Bazar günü, iyunun 6-da "Formula-1"in Azərbaycan Qran Prisinin finalı baş tutdu. 18:00-da başlayan yarışda poul-pozisiyadan Ferrari-nin piloti Şarl Lekler irəli şığısa da, tezliklə liderliyi Mercedes-in ulduzu Lüis Həmilton ələ keçirdi. 49-cu dövrədə Red Bull komandasının pilotu Maks Ferstappen gözlənilmədən maneəyə çırpılaraq yarışı tərk etmək məcburiyyətində qaldı. Ancaq onun komanda yoldaşı, meksikalı Serxio Peres fürsəti fövtə verməyərək finiş xəttini birinci keçə bildi.
Aston Martin-in almaniyalı pilotu Sebastyan Fettel ikinci, Alpha Tauri-nin fransız piloti Pyer Qasli isə üçüncü oldu.
Həmilton isə birdən-birə 16-cı pilləyə yuvarlandı.
Final günü bir neçə qəza və şəxsi zədə də qeydə alındı. “Alpin-Reno”nun pilotu Esteban Okonun bolidi 5-ci dövrədə tüstülənməyə başladığından fransalı yarışı tərk etməli oldu.
Ardınca Aston Martin komandasının pilotu Lens Strollun bolidinin təkəri dağıldı, Maks Ferstappen isə finişə bir neçə dəqiqə qalmış bolidini maneəyə çırpdı.
Art Grand Prix-nin pilotu Teo Purşer isə “Formula-2”nin bazar günü baş tutan əsas yarışında bolidini maneəyə çırpdığından qolu sındı. 18 yaşlı fransız pilotu Neftçilər xəstəxanasına apardılar.
Qeyd edək ki, hələ heç bir pilot Azərbaycan Qran Prisini iki dəfə dalbadal qazana bilməyib. Həm bunu, həm də Bakıdakı "kral yarışları"nın digər hadisələrini nəzərə alsaq, yenə də belə bir nəticəyə gələrik ki, "Formula-1"in Azərbaycan Qran Prisi növbəti dəfə dünya çempionatının təqvimində ən gözlənilməz statusunu qoruyub saxladı.
Ən gözlənilməz Bakı finalından kadrları Sputnik Azərbaycan-ın fotolentində izləyin.
Eləcə də oxuyun:
-
"Formula-1"in Azərbaycan Qran Prisi: Qalib bəlli oldu
-
Şad xəbər: "Formula-1" görə bağlanan bəzi küçələri vaxtından əvvəl açacaqlar
-
Bakıda "Formula-1"də məzəli anlar: qarğa marşallı "tərlətdi" - VİDEO
-
Formula 1 könüllüləri yaxşı əhval-ruhiyyə bəxş edirlər
-
Bakıda "Formula 1" təsnifatı: çoxlu qəzalar və Ferrari-nin zəfəri