CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xilasedicilərimiz Türkiyədə gecələr də işləyirlər: FHN son durumu açıqladı

© Photo : Ministry of Emergency Situations of the Republic of AzerbaijanAzərbaycan FHN-in yanğın-xilasetmə qüvvələri Türkiyədə meşə yanğınlarının söndürülməsi əməliyyatlarını davam etdirirlər
Azərbaycan FHN-in yanğın-xilasetmə qüvvələri Türkiyədə meşə yanğınlarının söndürülməsi əməliyyatlarını davam etdirirlər - Sputnik Azərbaycan, 1920, 08.08.2021
Abunə olmaq
Türkiyə Səhiyyə naziri Fahrettin Kocanın bildirdiyinə görə, yanğınlarda səkkiz nəfər həyatını itirib, 864 nəfər xəsarət alıb.
BAKI, 8 avqust — Sputnik. Avqustun 5-də Türkiyəyə yola salınmış və tərkibinə 40 ədəd yanğınsöndürmə texnikası və 160 nəfər şəxsi heyət daxil olan qrup da artıq yanğınların söndürülməsi əməliyyatlarına qoşulub.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.
Hazırda Muğla Ören ərazisində yerləşən strateji əhəmiyyətli Yeniköy və Kəmərköy istilik elektrik stansiyalarında yanğından mühafizə tədbirləri davam etdirilir, sutkalıq növbətçilik təşkil olunub. Ötən gün ərzində FHN-in yanğın-xilasetmə qüvvələri tərəfindən Yeniköy istilik elektrik stansiyasına yaxın olan ərazilərdə gecə saatlarında kəşfiyyat, yanğınsöndürmə və soyutma işləri həyata keçirilib.
Bundan başqa, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri Türkiyənin Kəmərköy, Yunaklı dağ, Kozağac, Köyceğiz, Aydın Akçaova rayonlarında meşə yanğınlarının söndürülməsi istiqamətində uğurlu fəaliyyətlərini davam etdiriblər. Bir sıra istiqamətlərdə işlər gecə saatlarında da davam etdirilib.
1/3
2/3
3/3
1/3
2/3
3/3
Həmçinin, ötən sutka ərzində Köyceğiz istiqamətində yanğınların söndürülməsinə cəlb edilən FHN-ə məxsus "BE-200ÇS" tipli amfibiya təyyarəsi 18 dəfə suboşaltma əməliyyatı yerinə yetirməklə, yanğın sahələrinə 165 ton su səpib. Eyni istiqamətdə fəaliyyət göstərən FHN-in helikopteri isə 19 dəfə suboşaltma əməliyyatı həyata keçirməklə, 48 ton su səpib.
Son məlumatlara görə, hazırda Muğladakı Dalaman aeroportu yaxınlığındakı meşəlik ərazidə başlayan yanğın nəzarət altına alınıb. Yanğın aeroportun işinə təsir etməyib.
Xatırladaq ki, iyulun 28-də Antalyanın Manavqat rayonunda başlayan meşə yanğınları qısa müddətdə ölkənin digər bölgələrində müşahidə edilib. Bir neçə gün ərzində ölkədə 200-dən çox yanğın ocağı qeydə alınıb. Türkiyədə baş vermiş meşə yanğınlarının söndürülməsi prosesində qardaş ölkəyə dəstək məqsədilə göndərilənlər arasında Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələri də var.
Türkiyə Səhiyyə naziri Fahrettin Kocanın bildirdiyinə görə, yanğınlarda səkkiz nəfər həyatını itirib, 864 nəfər xəsarət alıb.
Eləcə də oxuyun:
Nazirlər zəngləşdilər: Türkiyənin yanındayıq, ehtiyac duyulan bütün dəstəyi göstərəcəyik
Prezident İlham Əliyevlə Ərdoğan arasında telefon danışığı olub
Azərbaycanlılar yanğınlara görə Türkiyə turlarından imtina etmək niyyətində deyillər
Xəbər lenti
0