Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Qarabağ"ın sabiq mətbuat katibi məhkəməyə çıxdı

© Photo : Facebook / Nurlan IbrahimovNurlan İbrahimov, arxiv şəkli
Nurlan İbrahimov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.10.2021
Abunə olmaq
2020-ci il noyabrın 26-da UEFA "Qarabağ" klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırmaq barədə qərar verib.
BAKI, 9 oktyabr - Sputnik. Ağdamın "Qarabağ" futbol klubunun sabiq mətbuat katibi Nurlan İbrahimovun İdman Arbitraj Məhkəməsində dinlənməsi başa çatıb.

Sputnik Azərbaycan bildirir ki, bu məlumatı "Football-plus.az" saytına açıqlamasında onun vəkili Fərid Haqverdiyev verib. Hüquqşünas dinləmə zamanı müsbət yöndə işartıların olduğunu bildirib:
"Proses bitdi. Bizim mövqeyimizi dinlədilər. Nurlanın da fikirlərinə qulaq asdılar. İlkin təəssürat haqda nəsə demək çətindir. Qarşı tərəf də çox ciddi hazırlaşmışdı. Gərgin müzakirələr oldu. Heyət tərəfindən müəyyən dəqiqləşdirici suallar verildi. Bəzi məqamlar bizim xeyrimizə idi. Müsbət yöndə işartılar görünürdü. Amma yekun fikir demək üçün hələ tezdir".
Xatırladaq ki, 2020-ci il noyabrın 26-da UEFA "Qarabağ" klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırmaq barədə qərar verib.
UEFA-nın rəsmi saytında qeyd olunub ki, İbrahimov Dağlıq Qarabağ münaqişəsi zamanı Facebook sosial şəbəkəsində ermənilərlə bağlı paylaşımına görə bu cəzaya məruz qalıb.
Bununla yanaşı, qurum Ağdam klubunu da 100 000 avro məbləğində cərimələyib.
UEFA daha əvvəl İbrahimova qarşı "İrqçi və digər ayrı-seçkilik davranışı" və "Əsas davranış qaydalarının pozulması" maddəsi ilə intizam işi açmışdı.
"Qarabağ" klubu da öz növbəsində Nurlan İbrahimovla bağlı UEFA-nın yekun qərarına etiraz edəcəyini bildirmişdi.
Xəbər lenti
0