15:01 16 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0077
  • RUB0.0235
CƏMİYYƏT
Qısa URL
34 0 0

Hazırda FHN-in 710 şəxsi heyəti, 93 texnika, bir ədəd helikopter və bir amfibiya təyyarəsi Türkiyədəki yanğınların söndürülməsində iştirak edir.

 

BAKI, 8 avqust — Sputnik. Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrinin növbəti – üçüncü qrupu Türkiyənin Muğla vilayətinə çatıb.

Sputnik Azərbaycan xəbər verir ki, yanğın-xilasetmə qrupuna 40 yanğınsöndürmə texnikası və 160 yanğınsöndürən daxildir.

Onlar bu gün yanğınsöndürmə əməliyyatlarına cəlb olunacaq.

Qeyd edək ki, hazırda FHN-in 710 şəxsi heyəti, 93 texnika, bir ədəd helikopter və bir amfibiya təyyarəsi Türkiyədəki yanğınların söndürülməsində iştirak edir.

Xatırladaq ki, iyulun 28-də Antalyanın Manavqat rayonunda başlayan meşə yanğınları qısa müddətdə ölkənin digər bölgələrində müşahidə edilib. Bir neçə gün ərzində ölkədə 200-dən çox yanğın ocağı qeydə alınıb. Türkiyədə baş vermiş meşə yanğınlarının söndürülməsi prosesində qardaş ölkəyə dəstək məqsədilə göndərilənlər arasında Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələri də var.

Eləcə də oxuyun:

Teqlər:
Türkiyə, meşə yanğını, FHN, xilasedicilər, yanğınsöndürənlər, Muğla

Əsas mövzular