04:15 06 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0122
  • RUB0.0233
XƏBƏRLƏR
Qısa URL
17 0 0

Filmin ssenari müəllifi Natiq Rəsulzadə, operatoru Rüfət Süleymanov, bəstəkarı Azər Əsgərov, rəssamı Lalə Hüseynzadə, prodüseri Nazim Hüseynovdur.

BAKI, 15 iyul — Sputnik. Rejissor Şamil Əliyevin "Yaradanlar" bədii-sənədli filmi "Vesuvius İnternational Film Festival 2021"in (Napoli, İtaliya) münsiflərinin xüsusi mükafatına layiq görülüb.

Sputnik Azərbaycan xəbər verir ki, "Yaradanlar" filmi dahi memarlar Mikayıl Hüseynov və Sadıq Dadaşovun həyat və yaradıcılığı fonunda XX əsrdə kommunist ideologiyasının Azərbaycan mədəni irsinə, əxlaqına vurduğu şiddətli zərbənin araşdırılmasından bəhs edir. 1937-ci il repressiyasında onların qohumlarından olan ziyalıların əksəriyyəti məhv edildi. Mikayıl Hüseynov və Sadıq Dadaşov ömürlərinin bir hissəsini qorxu və mənəvi sıxıntılarla yaşamağa məcbur oldular.

Filmdə o da diqqətə çatdırılır ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə ziyalıları rejimin təqiblərindən qoruyaraq onların yaşayıb-yaratması üçün qayğısını əsirgəməyib.

COVID-19 pandemiyası ilə əlaqədar müsabiqələrin nəticəsi onlayn formatda elan olunub.

Qeyd edək ki, "Yaradanlar" filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə "Salnamə" studiyasında 2020-ci ildə istehsal olunub. Filmin ssenari müəllifi Natiq Rəsulzadə, operatoru Rüfət Süleymanov, bəstəkarı Azər Əsgərov, rəssamı Lalə Hüseynzadə, prodüseri Nazim Hüseynovdur.

Məlumat üçün bildirək ki, 3 il öncə yaranan "Vesuvius Beynəlxalq Film Festivalı" ayda bir dəfə keçirilir. Rəsmi seçimin filmləri və qalibləri hər ay seçilir.

Əsas mövzular