00:33 24 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9900
  • RUB0.0233
CƏMİYYƏT
Qısa URL
1758 0 0

Kənd sakinləri xüsusi helikopterlər və amfibiya təyyarələri ilə yanğına müdaxilə edən Azərbaycan yanğınsöndürənlərinin fəaliyyətini yüksək qiymətləndirib.

BAKI, 7 avqust — Sputnik.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, qardaş Türkiyə Respublikasında olan Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını uğurla davam etdirirlər.

Sputnik Azərbaycan xəbər verir ki, ölkənin Aydın şəhərinin Çine rayonunda yerləşən Altınabad kəndində aktiv yanğınsöndürmə və xilasetmə fəaliyyəti aparan FHN əməkdaşları kəndin ətrafında yerləşən yaşıllıq massivində dünən başlayan və genişlənməkdə olan yanğını söndürüb.

Kənd sakinləri xüsusi helikopterlər və amfibiya təyyarələri ilə yanğına müdaxilə edən Azərbaycan yanğınsöndürənlərinin fəaliyyətini yüksək qiymətləndirib.

14:41

Xilasedicilərimiz Türkiyənin daha bir bölgəsində yanğını söndürür: Türk nazir minnətdardır

Türkiyənin Aydın vilayətinin Akçaova kəndində yanğınlar davam edir. Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən və xilasediciləri əraziyə cəlb olunublar. 

Onlar yanğının qarşısının alınması istiqamətində tapşırıqları icra edəcəklər.

Bu arada Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli avqustun 7-də keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycandan daha 362 nəfər yanğınsöndürən və 41 yanğınsöndürən maşın gəlib.

"Azərbaycana, Ukraynaya, Rusiyaya və İrana xüsusi ilə təşəkkürümü bildirmək istəyərəm", - nazir vurğulayıb.

Onun sözlərinə görə, Türkiyədə son 10 gündə baş verən 223 yanğından 217-si nəzarət altına alınıb.

Bekir Pakdemirli Muğlada 4 - Kavaklıdere, Milas, Göyçiyez, Yatağan, Çile və Spartada Sütçülerdə, ümumilikdə 6 yerdə yanğınların söndürülməsi və ətraf əraziyə yayılmaması üçün mübarizənin davam etdirildiyini bildirib. 

Davam edən yanğınlara aid son vəziyyət haqda danışan nazir deyib ki, Milasdakı yanğının yaxın ərazisində yerləşən Yeniköy İstilik Elektrik Mərkəzi üçün hazırda təhlükəsi yoxdur.

Nazir Antaliyada iyulun 28-dən başlayan və dünən söndürülən yanğınlardan 15 min hektar kənd təsərrüfatı ərazisinin zərərə məruz qaldığını deyib.

B.Pakdemirli, yanğınların söndürülməsində Azərbaycandan verilən dəstəyi bir daha vurğulayıb və təşəkkür edib: “Azərbaycanlı qardaşlarımızdan Allah razı olsun. Azərbaycan, Ukrayna, İran, Rusiya, Xorvatiyadan verilən dəstəklərə görə ayrı-ayrılıqda təşəkkür edirəm”.

06.08.2021 - 20:05

Azərbaycanlı xilasedicilərin üçüncü qrupu Türkiyəyə çatıb

Türkiyə Respublikasının ərazisində baş vermiş yanğınlarla mübarizə məqsədilə dünən yola salınmış Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin üçüncü qrupu qardaş ölkəyə çatıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə FHN məlumat verib. 

Qeyd olunur ki, qrup artıq Türkiyə ərazisinə daxil olub və hazırda yanğınların baş verdiyi bölgəyə doğru irəliləyir.

FHN-in yanğın-xilasetmə qrupunu sərhəddə Türkiyə rəsmiləri ilə yanaşı, yerli sakinlər qarşılayıblar.

 

 

--------------

05.08.2021

21:50

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin amfibiya təyyarəsi artıq Türkiyədə yanğınsöndürmə işlərinə cəlb edilib. 

Bu barədə Sputnik Azərbaycan-a FNH-dən məlumat verilib. 

11:14

Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınları ilə mübarizə məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin 3-cü qrupu bu gün qardaş Türkiyə Respublikasına yola düşür.

Sputnik Azərbaycan-ın FHN-ə istinadən xəbərinə görə, yanğın-xilasetmə qrupuna daxil olan "BE-200ÇS" tipli amfibiya təyyarəsi bu gün səhər saatlarında Türkiyəyə yola düşüb.

Qeyd edək ki, həmin təyyarə Türkiyədə yanğınların söndürülməsində iştirak edib, ancaq texniki baxışdan keçirilmək üçün birgünlük Azərbaycana qayıdıb.

Qrupa daxil olan 40 ədəd yanğınsöndürmə texnikası və 150 nəfər yanğınsöndürən isə yaxın saatlarda qardaş ölkəyə yola düşəcək.

"BE-200ÇS" tipli amfibiya təyyarəsi bu gün səhər saatlarında Türkiyəyə yola düşüb

Türkiyədə yanğınlar

Xatırladaq ki, iyulun 28-də Antalyanın Manavqat rayonunda başlayan meşə yanğınları qısa müddətdə ölkənin digər bölgələrində müşahidə edilib. Hazırda 15 məntəqədə yanğının söndürülməsi davam edir, səkkiz gündə 167 yanğın ocağı isə nəzarət altına alınıb. Yanğın nəticəsində, son məlumatlara görə, səkkiz nəfər dünyasını dəyişib.

Antalya başda olmaqla Türkiyənin Kayseri, Bodrum, Osmaniyə, Milas, Adana, Kütahya, Mersin, Dıdım, Kuşadası, Kocaeli bölgələrində kütləvi surətdə meşə yanğınları baş verməkdədir. Türkiyə rəsmiləri hadisənin terror aktı olduğunu istisna etmirlər. Türkiyəyə yardım məqsədi ilə dünyanın bir çox ölkələrindən, o cümlədən Azərbaycandan texnika və canlı qüvvə göndərilib. Türkiyədə baş vermiş meşə yanğınlarının söndürülməsi prosesində qardaş ölkəyə dəstək məqsədilə göndərilənlər arasında Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələri də var.

Meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyə Respublikasında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını fədakarlıqla davam etdirirlər.

Eləcə də oxuyun:

Teqlər:
yanğın, Türkiyə, FHN, meşə yanğını, xilasedicilər, yanğınsöndürənlər, "BE-200ÇS" amfibiya tipli təyyarəsi

Əsas mövzular