Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Formula 1 könüllüləri yaxşı əhval-ruhiyyə bəxş edirlər

Abunə olmaq
Fevral ayında, Azərbaycan Qran Prisinin təşkilatçıları könüllülər toplamağa başladılar. Azərbaycanın ən yaradıcı Formula 1 könüllülərini videomuzda izləyin.

Bu il 500 könüllü "kral yarışları"nda iştirak edir. İldən-ilə könüllülər komandası yarışın uğur qazanmasında mühüm rol oynayır. İngilis dilini yaxşı bilən 16 yaşdan yuxarı şəxslərə könüllü proqramında iştirak etməyə icazə verilir və əlavə xarici dil bilən şəxslərə üstünlük verilir.

Onların arasında yaradıcı insanlar da var. Könüllülərdən bəziləri gözəl oxuyur və ya musiqi alətlərində ifa edir, bəziləri isə rəsm çəkirlər. Könüllülər Sputnik Azərbaycan-a verdiyi müsahibədə bildiriblər ki, onlar Formula 1-ə yalnız yarışların necə getdiyini görmək üçün yox, həm də yeni bir şey öyrənmək, dostluq etmək və bir-birlərini müsbət emosiyalarla yükləmək üçün gəliblər. Məsələn, ADA Universitetinin birinci kurs tələbəsi Cavid Şahməmmədli hüquqşünas peşəsini seçsə də, heç vaxt musiqidən əl çəkməyib.

Və "kral yarışları"na ona görə qatılıb ki, genişmiqyaslı hadisələrdən mümkün qədər çox xəbərdar olsun. Formula 1 könüllüsü, Memarlıq və İnşaat Universitetinin üçüncü kurs tələbəsi Ülkər Şükürovanın pianoda ifası hər kəsə xoş oldu. Ülkərin sayəsində indi fasilə zamanı könüllülər mini konsertlər təşkil edirlər.

 

Xəbər lenti
0