Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Serbiya - Azərbaycan oyununun hakimləri açıqlanıb

© Sputnik / VIRGINIE LEFOUR / BELGA Erik Lambrexts
Erik Lambrexts - Sputnik Azərbaycan, 1920, 10.10.2021
Abunə olmaq
Oktyabrın 12-də Belqraddakı Rayko Mitiç stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
BAKI, 10 oktyabr — Sputnik. Serbiya və Azərbaycan milli komandaları arasında keçiriləcək futbol üzrə 2022-ci il dünya çempionatının seçmə oyunu üçün bütün təyinatlar açıqlanıb.
Sputnik Azərbaycan xəbər verir ki, qarşılaşma Belçikadan olan hakimlər briqadasına həvalə edilib.
Baş hakim Erik Lambrextsə Rien Vanizer və Jo De Vayrdt yan xətt, Natan Verboomen dördüncü hakim, Laurens Visser VAR hakimi, Conatan Lando VAR hakiminin köməkçisi qismində yardımçı olacaq.
Danimarkalı Yorn Vest Larsen hakim-inspektor, rumıniyalı Feliks Qriqore FIFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 12-də Belqraddakı Rayko Mitiç ("Marakana") stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Xəbər lenti
0