçiriləcək.---------12:38Futbol üzrə Azərbaycan milli komandasının və Polşanın "Legiya" klubunun forvardı Mahir Emreli koronavirusa yoluxub. Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası məlumat yayıb. Qeyd olunur ki, dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də Belqrad şəhərində Serbiya millisi ilə qarşılaşacaq Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin oyunöncəsi COVID-19 testi pozitiv nəticələnib. UEFA-nın tətbiq etdiyi tibbi protokola uyğun olaraq, Mahir Emreli Serbiya - Azərbaycan oyununda iştirak edə bilməyəcək.Bildirək ki, oyunöncəsi mətbuat konfransında Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi serblərlə oyunda komandanın heyətində dəyişiklik olacağını demişdi. Belə görünür ki, italiyalı məşqçi Emrelinin PCR testinin müsbət nəticələndiyindən məlumatlı imiş.Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində altı turdan cəmi bir xal yığıb və "A" qrupunun zirzəmisində "möhkəmlənib". Yeganə xalı Byazinin yetirmələri Dublində irlandlara qarşı oyunda (1:1) əldə edə biliblər. Qalan oyunların hamısında isə komandamız uduzub.Eləcə də oxuyun: * Serbiya - Azərbaycan oyununun hakimləri açıqlanıb* "Qarabağ"ın sabiq mətbuat katibi məhkəməyə çıxdı* AFFA-nın yeni strategiyası ictimaiyyətə təqdim olunacaq* Mahir Emreli 2021-ci ilin ən çox qol vuran futbolçuları siyahısına düşüb
https://sputnik.az/20211009/millimizden-defn-merasimi-baki-olimpiya-stadionu-daha-bir-biabirciliga-sahidlik-etdi-434055069.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/09/434055853_0:123:1330:1121_1920x0_80_0_0_77ab16f388d293555a837f3c900f8a96.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
futbol, azərbaycan milli komandası, koronavirus
futbol, azərbaycan milli komandası, koronavirus
Mahir Emreli təkrar koronavirus testi verdi
16:55 12.10.2021 (Yenilənib: 18:01 12.10.2021) Mahir Emrelinin DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Serbiyaya qarşı oyunda Azərbaycan millisi ilə meydana çıxacağı hələ sual altındadır.
BAKI, 12 oktyabr - Sputnik. Futbol üzrə Azərbaycan milli komandasının və Polşanın "Legiya" klubunun forvardı Mahir Emreli təkrar koronavirus testi verib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə "Legiya"nın mətbuat katibi
İzabella Kruk Twitter-də yazıb.
Krukun sözlərinə görə, təkrar testin cavabı mənfi olub.
"Mahir Emrelinin test cavabının müsbət olmasına gəlincə, bizim tibbi heyətimizlə razılaşdırılmaqla Mahir təkrar PCR test verdi, o isə mənfi nəticələndi. Oyunçu peyvənd edilib, heç bir əlamət də yoxdur. Biz sizi məlumatlandıracağıq", - Kruk yazıb.
Amma Mahir Emrelinin DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Serbiyaya qarşı oyunda Azərbaycan millisi ilə meydana çıxacağı hələ sual altındadır. Oyun bu gün Belqradda Bakı vaxtı ilə 22:45-də keçiriləcək.
Futbol üzrə Azərbaycan milli komandasının və Polşanın "Legiya" klubunun forvardı Mahir Emreli koronavirusa yoluxub.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası
məlumat yayıb.
Qeyd olunur ki, dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də Belqrad şəhərində Serbiya millisi ilə qarşılaşacaq Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin oyunöncəsi COVID-19 testi pozitiv nəticələnib. UEFA-nın tətbiq etdiyi tibbi protokola uyğun olaraq, Mahir Emreli Serbiya - Azərbaycan oyununda iştirak edə bilməyəcək.
Bildirək ki, oyunöncəsi mətbuat konfransında Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi serblərlə oyunda komandanın heyətində dəyişiklik olacağını demişdi. Belə görünür ki, italiyalı məşqçi Emrelinin PCR testinin müsbət nəticələndiyindən məlumatlı imiş.
Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində altı turdan cəmi bir xal yığıb və "A" qrupunun zirzəmisində "möhkəmlənib". Yeganə xalı Byazinin yetirmələri Dublində irlandlara qarşı oyunda (1:1) əldə edə biliblər. Qalan oyunların hamısında isə komandamız uduzub.
*
AFFA-nın yeni strategiyası ictimaiyyətə təqdim olunacaq
*
Mahir Emreli 2021-ci ilin ən çox qol vuran futbolçuları siyahısına düşüb