Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanın iki zəhmətkeş insanı film qəhrəmanı oldu

© Photo : Azerbaijan Carpet MuseumKazanda Azərbaycan Milli Xalça Muzeyinin sərgisi açılıb
Kazanda Azərbaycan Milli Xalça Muzeyinin sərgisi açılıb - Sputnik Azərbaycan, 1920, 16.07.2021
Abunə olmaq
Fimlər Azərbaycan xalça sənətinin inkişafında müstəsna rolu olan Əməkdar mədəniyyət işçisi Zəhra Əliyevaya və görkəmli neftçi, Tümen neftini ilk kəşf edənlərdən biri Fərman Salmanova həsr olunub.

BAKI, 16 iyul — Sputnik. Mədəniyyət Nazirliyinin sifarişi ilə "Salnaməfilm studiyası" MMC-də Azərbaycan xalça sənətinin inkişafında, bu dəyərli irsin gələcək nəsillərə ötürülməsində müstəsna rolu olan Əməkdar mədəniyyət işçisi Zəhra Əliyevaya həsr olunmuş "Həyatın ilmələri" sənədli filmi istehsalata buraxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, filmin çəkilişləri Bakı şəhərində, Zəhra Əliyevanın evində, Azərbaycan Milli Xalça Muzeyində, eləcə də İsmayıllı və Xızı rayonlarında aparılıb.

Film qəhrəmanın danışdığı həyat hekayəsinə əsaslanır. Filmdə qocaman sənətkar Zəhra Əliyevanın əvəzsiz təcrübəsi, yaradıcılıqla zəngin həyat yolu maraqlı rənglər və ekran həlli ilə tamaşaçıya çatdırılacaq. "Həyatın ilmələri"ndə, həmçinin arxiv materiallara istinad edərək unudulmaz xalçaçı rəssam Lətif Kərimov, eləcə də Cəfər Muciri və Kamil Əliyev kimi dəyərli xalçaçı rəssamlar haqqında maraqlı xatirələr xüsusi yer alacaq. Filmin çəkilişləri davam etdirilir.

Filmin ssenari müəllifi Əməkdar mədəniyyət işçisi Şirin Məlikova, rejissoru Mübariz Nağıyev, operatoru Fahir İmamquliyev, icraçı prodüseri Azad Axundov, prodüseri Əməkdar mədəniyyət işçisi Nazim Hüseynovdur.

Başqa bir film isə geologiya sahəsində çox böyük mütəxəssis, dünyanın ən məşhur geoloq alimlərdən olan, görkəmli neftçi, Sosialist Əməyi Qəhrəmanı, Tümen neftini ilk kəşf edənlərdən biri Fərman Salmanova həsr olunmuş "Mən neft tapdım. Salmanov" adlı sənədli filmi istehsalata buraxılıb. Filmin çəkilişləri Bakıda, onun doğulduğu Şəmkirdə, Rusiyanın Moskva, Surqut, Neftyuqansk şəhərlərində aparılır. Filmin Bakı, Şəmkir çəkilişləri artıq başa çatıb, hazırda pandemiya şəraiti ilə əlaqədar Rusiya çəkilişlərinə görə filmin təhvilvermə müddəti uzadılıb. Filmdə Milli Arxiv İdarəsinin kino-foto sənədləri, həmçinin Rusiya arxivlərinin kinomateriallarından istifadə olunması da planlaşdırılır.

Filmin adı F.Salmanovun "Mən neft tapdım. Buna əminəm" başlığı altında göndərdiyi teleqramla bağlıdır.

Filmin ssenari müəllifi Ramiz Fətəliyev, rejissoru Hüseyn Cavadov, operatoru Rauf Qurbanəliyev, icraçı prodüseri Azad Axundov, prodüseri Nazim Hüseynovdur.

Eləcə də oxuyun:

Xəbər lenti
0