CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türkiyədəki yanğınlar qısa zamanda söndürüləcək - Etibar Mirzəyev

© AP Photo / Emre TazegulЛесной пожар в Турции, фото из архива
Лесной пожар в Турции, фото из архива - Sputnik Azərbaycan, 1920, 09.08.2021
Abunə olmaq
E.Mirzəyev qeyd edib ki, qardaş ölkəyə yola salınan Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri təyinat məntəqələrinə çatdıqları andan yanğınlara qarşı mübarizəyə başlayıblar.
BAKI, 9 avqust - Sputnik. Hazırda Türkiyədə FHN-in 743 əməkdaşı və 97 texnikası fəaliyyət göstərir. 
Sputnik Azərbaycan Trend-ə istinadən bildirir ki, bunu Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Muğla vilayətinin Köyceğiz rayonunda Azərbaycan mediasının nümayəndələri üçün təşkil olunan brifinqdə deyib.
E.Mirzəyev qeyd edib ki, Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, qardaş ölkəyə yola salınan Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələri təyinat məntəqələrinə çatdıqları andan yanğınlara qarşı mübarizəyə başlayıblar.
Nazir müavini bildirib ki, yanğınların ən güclü vaxtında Azərbaycan yanğınsöndürənləri ümumilikdə 14 rayonda, o cümlədən strateji əhəmiyyətə malik Yeniköy və Kəmərköy İstilik Elektrik stansiyaları yaxınlığında, eləcə də Muğla vilayətinin Köyceğiz, Milas, Kavaklıdere, Marmaris və digər yaşayış məntəqələrində meşə yanğınlarının söndürülməsi üçün fədakarlıqla mübarizə aparıblar. Yeniköy və Kəmərköy İstilik Elektrik stansiyalarının qorunması üçün Azərbaycan yanğınsöndürənlərinin də iştirakı ilə mühafizə zolağı yaradılıb. Yeni yanğınlar baş verməsə, digər yanğınlar qısa zamanda söndürüləcək.
FHN-in Türkiyəyə cəlb olunan canlı qüvvə və texnikasının sayı barədə məlumat verən E.Mirzəyev bildirib:
“Hazırda Türkiyədə FHN-in 743 əməkdaşı fəaliyyət göstərir. Bundan başqa, 97 texnika, o cümlədən 77 yanğınsöndürmə, 6 nasos avtomobili, 1 yanacaqdoldurma çəni, 4 qərargah avtomaşını, 2 avtobus və 1 pikap, eləcə də köməkçi texniki vasitələr, “BE-200ÇS” tipli amfibiya təyyarəsi və 1 helikopter Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb olunub. Helikopterimiz 134 uçuş həyata keçirib və yanğın bölgəsinə 332 ton su töküb. Amfibiya təyyarəsi isə yanğınların söndürülməsi üçün 615 ton su səpib”.
Qeyd edək ki, FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup iyulun 30-da Türkiyəyə yola düşüb. Yanğınsöndürənlərimiz təyinat nöqtələrində yanğınların söndürülməsində fədakarlıqla çalışırlar. İyulun 31-də FHN-in 1 helikopter, 53 yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 1 tibbi yardım avtomobili, 220 yanğınsöndürən və xilasedicidən ibarət ikinci qrupu qardaş ölkəyə yola salınıb. Qrup Gürcüstandan keçməklə iki sutka ərzində Marmarisə çataraq birinci qrupun üzvlərinə qoşulub.
Avqustun 5-də səhər saatlarında FHN-in “BE-200ÇS” tipli amfibiya təyyarəsi qardaş ölkəyə yola düşüb. Həmin gün FHN-in 40 yanğınsöndürmə texnikası və 160 yanğınsöndürəndən ibarət üçüncü yanğın-xilasetmə qrupu da Türkiyəyə yola salınıb. Avqustun 6-da axşam saatlarında FHN-in yanğın-xilasetmə qüvvələrinin 200 nəfərdən ibarət dördüncü qrupu təyyarə ilə Türkiyəyə yola salınıb.
Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin başçılığı ilə qurumun məsul vəzifəli əməkdaşlarından ibarət nümayəndə heyəti FHN-in Türkiyədəki qüvvələrinin koordinasiyalı idarə edilməsi məqsədilə qardaş ölkədədir.
Eləcə də oxuyun:
Xilasedicilərimiz Türkiyədə gecələr də işləyirlər: FHN son durumu açıqladı
FHN-in yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Türkiyənin Muğla vilayətinə çatıb
Azərbaycan yanğınsöndürənləri bir kəndi məhv olmaqdan xilas etdilər
Türkiyəli nazirlər İlham Əliyevə və bütün Azərbaycan xalqına təşəkkür etdilər
Xəbər lenti
0