18:31 03 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0195
  • RUB0.0233
MƏDƏNİYYƏT
Qısa URL
12 0 0

Milli Kino Mükafatı 2012-ci ildən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyətinin qərarı ilə təsis edilib və Azərbaycanda ən yüksək kino mükafatıdır.

BAKI, 15 iyul — Sputnik. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının geniş iclasında Milli Kino Mükafatı ilə bağlı məsələyə baxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, İttifaqın İdarə heyətinin yekdil qərarına görə, tanınmış kinooperator, Əməkdar incəsənət xadimi, SSRİ Dövlət Mükafatları Larueatı, Prezident təqaüdçüsü Rafael Əli oğlu Qənbərov Milli Kino Mükafatına (Mükafatı - 2000 manat) layiq görülüb.

Mükafat 2 avqust Milli Kino Günündə təqdim ediləcək.

Qeyd edək ki, Milli Kino Mükafatı 2012-ci ildən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyətinin qərarı ilə təsis edilib və Azərbaycanda ən yüksək kino mükafatıdır.

Məlumat üçün bildirək ki, Rafiq Qəmbərov (digər adı Rafael Qəmbərov) "Park", "Ölsəm...bağışla", "Azərbaycanın palçıq vulkanları" "Çovqan oyunu", "İstintaq", "Qəribə adam", "Lahıc", "...Mən salim olum, cümlə cahan batsa da batsın...", "Bağlı qapı" kimi otuzdan artıq sənədli və bədii filmlərin operatoru olub. Azərbaycan kinooperatoru və fotoqrafı, 1998-ci ildə Azərbaycan Fotoqrafları Birliyini yaradıb və 2007-ci ilə qədər bu təşkilata rəhbərlik edib. Azərbaycanın Əməkdar incəsənət xadimi, SSRİ Dövlət Mükafatı laureatı (1981), Prezident təqaüdçüsüdür. 1 avqust 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Əsas mövzular