SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Məmmədyarov "Şərq Tərəfdaşlığı"nın gələcəyindən danışdı

© Sputnik / Murad OrujovЭльмар Мамедъяров, министр иностранных дел Азербайджана
Эльмар Мамедъяров, министр иностранных дел Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
"Biz inanırıq ki, bu cür əməkdaşlıq çərçivələri ümumi maraq doğuran digər sahələrdə, xüsusilə nəqliyyat və uzlaşma sahələrində tətbiq edilə bilər"

BAKI, 22 iyun — Sputnik. "Şərq Tərəfdaşlığı"nın gələcəyi münaqişələrdən əziyyət çəkən regionda təhlükəsizlik və sabitliyin təmin edilməsindən asılıdır".

Sputnik Azərbaycan xəbər verir ki, məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belarus paytaxtı Minskdə "Şərq Tərəfdaşlığı" ölkələrinin XİN başçılarının 10-cu qeyri-rəsmi görüşündə deyib.

Nazir deyib: "Bu iclas çox maraqlı bir vaxta təsadüf edir. Yalnız Aİ ilə əməkdaşlıq gündəliyimiz baxımından deyil, ən son regional hadisələr baxımından maraqlıdır.

Uzlaşma və İKT sahəsində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində ortaq məqsədimizi qurarkən Azərbaycan həmçinin dünən kommunikasiya nazirlərinin qeyri-rəsmi iclasında fəal iştirak etmişdir. Mən həmin nazirlər iclası üçün maraqlı mövzunun irəli sürülməsinə görə Belarusdan olan dostlarımıza təşəkkür etmək istərdim. 

Aİ Komissiyasının Brüsseldəki mənzil-qərargahı qarşısında bayraqlar - Sputnik Azərbaycan
Avropa İttifaqı ABŞ-a qarşı “müharibə” tədbirlərini təsdiqləyib

Bilirəm ki, biz belə qeyri-rəsmi görüşləri qeyri-rəsmi fikir və müzakirə mübadiləsinin aparılması məqsədilə keçiririk. Hərçənd, bugün bizim çox spesifik tematik gündəliyimiz var. Belə ki, mən mövzunu əhatə etmək üçün fikirlərimi strukturlaşmış şəkildə ifadə edəcəm.

İcazə verin Şərq Tərəfdaşlığının irəli aparılması və öhdəliklərin icrası mövzusundan başlayım:2017-ci il Aİ ilə əməkdaşlıq gündəliyimizin irəliləməsi istiqamətində çox məhsuldar və ümidverici il olduğunu sübut etdi. Bu xüsusda, 2017-ci ilin fevral ayında Azərbaycan Respublikasının Prezidentinin Brüsselə səfəri həlledici rol oynadı. Yeni ikitərəfli sənəd üzərində danışıqlar prosesinin rəsmi şəkildə başlanması və hər iki tərəfdən yüksək səviyyəli bəyanatlar əməkdaşlığın inkişaf etdirilməsi üçün səylərimizin irəliləməsi istəqamətində qarşılıqlı niyyətlərimizi göstərdi.

Şərq Tərəfdaşlığının Brüssel Sammiti sübut etdi ki, ŞT çərçivəsində əməkdaşlıq regionda təhdidedici vəziyyətin real mülahizələrinə əsaslanmalı və ŞT-nin gətirə biləcəyi əlavə mümkün faydalara və potensiala söykənməlidir. Yenidən baxılmış ŞT-nin çoxtərəfli arxitekturası və "2020-ci ilədək 20 nəticə" onların icrası üçün daha aydın məqsəd, istək və vaxt müddətləri ilə əməkdaşlığın müvafiq sahələrinə diqqət yetirməyə bizə imkan verir.

ŞT-nin çoxtərəfli arxitekturasını yenidən qurduğumuzdan, ŞT-nin çoxtərəfli əsasda çatdırmaq bacarığı daha böyük əhəmiyyət kəsb edir. Azərbaycan üçün ŞT-nin çoxtərəfli və ikitərəfli yolları bir-birini tamamlayır. Azərbaycan konkret addımlarla konkret nəticə verə biləcək ortaq maraq sahələrində mümkün və əlverişli layihələrin praktiki icrası vasitəsilə çoxtərəfli yolun inkişafını təşviq edir. Hər bir tərəfdaş dövlətin iqtisadi potensialına və spesifik məqsədlərinə uyğunlaşdırılmış əməkdaşlıq ŞT-nin fərqləndirmə, çeviklik, diqqət və daha çox məsuliyyət kimi yeni prinsiplərinin icrasında daha səmərəli olacaqdır.

Bu ilin oktyabr ayında ŞT-nin xarici işlər nazirlərinin iclasının müvəffəqiyyəti çoxtərəfli yolla əldə olunmuş dəqiq nəticələrlə tarazlaşdırılacaqdır. Qarşıdan gələn iclasda çoxtərəfli təşəbbüslərin və layihələrin həyata keçirilməsində irəli sürülən ən yaxşı təcrübələr və səylər əks olunmalı və gələcək inkişafa mane olan əsas siyasi problemlər müəyyən olunmalıdır. 

AMEA Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yaqub Mahmudov: "Biz bütün Şərq üçün nümunə göstərdik"

Cənub Qaz Dəhlizinin (CQD) unikal iştirak çərçivəsində ŞT regionundan, eləcə də Aİ üzv dövlətlərindən və namizəd ölkələrdən müxtəlif tərəfdaşların cəlb olunması belə layihələrin çoxtərəfli tərəfdaşlıq çərçivələrinin canlandırılması istiqamətində həlledici ola biləcəyi ilə bağlı ən yaxşı göstəricidir.

Cənub Qaz Dəhlizinin açılışına həsr olunmuş rəsmi mərasim 29 may 2018-ci il tarixində Bakı Səngəçal Terminalında keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etdi və rəmzi ventili açmaqla ilk kommersiya qazının Türkiyəyə çatmasını hədəfləmiş Azərbaycan və Gürcüstan boyunca CQD-nin dəyər zəncirini açıq elan etdi.

Cənub Qaz Dəhlizinin digər vacib seqmenti TANAP-ın möhtəşəm mərasimi 12 iyun tarixində Türkiyənin Eskişəhər şəhərində keçirildi. Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və serbiya prezidentlərinin iştirakı bir daha sübut etdi ki, istehsalçı, tranzit ölkələr və potensiallar da daxil olmaqla alıcılar arasında düzgün balanslaşdırılmış maraqlarını əks etdirən unikal enerji təhlükəsizliyi layihəsidir.

Şah Dəniz 2 layihəsi çərçivəsində 1-ci qazın ümumi həcmi 99.0% —dən, Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihəsi — 100.0% (1-ci qaz), TANAP layihəsi — 94.0% və TAP layihəsi — 75% təşkil edir. Tikinti işlərinin son mərhələsi uğurla davam edir. Trans-Adriatik boru kəmərinin (TAP) Yunanıstan hissəsinin tikintisi bu ilin noyabr ayında başa çatacaqdır. Bütün mühəndislik və fiziki testlər 2019-cu ilin ortalarında başa çatacaq və 2020-ci ildə layihə kommersiya əməliyyatına hazır olacaqdır. 

İlham Əliyev Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində iştirak edib - Sputnik Azərbaycan
İlham Əliyev Şərq Tərəfdaşlığı Sammitində

Biz inanırıq ki, bu cür əməkdaşlıq çərçivələri ümumi maraq doğuran digər sahələrdə, xüsusilə nəqliyyat və uzlaşma sahələrində tətbiq edilə bilər. Bu xüsusda, Brüssel sammiti çərçivəsində yekunlaşdırılan Trans-Avropa Nəqliyyat Şəbəkəsinin (TEN-T) göstərici xəritələrinin son genişlənməsi bugün nəqliyyat və ticarət dialoqumuzun inkişaf etdirilməsi məqsədilə möhkəm bir platforma yarada bilər. Bugün Azərbaycan regionda, o cümlədən Aİ-nin qonşuluğunda yerləşən bir sıra əsas nəqliyyat layihələrinin memarıdır. Biz tərəfdaşlarımızla birlikdə Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb dəhlizlərini təşviq edirik. Avropa ilə Asiyanı birləşdirəm yenicə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars strateji dəmiryolu başlanğıc məntəqəsidir və regionun iqtisadi inkişafının təminatçısıdır. Digər maraqlı məqam Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birinci mərhələsinin tamamlanmasıdır. Bununla kifayətlənməyərək, bir neçə gün öncə biz bir neçə il ərzində Azərbaycanın regional ticarət-daşınma, paylaşma və nəqliyyat mərkəzinə çevirilməsinə kömək edəcək Ələt Azad İqtisadi Zonasının yaradılmasına dair qanun qəbul etmişik. Bütün səylərimiz Azərbaycanla dostluq və strateji əlaqələrin inkişaf etdirilməsi niyyətində olan bütün qonşularımız və tərəfdaşlarımız üçün qarşılıqlı mənfəət əldə etməyə yönəlmişdir.

Mobillik və insanlararası təmasların təşviqi Aİ ilə qarşılıqlı əlaqələrimizin digər bir vacib meyarıdır. Biz inanırıq ki,readmisiyası və viza rejiminin sadələşdirilməsi üzrə sazişlərin uğurlu icrası Aİ və Azərbaycan arasında viza rejiminin liberallaşdırılmasına dair dialoqun başlaması üçün əsas yaradacaqdır. Aİ-nin viza rejiminin liberallaşdırılması üzrə Azərbaycan ilə dialoqunun vaxtında başlanması məsələsini nəzərdən keçirməsi ŞT-nin Brüssel Sammitinin yekun bəyannaməsinə tam uyğun gəlir. Əminik ki, vizasız səyahət hər iki tərəfin vətəndaşları üçün mühüm fayda gətirəcəkdir, belə ki bu, Aİ və Azərbaycan arasında siyasi, sosial, mədəni və iqtisadi əlaqələri daha da möhkəmləndirəcək, eləcə də insanlar arasında təmasları daha da gücləndirəcəkdir.

Qarşıdakı məqsəd və nəticələrə cavab vermək üçün daha yaxşı koordinasiya edilmiş səylər və birgə öhdəliklərə ehtiyac olduğunu qəbul etməliyik. Hal-hazırda paylaşılan mülkiyyət prinsipi əsasən tərəfdaş ölkələrin məsuliyyəti kimi müəyyən edilmişdir. ŞT proqramıAİ-nın maraqlı individual üzvləri, Aİ və onun tərəfdaş ölkələrinin ŞT proqramının məqsədlərinə nail olmaq üçün aktiv iştirak edərək bir araya gələ biləcəyi "üçtərəfli" bir cığır kimi qalmalıdır. Tamamlayıcılıq üçün bir yer olmalıdır. 

Yaponiyanın Osaka prefekturasında zəlzələ - Sputnik Azərbaycan
XİN: Bu fəlakətdən zərər çəkənlər arasında azərbaycanlılar yoxdur

Qonşuluqda aktiv iştirak etmək, ilk növbədə daha geniş bir coğrafi sahədə təhlükəsizliyə nail olmaq, beynəlxalq hüququn təməl prinsiplərini dəstəkləmək və ümumi maraqları təmin etməkdir. Aİ-nın Xarici işlər və Təhlükəsizlik Siyasəti üzrə Qlobal Strategiyasına əsasən, sülh və təhlükəsizlik davamlı və əhatəli inkişafdan, qlobal normalara və beynəlxalq sistemlərə əsaslanan qaydalara hörmətdən ayrılmazdır. Aİ-nın bu strategiyası, münaqişələrin səbəblərini özəyini həll etmək üçün Aİ-nin qlobal və regional fəaliyyət göstərməsi üçün məsuliyyət daşımasını nəzərdə tutur. Bu Avropa İttifaqını münaqişələrin təhlükəsizliyi məsəsləsinə daha systemli yanaşaraq beynəlxalq hüququn tam uyğunluğuna əsaslanmağa çağırır.

ŞT proqramının gələcəyi münaqişələrdən əziyyət çəkən regionda təhlükəsizlik, sülh və sabitliyin təmin edilməsindən asılıdır. Hazırda ŞT proqramının altı iştirakçı ölkəsindən dördününün suverenliyi və ərazi bütövlüyü mövcud münaqişələr nəticəsində pozulmaqda davam edir.

Brüssel Zirvə Bəyannaməsində Şərq tərəfdaşlığı regionunda bütün münaqişələrin sülh yolu ilə həlli üçün ümumi və ardıcıl bir yanaşma nümayiş edilmiş və həmçinin Avropa İttifaqı Qlobal Strategiyasına uyğun olaraq beynəlxalq hüququn vacib prinsipləri əks edilmişdir. Biz inanırıq ki, bu Aİ-nın edə biləcəyi ilə müqayisədə minimumdur. Bu həm də Aİ-nin xarici siyasətində nümayiş olunan uyğunluq və etibarlılıq məsələsidir. Bu yalnız sözlərdə qalmalı deyil. Qlobal və ya regional olmağından aslı olmayaraq bütün səviyyə və çərçivələrdə olan sənədlərdə qorunun saxlanmalı və səmərələşdirilməlidir.

Sülhdən danışarkən, Ermənistan da həmçinin Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi öhdəliyinə əməl etməlidir. Ermənistan təhlükəsizlik öhdəliyini dinləmək çox yaxşı olardı. Buna artıq son qoyulmalıdır. İnsanlararası təmaslara gəldikdə isə Azərbaycanın Dağlıq Qarabağ regionunun erməni və azərbaycanlı icmaları arasında dialoq da nəzərdən keçirilməlidir.

İndi isə Çoxillik Maliyyə Çərçivəsi üzrə prioritetlər və Xarici İnvestisiya Planından bəhs etməyə eləcə də, Azərbaycanın əməkdaşlığımızın bu sub-sahəsindəki gözləntilərini paylaşmağa icazə verin. Maliyyə əməkdaşlığı Aİ-nin Azərbaycanla münasibətlərinin təməl daşı olaraq qalır. Ölkəmiz regionda siyasət işi ilə maliyyə yardımı arasında daha sıx sinerji yaratmaqda instrumental rol oynamış Tvinninq layihələrinin çempionu olub.Vahid Dəstək Çərçivəsində 2014-2017-ci illər üzrə Avropa İttifaqının Azərbaycana göstərdiyi yardım regional və kənd ərazilərinin inkişafı, ədliyyə sektorunda islahatlar, potensialın artırılması və institusional quruculuğa dəstək sayəsində təhsil və bacarıqların inkişafı kimi əsas dövlət siyasətlərinin həyata keçirilməsinə töhfə vermişdir. 

Azərbaycan ordusunun əsgəri qoşunların təmas xəttində. Arxiv şəkli - Sputnik Azərbaycan
QARABAĞ
Avropa İttifaqı: Dağlıq Qarabağ münaqişəsi tezliklə həll olunmalıdır

Biz iqtisadiyyatı diversifikasiya etmək və iqtisadiyyatın əsas sektorları və milli iqtisadiyyat üzrə Strateji Yol Xəritəsində müəyyən edilən xüsusi sektora yönəldilmiş inkişaf modelinə əsaslanan özəl sektora keçid etmək üçün hökumətin iddialı islahat gündəliyinin həyata keçirilməsində Aİ-nin sıx əməkdaşlığını dəstəkləyirik.

Yerli istehsalın xarici bazarlara çıxmasını təmin etmək məqsədilə, kənd ərazilərində sahibkarlıq fəaliyyəti və investisiya imkanlarını inkişaf etdirmək məqsədi daşıyan "EU4Lankaran" kimi oxşar daha çox layihənin həyata keçirilməsini gözləyirik. Aİ-nin Azərbaycan üçün maliyyə yardımının gələcəkdə proqramlaşdırılması Tərəfdaşlıq Prioritetləri ilə idarə olunacaq. Biz danışıqları yekunlaşdırmağa yaxınlaşırıq və tezliklə onu imzalamağa ümid edirik.

Sənəd uzunmüddətli perspektivdə tərəflərin Aİ tərəfindən Çoxillik Maliyyə Çərçivəsinin yeni mərhələsi üçün ayrımış vəsaitlərinin emissiya dərəcəsini artırmağa imkan verəcək Avropa İttifaqı-Azərbaycan əməkdaşlığının uzunmüddətli hədəflərinə yönəldiləcəkdir. İndiyə qədər Azərbaycan TANAP-ın Boru Kəməri Təhlükəsizliyi Sistemi üçün ətraflı mühəndislik fəaliyyətlərinə görə yardım aldığı Avropanın uzlaşdırılması mexanizmi kimi xüsusi proqramlarından əhəmiyyətli dərəcədə faydalanmışdır.

Avropa Qonşuluq aləti çərçivəsində Ərazi Əməkdaşlığı sərhədyanı bölgələrdə sosial və iqtisadi çağırışların birgə həlli üçün Azərbaycan və Gürcüstanın yerli hakimiyyət orqanları və icmaları arasında sərhədlərarası əlaqələri gücləndirir. Biz, Xarici İnvestisiya Planını Aİ-nin şərq qonşuluğuna doğru klassik inkişaf yardımlarından kənara çıxacaq iddialı və hərtərəfli uzunmüddətli maliyyə strategiyası kimi nəzərdən keçiririk. Həmçinin, Azərbaycan regional sərhədboyu layihələr üçün Azərbaycan istisna olmaqla Aİ-nin digər tərəfdaş ölkələrini özündə ehtiva edən Aİ-nin "Avropanın Uzlaşdırılması Mexanizmi" layihəsindən dolayı yolla faydalanmışdır. Bankçılıq layihələri sözsüz ki Aİ-nin maliyyələşməsinin cəlbi istiqamətində həlledici rol oynayır və Azərbaycan bu xüsusda çox yaxşı mövqedə yerləşir. Biz, bu xüsusda Xarici İnvestisiya Planına uyğun olaraq qurumlardan ən yaxşı şəkildə istifadə etmək məqsədilə avropalı tərəfdaşlarımızla işləməyi səbirsizliklə gözləyirik. Digər tərəfdən Aİ-nin tərəfdaş ölkələrlə siyasi və ya maliyyə əlaqəsi tərəfdaş ölkələrin öz regional gündəliyinin pozulmasına gətirib çıxarmamalıdır, əksinə onların ənənəvi strateji münasibətlərini və layihələrini dəstəkləməlidir.

Yekun olaraq əminliklə qeyd edə bilərəm ki, Aİ və tərəfdaş ölkələrinin uzunmüddətli maraqları əlaqələrimizin daha da yaxın olmasını tələb edir. Bir çox sahələrdə böyük istifadə olunmamış potensial vardır və bizim güclü tərəfdaşlar olmağımız üçün çoxlu səbəblər vardır. Biz sammitin bəyanatlarının yalnız kağız üzərində və mövcud vəziyyətdən kənarda qalmasına yol verə bilmərik.

Mən və komandam yuxarıda qeyd etdiyim məqamların müzakirəsi üçün hazırıq. İnanıram ki, bugünkü görüş ŞT çərçivəsində əməkdaşlığımızın əsas komponentlərinin gücləndirilməsi və səmərliləşdirilməsi üçün ortaq məqsədlərimizə xidmət edəcək".

Xəbər lenti
0