Avropa İttifaqı ABŞ-a qarşı “müharibə” tədbirlərini təsdiqləyib

© REUTERS / Francois LenoirAİ Komissiyasının Brüsseldəki mənzil-qərargahı qarşısında bayraqlar
Aİ Komissiyasının Brüsseldəki mənzil-qərargahı qarşısında bayraqlar - Sputnik Azərbaycan
Abunə olmaq
Qərar iyunun 22-dən qüvvəyə minəcək və ümumi dəyəri 2,8 milyard dolları avro təşkil edən bir sıra malları əhatə edəcək.

BAKI, 21 iyun — Sputnik. Avropa İttifaqı (Aİ) ABŞ-ın polad və alüminium idxalına gömrük rüsumlarının tətbiq edilməsi ilə bağlı qərarına cavab tədbirlərini təsdiqləyib.

Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.

Məlumatda qeyd olunur ki, rüsum polad və alüminiumdan hazırlanan məhsullara şamil olunacaq. ABŞ-dan idxal olunan kənd təsərrüfatı mallarında əlavə gömrük rüsumları tətbiq olunacaq.

Bu arada Brüssel rəsmi Vaşinqtonun gömrük vergisini ləğv edəcəyi təqdirdə analoji vergiləri ləğv etməyə hazırdır.

Qərar iyunun 22-dən qüvvəyə minəcək və ümumi dəyəri 2,8 milyard dolları avro təşkil edən bir sıra malları əhatə edəcək.

Xəbər lenti
0