Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bakıda "Formula-1"də məzəli anlar: qarğa marşallı "tərlətdi" - VİDEO

© REUTERS / ANTON VAGANOVГонщик Alpha Tauri, француз Пьер Гасли, который преодолел круг за 1:41,251 минуты
Гонщик Alpha Tauri, француз Пьер Гасли, который преодолел круг за 1:41,251 минуты - Sputnik Azərbaycan, 1920, 06.06.2021
Abunə olmaq
"Formula-1"in Azərbaycan Qran Prisində marşallardan biri bolidlər üçün təhlükə yaradan qarğanı tutaraq trasdan çıxarmağa müvəffəq olub.

BAKI, 6 iyun - Sputnik. "Formula-1"in Azərbaycan Qran Prisində yarışlardan birində Bakı Şəhər Halqası trasına düşən qarğa marşallara çətin anlar yaşadıb.

 

Sosial şəbəkələrdə yayılan videodan görünür ki, qarğa trasa yarış zamanı deyil, iki yarışın ortasındakı fasilədə düşüb. Güman edilir ki, quş zədə aldığından normal uça bilməyib. Qarğanın bala olduğunu deyənlər də var. Çünki marşal onu tutmağa çalışanda ətrafında daha iki iri qarğanın uçduğu görünür. 

Nəhayət marşal qarğanı tutaraq trası tərk edir.

"Formula-1"in finalı

BAzar günü, iyunun 6-da Bakıda  "Formula-1"in Azərbaycan Qran Prisinin finalı keçirilir. Səhər sessiyasında "Formula-2" sinfindən yarış baş tutub. Yarışın qalibi "Hitech Grand Prix"dən estoniyalı Yuri Vips olub. İkinci yeri "Prema" komandaslndan Oskar Piastri, üçüncü yeri isə Piastrinin komanda yoldaşı, Rusiya Avtoidman İnkişaf Proqramı SMP Racing-in iştirakçısı Robert Şvartsman tutub.

Axşam sessiyası bir neçə dəqiqə sonra start götürür: 16:00-da "Formula-1"in əsas startı nəzərdə tutulub.

Sputnik Azərbaycan hər yarış günündən mətn formasında canlı yayım verir.

"Formula-1"in Bakı yarışlarında qeyri-adi hadisələr

Bakının yarış trasında bir neçə dəfə belə hadisələr olub. Məsələn, 2016-cı ildə, yarış hələ Avropa Qran Prisi adlananda, yürüş zamanı Lüis Həmiltonun bolidinə küləyin gətirdiyi polietilen paket yapışmışdı. Elə həmin il, təsbifat mərhələsinin başlamasına beş dəqiqə qalmış trasa pişik qaçmışdı. 2019-cu ildə isə pis bərkidilmiş kanalizasiya lyuku pilotlardan birini pis vəziyyətdə qoymuşdu. 

"Formula 1"- 2021 Azərbaycan Qran Prisi

"Formula 1"- 2021 Azərbaycan Qran Prisi 4-6 iyun tarixlərində keçiriləcək. "Formula 1" yarışları 2016-cı ildən bəri Bakıda keçirilir. Bununla belə, "kral yarışları"nın ilk Bakı mərhələsi "Avropa Qran Prisi" adlanırdı və ikiqat dünya çempionu Fernando Alonso onun ulduz-səfiri idi. 2017-ci ildən isə Bakı yarışı Azərbaycan Qran Prisi adını alıb. Elə həmin il Bakıda keçirilən "Formula-1" mövsümün ən həyəcanlı yarışı kimi qəbul edilib.

Keçən il Azərbaycan Qran Prisinin təşkilatçıları, "Baku City Circuit" əməliyyat şirkəti koronavirus pandemiyası səbəbindən yarışı ləğv etmək məcburiyyətində qaldı. Bununla əlaqədar olaraq "kral yarışları"nın Bakıda keçirilməsi daha bir il, 2024-cü ilə qədər uzadıldı. Eyni səbəbdən bu il "Formula 1"-in Bakı mərhələsi tamaşaçısız baş tutacaq.

Eləcə də oxuyun:

  • Bakıda "Formula-1": Kral yarışlarının ilk gününün nəticələri
  • "Formula-1"in Azərbaycan Qran Prisi: Final günündə ilk qalib bəllidir
  • Bakıda "Formula-1" yarışlarının ilk günü FOTOLARDA
  • Bas qaza! Bakıdakı "Formula-1" trassının test-drayvı
Xəbər lenti
0