BAKI, 20 iyun — Sputnik. "Həll edilməmiş Dağlıq Qarabağ münaqişəsi regionda sabitlik və tərəqqiyə mane olur". Sputnik Azərbaycan xəbər verir ki, bu, Avropa İttifaqının rəsmi saytında dərc olunan Ermənistan-Avropa İttifaqı münasibətləri haqqında sənəddə qeyd olunur.
"Həll edilməmiş Dağlıq Qarabağ münaqişəsi regionda sabitlik və tərəqqiyə mane olur. Avropa İttifaqı hesab edir ki, münaqişə tezliklə siyasi yolla həllini tapmalıdır" — deyə sənəddə bildirilir.
Əlavə edilir ki, 2003-cü ildən etibarən Avropa İttifaqının xüsusi nümayəndəsi qurumla region ölkələri arasında dialoqun təşviqinə çalışır: "Avropa İttifaqı, o cümlədən Cənubi Qafqaz üzrə xüsusi nümayəndə vasitəsi ilə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin münaqişənin sülh yolu ilə nizamlanmasına istiqamətlənən səylərini dəstəkləyir və tamamlayır".