FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Utanmasan, oynamağa nə var: Bakı Olimpiya Stadionu daha bir biabırçılığa şahidlik etdi

Abunə olmaq
Növbəti məğlubiyyət de Byazinin yetirmələrini turnir cədvəlinin “zirzəmi”sində “möhkəmlədib”.
BAKI, 9 oktyabr - Sputnik. Bu gün Azərbaycan milli komandası DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirib.
Sputnik Azərbaycan apasport.az-a istinadən bildirir ki, A qrupunun autsayderi olan yığmamız İrlandiya ilə görüşüb.
© Sputnik / Murad Orujov

Futbol üzrə Azərbaycan millisi ÇM-2022 seçmə mərhələsi çərçivəsində növbəti böyük hesablı məğlubiyyəti alıb.

Futbol üzrə Azərbaycan millisi ÇM-2022 seçmə mərhələsi çərçivəsində növbəti böyük hesablı məğlubiyyəti alıb. - Sputnik Azərbaycan
1/15

Futbol üzrə Azərbaycan millisi ÇM-2022 seçmə mərhələsi çərçivəsində növbəti böyük hesablı məğlubiyyəti alıb.

© Sputnik / Murad Orujov

Canni De Byazinin yetirmələri bu dəfə İrlandiya millisinə 0:3 hesabı ilə uduzublar.

Canni De Byazinin yetirmələri bu dəfə İrlandiya millisinə 0:3 hesabı ilə uduzublar. - Sputnik Azərbaycan
2/15

Canni De Byazinin yetirmələri bu dəfə İrlandiya millisinə 0:3 hesabı ilə uduzublar.

© Sputnik / Murad Orujov

Bakı Olimpiya Stadionunda keçirilən matç millinin azarkeşləri tərəfindən də maraqla qarşılanmayıb.

Bakı Olimpiya Stadionunda keçirilən matç millinin azarkeşləri tərəfindən də maraqla qarşılanmayıb. - Sputnik Azərbaycan
3/15

Bakı Olimpiya Stadionunda keçirilən matç millinin azarkeşləri tərəfindən də maraqla qarşılanmayıb.

© Sputnik / Murad Orujov

Oyunu izləməyə çox az sayda azarkeş gəlmişdi, arenanın tutumunu nəzərə alsaq, tribunalarda elə bil heç azarkşeş yox idi.

Oyunu izləməyə çox az sayda azarkeş gəlmişdi, arenanın tutumunu nəzərə alsaq, tribunalarda elə bil heç azarkşeş yox idi. - Sputnik Azərbaycan
4/15

Oyunu izləməyə çox az sayda azarkeş gəlmişdi, arenanın tutumunu nəzərə alsaq, tribunalarda elə bil heç azarkşeş yox idi.

© Sputnik / Murad Orujov

İrlandiyalılar ilk dəqiqələrdən özlərini Dublindəki kimi hiss etdilər və Şahruddin Məhəmmədəliyevin qapısını "mühasirəyə" aldılar.

İrlandiyalılar ilk dəqiqələrdən özlərini Dublindəki kimi hiss etdilər və Şahruddin Məhəmmədəliyevin qapısını "mühasirəyə" aldılar. - Sputnik Azərbaycan
5/15

İrlandiyalılar ilk dəqiqələrdən özlərini Dublindəki kimi hiss etdilər və Şahruddin Məhəmmədəliyevin qapısını "mühasirəyə" aldılar.

© Murad Orujov

Millinin müdafiə xətti yeddinci dəqiqədə yarıldı, cərimə meydançası xəttində topu alan Kallum Robinson uzaq yuxarı küncü dəqiq nişana aldı.

Millinin müdafiə xətti yeddinci dəqiqədə yarıldı, cərimə meydançası xəttində topu alan Kallum Robinson uzaq yuxarı küncü dəqiq nişana aldı. - Sputnik Azərbaycan
6/15

Millinin müdafiə xətti yeddinci dəqiqədə yarıldı, cərimə meydançası xəttində topu alan Kallum Robinson uzaq yuxarı küncü dəqiq nişana aldı.

© Sputnik / Murad Orujov

Qoldan sonra bir az özünə gələn Azərbaycan futbolçuları rəqib qapısında təhlükəli vəziyyətlər yaratmağa çalışdılar, lakin irlandiyalılar oyuna nəzarət edirdilər.

Qoldan sonra bir az özünə gələn Azərbaycan futbolçuları rəqib qapısında təhlükəli vəziyyətlər yaratmağa çalışdılar, lakin irlandiyalılar oyuna nəzarət edirdilər. - Sputnik Azərbaycan
7/15

Qoldan sonra bir az özünə gələn Azərbaycan futbolçuları rəqib qapısında təhlükəli vəziyyətlər yaratmağa çalışdılar, lakin irlandiyalılar oyuna nəzarət edirdilər.

© Murad Orujov

Matçın 39-cu dəqiqəsində Kallum Robinson dubla imza ataraq hesab arasındakı fərqi ikiyə çatdırdı.

Matçın 39-cu dəqiqəsində Kallum Robinson dubla imza ataraq hesab arasındakı fərqi ikiyə çatdırdı. - Sputnik Azərbaycan
8/15

Matçın 39-cu dəqiqəsində Kallum Robinson dubla imza ataraq hesab arasındakı fərqi ikiyə çatdırdı.

© Sputnik / Murad Orujov

Maraqlıdır ki, Canni de Byazi 63-cü dəqiqəyə qədər əvəzetmədən istifadə etmədi, onun irlandiyalı həmkarı Stiven Kenni isə hesabda 2:0 irəli olmasına baxmayaraq, ilk əvəzetməni ikinci hissənin əvvəlində etdi.

Maraqlıdır ki, Canni de Byazi 63-cü dəqiqəyə qədər əvəzetmədən istifadə etmədi, onun irlandiyalı həmkarı Stiven Kenni isə hesabda 2:0 irəli olmasına baxmayaraq, ilk əvəzetməni ikinci hissənin əvvəlində etdi. - Sputnik Azərbaycan
9/15

Maraqlıdır ki, Canni de Byazi 63-cü dəqiqəyə qədər əvəzetmədən istifadə etmədi, onun irlandiyalı həmkarı Stiven Kenni isə hesabda 2:0 irəli olmasına baxmayaraq, ilk əvəzetməni ikinci hissənin əvvəlində etdi.

© Sputnik / Murad Orujov

Bununla belə, meydançaya sonradan daxil olan Ramil Şeydayev, Araz Abdullayev və Renat Dadaşov da oyunda ciddi dəyişiklik yarada bilmədilər.

Bununla belə, meydançaya sonradan daxil olan Ramil Şeydayev, Araz Abdullayev və Renat Dadaşov da oyunda ciddi dəyişiklik yarada bilmədilər. - Sputnik Azərbaycan
10/15

Bununla belə, meydançaya sonradan daxil olan Ramil Şeydayev, Araz Abdullayev və Renat Dadaşov da oyunda ciddi dəyişiklik yarada bilmədilər.

© Sputnik / Murad Orujov

Yalnız Dadaşovun oyunda daxil olmasında sonra Azərbaycan millisi İrlandiya komandasının qapısında təhlükəli vəziyyət yaratdı. 80-ci dəqiqədə Qara Qarayevin zərbəsindən sonra qapıçıdan qayıdan top qapı tirinə dəydi.

Yalnız Dadaşovun oyunda daxil olmasında sonra Azərbaycan millisi İrlandiya komandasının qapısında təhlükəli vəziyyət yaratdı. 80-ci dəqiqədə Qara Qarayevin zərbəsindən sonra qapıçıdan qayıdan top qapı tirinə dəydi. - Sputnik Azərbaycan
11/15

Yalnız Dadaşovun oyunda daxil olmasında sonra Azərbaycan millisi İrlandiya komandasının qapısında təhlükəli vəziyyət yaratdı. 80-ci dəqiqədə Qara Qarayevin zərbəsindən sonra qapıçıdan qayıdan top qapı tirinə dəydi.

© Sputnik / Murad Orujov

Azərbaycan yığmasının köməyinə heç VAR da gəlmədi. İrlandiya komandasının müdafiəçisi cərimə meydançasında əllə topa toxunsa da, videotəkrar zamanı bundan əvvəl Mahir Emrelinin həmin futbolçunu formasından tutub dartdığı məlum oldu.

Azərbaycan yığmasının köməyinə heç VAR da gəlmədi. İrlandiya komandasının müdafiəçisi cərimə meydançasında əllə topa toxunsa da, videotəkrar zamanı bundan əvvəl Mahir Emrelinin həmin futbolçunu formasından tutub dartdığı məlum oldu. - Sputnik Azərbaycan
12/15

Azərbaycan yığmasının köməyinə heç VAR da gəlmədi. İrlandiya komandasının müdafiəçisi cərimə meydançasında əllə topa toxunsa da, videotəkrar zamanı bundan əvvəl Mahir Emrelinin həmin futbolçunu formasından tutub dartdığı məlum oldu.

© Sputnik / Murad Orujov

Oyunda son nöqtəni isə 90-cı dəqiqədə Çidozi Oqbene qoydu.

Oyunda son nöqtəni isə 90-cı dəqiqədə Çidozi Oqbene qoydu. - Sputnik Azərbaycan
13/15

Oyunda son nöqtəni isə 90-cı dəqiqədə Çidozi Oqbene qoydu.

© Sputnik / Murad Orujov

Bununla da, futbol üzrə Azərbaycan yığması ÇM-2022-nin seçmə mərhələsi çərçivəsində "A" qrupunda beşinci dəfə məğlubiyyətlə üzləşdi. Hesabında bir xalı olan De Byazinin yetirmələri qrupda sonuncu pillədə qərarlaşıblar.

Bununla da, futbol üzrə Azərbaycan yığması ÇM-2022-nin seçmə mərhələsi çərçivəsində "A" qrupunda beşinci dəfə məğlubiyyətlə üzləşdi. Hesabında bir xalı olan De Byazinin yetirmələri qrupda sonuncu pillədə qərarlaşıblar. - Sputnik Azərbaycan
14/15

Bununla da, futbol üzrə Azərbaycan yığması ÇM-2022-nin seçmə mərhələsi çərçivəsində "A" qrupunda beşinci dəfə məğlubiyyətlə üzləşdi. Hesabında bir xalı olan De Byazinin yetirmələri qrupda sonuncu pillədə qərarlaşıblar.

© Sputnik / Murad Orujov

Azərbaycan millisi seçmə mərhələdə növbəti oyununu oktyabrın 12-si səfərdə Serbiya komandasına qarşı keçirəcək.

Azərbaycan millisi seçmə mərhələdə növbəti oyununu oktyabrın 12-si səfərdə Serbiya komandasına qarşı keçirəcək. - Sputnik Azərbaycan
15/15

Azərbaycan millisi seçmə mərhələdə növbəti oyununu oktyabrın 12-si səfərdə Serbiya komandasına qarşı keçirəcək.

Tsikldə qələbə üzünə həsrət qalan Canni de Byazinin yetirmələri ənənəsini bu dəfə də davam etdirib. Bakı Olimpiya Stadionundakı görüşə qədər aktivində cəmi 1 xal olan milli doğma azarkeşlər önündə də meydanı başıaşağı tərk edib.
Onsuz da, ilk iki yer şansını çoxdan itirən komandamız ən azı ilk qələbə sevinci yaşaya bilərdi. Lakin üç cavabsız qolla yığmamızı darmadağın edən İrlandiya tsikldə birinci qalibiyyətini Bakıda əldə edib. Bu məğlubiyyət de Byazinin yetirmələrini turnir cədvəlinin “zirzəmi”sində “möhkəmlədib”.
Qeyd edək ki, millimiz növbəti oyununu oktyabrın 12-də Belqradda Serbiyaya qarşı keçirəcək.
DÇ-2022-nin seçmə mərhələsi
Avropa zonası, A qrupu
VII tur, 9 oktyabr
20:00. Azərbaycan – İrlandiya - 0:3
Qollar: Kallum Robinson, 7, 39, Çidozi Oqbene, 90
Baş hakim: Espen Eskas (Norveç)
Bakı Olimpiya Stadionu
Buna rəğmən millimizin baş məşqçisi ruhdan düşməyib.
“Nəticəyə baxmayaraq, ümumilikdə yaxşı oyun göstərdik", - Canni de Byazi DÇ-2022-nin seçmə mərhələsində İrlandiya ilə keçirilən oyun barədə danışarkən deyib.
Xəbər lenti
0