XİN: Bu fəlakətdən zərər çəkənlər arasında azərbaycanlılar yoxdur

© REUTERS / KyodoYaponiyanın Osaka prefekturasında zəlzələ
Yaponiyanın Osaka prefekturasında zəlzələ - Sputnik Azərbaycan
Abunə olmaq
Yaponiyanın Osaka şəhərində baş vermiş zəlzələdə həlak olanlar və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur.

BAKI, 18 iyun — Sputnik. Yaponiyanın Osaka şəhərində baş vermiş zəlzələdə həlak olanlar və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur.

Bu barədə Sputnik Azərbaycana Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, Azərbaycanın Yaponiyadakı səfirliyi məsələni diqqətdə saxlayır.

Yaponiyanın cənubundakı Osaka prefekturasında baş verən zəlzələ zamanı 3 nəfər həlak olub
Onların arasında Takasuki şəhərində divarın arasında sıxılıb həlak olmuş doqquz yaşlı qız da var. Osaka və Xiqasiyodoqava şəhərlərində daha iki kişi həyatını itirib. Daha 37 nəfər isə yaralanıb.

6,1 ballıq zəlzələ bazar ertəsi səhər saatlarında baş verib. Zəlzələnin episentri Osaka prefekturasının şimalında, onun ocağı isə 13 km dərinlikdə olub.

Zəlzələyə görə dəmir yolu ilə hərəkət dayanıb. Osaka hava limanında reyslər təxirə salınıb. Osaka və Xöqo prefekturalarında 170 minə yaxın ev elektriksiz qalıb. Prefekturanın 800 sakini evakuasiya mərkəzlərinə yerləşdirilib.

Hökumət zəlzələnin nəticələrinin aradan qaldırılması üzrə fövqəladə qərargah yaradıb.

Xəbər lenti
0