02:37 01 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232
QARABAĞ
Qısa URL
17 0 0

Hərbi jurnalist Richards Lapaitis filmin çəkilişi zamanı Xocalıda kütləvi qətliamdan sağ çıxmış insanlarla görüşdüyünü, yaxınlarını itirənlərin ürəkdağlayan hekayələrini dinlədiyini, bu film vasitəsilə erməni vəhşiliklərini dünya ictimaiyyətinə çatdırdığını bildirib.

BAKI, 14 iyul — Sputnik. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva litvalı jurnalist Riçards Lapaitislə və çəkiliş qrupu ilə görüş keçirib. Sputnik Azərbaycan xəbər verir ki, görüşdə "Xocalıya ədalət!" təbliğat kampaniyası çərçivəsində hazırlanıb, özünün birbaşa şahidi və iştirakçısı olduğu Birinci Qarabağ müharibəsini və qanlı soyqırımı aktını işıqlandıran "Sonsuz dəhliz" sənədli filmi müzakirə olunub.

Hərbi jurnalist Richards Lapaitis filmin çəkilişi zamanı Xocalıda kütləvi qətliamdan sağ çıxmış insanlarla görüşdüyünü, yaxınlarını itirənlərin ürəkdağlayan hekayələrini dinlədiyini, eyni zamanda, bu film vasitəsilə erməni vəhşiliklərini dünya ictimaiyyətinə çatdırdığını bildirib.

Görüşdə, həmçinin 44 günlük Vətən müharibəsindən bəhs edən yeni sənədli filmin çəkilişləri ilə bağlı fikir mübadiləsi aparılıb. Qonağa müharibə dövründə və müharibədən sonra Ombudsman tərəfindən həyata keçirilən çoxşaxəli fəaliyyət, aparılan faktaraşdırıcı missiyalar barədə geniş məlumat verilib və gələcək birgə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Yekunda qonaq Səbinə Əliyevaya səmimi qəbula görə təşəkkürünü bildirib.

Əsas mövzular