13:53 16 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0077
  • RUB0.0235
XƏBƏRLƏR
Qısa URL
32 0 0

Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri Türkiyədə yanğınlarla uğurlu mübarizəni davam etdirirlər.

BAKI, 7 avqust - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, qardaş Türkiyə Respublikasında olan Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını uğurla davam etdirirlər.

FHN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, nazirliyin Türkiyədəki qüvvələrinə rəhbərlik edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev Marmarisdə Böhranların İdarə edilməsi Mərkəzində Türkiyənin daxili işlər naziri Süleyman Soylu və kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli ilə görüşüb. Görüşdə məsul vəzifəli şəxslər də iştirak edib.

E.Mirzəyev Azərbaycan FHN-in yanğın-xilasetmə qüvvələrinin Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq qardaş Türkiyə Respublikasına gəldiyini bildirib. O, FHN-in qüvvələrinin yanğınların söndürülməsi istiqamətindəki fəaliyyəti barədə ətraflı danışıb.

Görüşdə iştirak edən Türkiyənin daxili işlər naziri Süleyman Soylu, kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli Azərbaycan yanğınsöndürənlərinin fəaliyyətini yüksək qiymətləndirdiklərini qeyd edib, göstərilən dəstəyə və köməyə görə Prezident İlham Əliyevə və qardaş Azərbaycan xalqına bir daha təşəkkürlərini bildiriblər.

Görüşdə həmçinin yanğınlarla daha effektli mübarizə məqsədilə atılacaq addımlar geniş müzakirə olunub, ətraflı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, qardaş ölkəyə göndərilmiş FHN-in yanğın-xilasetmə qüvvələrindən ibarət üçüncü qrup yaxın saatlarda yanğınların söndürülməsi əməliyyatlarına qoşulacaq. Dünən axşam saatlarında təyyarə ilə yola salınmış dördüncü qrup isə artıq əməliyyatlara başlayıb.

Xatırladaq ki, FHN-in qüvvələri tərəfindən Muğla vilayətindəki strateji əhəmiyyətli Kəmərköy və Yeniköy istilik elektrik stansiyalarının yanğından mühafizəsi davam etdirilir.

Türkiyədə meşələrdə 12 yanğından 7-si söndürülüb

Qeyd edək ki, bu gün Türkiyənin cənubundakı meşələrdə 12 yanğın ocağından 7-si söndürülüb.
Bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya departamentinin rəhbəri Fəxrəddin Altun “Twitter” səhifəsində yazıb.
Hazırda 4-ü Muğlada və 1-i Spartada olmaqla, 5 meşə yanğınının söndürülməsi istiqamətində səylər davam edir.
Türkiyədə baş verən son meşə yanğınlarında indiyə qədər 8 nəfər həyatını itirib, 864 nəfər xəsarət alıb.

Həmçinin oxuyun: 

Əsas mövzular