ELM

Son bir gün: inqilabi dönüşə hazır olun

Abunə olmaq
Sabah inqilabi dönüşün əsası qoyula bilər - canınız böyük əziyyətdən qurtaracaq

BAKI, 12 iyun — Sputnik. Sabah Milli Məclisin növbədənkənar plenar iclası keçiriləcək. Belə ki, deputatlar yaz sessiyası boyunca, gündəlikdə duran məsələlərin hamısını həll edə bilmədikləri üçün, daha bir iclas təyin etmək məcburiyyətində qalıblar.

Lənkəran şəhər 4 saylı məktəb-liseydə jurnalistika ixtisasına qəbul olunmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirilib - Sputnik Azərbaycan
ELM
Təhsildə inqilabi dəyişiklik: qəbul imtahanı ləğv olunur

Həmin növbədənkənar iclasda müzakirə olunacaq əsas məsələlərdən biri "Təhsil haqqında" Qanuna yeni dəyişikliklər edilməsidir. Parlamentdən verilən ilkin açıqlamaya görə, bu dəyişikliklər ali məktəblərə imtahandakənar qəbulun həyata keçirilməsinə hesablanıb. Yeni dəyişiklik qəbul olunarsa, universitetlərin nəzdində müvafiq hazırlıq kursları yaradılacaq və bu hazırlıq kursları vasitəsilə bakalavr pilləsinə imtahan vermədən qəbul həyata keçiriləcək. Kursların da ödənişli olması nəzərdə tutulub.

Əslində, bu yeniliyi təhsil ekspertlərimiz izah etməli, cəmiyyətə müsbət və mənfi cəhətlərini anlatmalı, biz də bizi nələrin gözlədiyindən xəbərdar olmalıyıq. Lakin, təəssüf ki, bu neçə gündə təhsil üzrə mütəxəssislərimizin doğru-düzgün şərhləri ilə qarşılaşmadım.

Təhsil eksperti deyiləm. Amma, imtahandankənar qəbul məsələsi üçün növbədənkənar toplantı çağırılması bir az diqqətimi çəkdi. İlk olaraq, sözügedən yeniliyin niyə və nəyə lazım olduğu, hansı zərurətdən meydana çıxdığı haqda düşünək.

Hələ də sovet nostaljisi ilə düşünən bəzi təhsil mütəxəssislərindən fərqli olaraq, böyük əksəriyyət, test üsulunun ən uğurlu metod olduğunu qəbul edir. Ən azından, bu üsulda qanunsuzluq ehtimalı xeyli dərəcədə azalır, sosial statusundan, maddi imkanından asılı olmayaraq, hər kəsə bərabər imkan yaradılır və hər kəs öz əqli potensialını reallaşdıraraq, layiq olduğu nəticəyə sahib olur.

Вид на Бакинскую бухту - Sputnik Azərbaycan
CƏMİYYƏT
Tezliklə bütün Bakı sevinəcək

Əgər belədirsə, o zaman niyə? Niyə test üsulu dura-dura, universitetlər ayrıca hazırlıq kursları yaratmalı, gələni-gedəni o kurslara cəlb edib, oradan da ali məktəbin qapısına ötürməlidir? Niyə elə hesab edirsiniz ki, universitetlərin nəzdində yaradılacaq həmin kurslar, bilik səviyyəsinin yoxlanılmasına ehtiyac qalmayan, birbaşa ali məktəb səviyyəsində abituriyent yetişdirəcək? Universitetlərimizin özlərindəki təhsilin səviyyəsindən narazı olan da tək mən deyiləm…

Ölkəmizdə ömrün hər pilləsinə bir imtahan təyin olunduğu faktdır. Sentyabrın 15-dən sonra doğulanlar orta məktəbə imtahansız qəbul olunmur. 9-cu sinifdən 10-cu sinfə keçmək üçün imtahan, 11-ci sinfi bitirib attestat almaq üçün imtahan, ali məktəbə qəbul olunmaq üçün imtahan, semestrdən semestrə və kursdan kursa keçmək üçün imtahan, diplom ala bilmək üçün imtahan, növbəti elmi mərhələlərə başlamaq və bitirmək üçün imtahan, dövlət qulluğuna qəbul olunmaq və bu yolda irəliləmək üçün imtahan… Hətta 60 yaşlı müəllimi zorla imtahana cəlb edirlər ki, "diaqnostik qiymətləndirmə aparacağıq".

Yaxşı, bu qədər imtahansevər bir məmləkətdə, ali məktəbə (yuxarıda sadalananların içərisində ən önəmlisidir) imtahansız qəbul təşkil etmək kimin ağlına gəlib? Kim cəmiyyəti inandırmağa çalışır ki, "gəlin bizim kurslara pul ödəyin, biz də sizi imtahansız-filansız tələbə adı ilə şərəfləndirək?"

Gerçəkdə bu, yeni bir repetitorluq sistemi deməkdir. Eyni məntiqlə yanaşsaq, indiyədək repetitorluğun ziyanlarından danışanlar həm də deputatlar deyildimi? Özləri demirdilərmi ki, fərdi hazırlıq sistemi şagirdlərin məktəbdən yayınmasına, məktəblərin kütləvi şəkildə boşalmasına, nəticədə təhsil sistemimizin çökməsinə səbəb olur? Eləysə, tətbiq etmək istədiyiniz yenilik daha ağır fəsadlar törətməyəcəkmi?

Şəhər mərkəzində gəzişən insanlar - Sputnik Azərbaycan
CƏMİYYƏT
Camaatın beynini gəmirən beş sual

Çünki ayrı-ayrı repetitorlar, ali məktəbə yüzdə yüz qəbul olunacaqlarına dair abituriyentə zəmanət vermədikləri halda, universitetlərin nəzdində yaradılacaq kurslar bu zəmanətlə çıxış edəcək. Deməli, daha çox sayda məktəbli cəlb etmək iqtidarında olacaq.

Bu arada kimsə deyib ki, imtahandankənar qəbul məsələsi hamıya deyil, imtahandan kəsilən abituriyentlərə şamil oluna bilər. Yəqin, bunu deyən şəxsi inandırıblar ki, "əla izahat verdin". Lakin işi daha da "yoxuşa sürdüyünün" fərqində olmayıb.

Çünki sözügedən dəyişiklik qəbul olunarsa, təhsildə yaxşı mənada rəqabət zəifləyəcək, bilik yarışına maraq azalacaq və get-gedə test üsulu sıradan çıxacaq. İmtahandan kəsilməyin "böyük bir şey" olmadığına inanan şagird, diqqətini dərslərinə deyil, imtahandan sonrakı asan prosesə yönəldəcək. Valideyn də, həmçinin – övladının hazırlıq kursu üçün indidən "azuqə" toplamaq haqda fikirləşəcək.

Və beləliklə, bir neçə ildən sonra belə bir mənzərənin şahidi olacağıq: İmtahanda 650 bal toplayan abituriyentlə, 150 bal toplayıb kəsilən abituriyent eyni auditoriyada yan-yana oturacaq. Axı, uşaq yan korpusdakı kursun haqqını verib…

Xəbər lenti
0